525.Az

“Yazı” havası(Qulu Ağsəs-45)


 

Qələm dostum Qulu AĞSƏSİN 45-ci doğum gününə...

“Yazı” havası<b style="color:red">(Qulu Ağsəs-45)</b>

“ – Ədəbiyyatda sevmədiyim janr novelladır. Sonu gözlənilməzliyə aparır. Vaxt itirib oxumuram.

 Təsadüfə bax, mənim bir kitabım var, adıNabran novellasıdır. Vaxt tapıb oxuyarsan”.

...Həmişə zarafatcıl, söz altda qalmayan, gözlənilməzliklərlə dolu bir insan var.

İnsanları, hazırcavab olmasalar da, heç olmasa hazırsual görmək istəyir.

Sözü Allaha bənzədir, ona məsuliyyətlə yanaşır hörmət edir.

Özünü yazmaqdan qoruyur, az yazması üçün Allaha dua edir, özü-özünü heyrətləndirməyi sevir.

Bəlkə ,  bazar günü dünyaya gəldiyindəndir ki, “Sözün bazar günü var!” deyir.      

Söhbətin kimdən getdiyini, əlbəttə ki, bildinizbəzi fikir ayrılıqlarımıza ədəbi çəkişmələrimizə baxmayaraq, Dost Qardaş dediyim, ailəsində yaxşı ata mehriban həyat yoldaşı, ədəbiyyatda gözəl şair, istedadlı publisist, Cəfər Cabbarlını belə redaktə etməyə hazır olan redaktor, sayılan-seçilən ziyalılardan biriQulu Ağsəs.

1969-cu il aprelin 20-dünyaadlı keşməkeşə baş vuran Qulu müəllim 45 yaşını qeyd edəcək bu ay.

45 yaş! Bu, azdır, çox... Həyata keçirmədiyimiz arzularımız, yazmadığımız əsərlər, demədiyimiz sözlər baxımından yaşdır ki, qırx beş! Etdiyimiz yalnışlıqlar, unutduğumuz vədlər baxımından isəçoxdur...

İnsan, dünyaya gələrkən Tanrıdan savayı kimsə onun kim olacağını bilmir; müəllimmi, həkimmi, mühəndismi, yazarmı?.. Bəlkə , yenicə doğulanda, bunu biz özümüz bilirik, amma zamanla unuduruq. Dünya o qədər müəmmalı sirlidir ki... bəzən səhv peşə seçib sonadək mənasız ömür sürürük, bəzən yolun yarısında səhvimizi düzəldib sevdiyimiz sənətə dönürük... Qulu Ağsəs isəilk dəfədən sevdiyi sənəti seçən, ilk addımından düz yola qədəm qoyan amalına inananlardandır.

Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür”, – deyən yazarın Frans Kafka olduğunu bilməsəydim, buQulu Ağsəsin sözləridir, deyə düşünərdim.

Qulu Ağsəs yaradıcılığı haqqında bir çox kamil insanlar: Anar, F.Qoca, Ç.Əlioğlu, V.Bəhmənli maraqlı fikirlər söyləyiblər. O da, öz növbəsində tanıdığı şəxsiyyətlər haqda (V.Səmədoğlu, R. Rövşən, H. Əliyev, M. Müslümov s...) gözəl yazılar yazıb.

O, həyatdan, zamandan, dövrün problemlərindən yazır, lakin elə qəribə, elə özünəməxsus tərzdə yazır ki,  biz niyə bu cür düşünmürdük”, – deyə  təəccüblənirik. Hərdən mənə elə gəlir ki, Qulu Ağsəs üçün rəngin spektrində yeddi deyil, doqquz ya daha artıq rəng var. Onun eynəyindəki şüşələrin qeyri-adi olmamasına da şübhəm var, çünki bu insan hər şeyi daha fərqli görür daha fərqli izah edir. O, mənim nəzərimdə həm bir rəssamdırbəzən reallığı nura boyayıb ürəkləri işıqlandırır, bəzənsə sirli bir duvağa bürüyüb, cözmək amacıyla baş sındırmağımıza kənardan tamaşa edir. Qəribəliklərdən biri odur ki, onun yazılarını, hətta müsahibələrini oxuyarkən səsini eşidirsən sanki.

Qulu müəllimin qadınlar haqda fikirləri çox maraqlıdır. O, “qadın mənimçün kimdi...”, – deyə düşünür belə yazır:

Qadın mənimçün Anadıdoqquz ay sərasər bətnində böyümüşəm, döşündən süd içmişəm, laylasına uyumuşam, dizinə baş qoyub yatmışam, namusunu qorumuşam... alqışı üstümdə olub...

Qadın mənimçün Sevgidihəmişə vüsalına can atdığım, başına döndüyüm, qadasını aldığım, gecəmi səhər eləyən, yatanda üzümü Allaha çevirən, sirrini ölüncə anlamadığım sevgi...

Qadın mənimçün Şeytandıinsanları yolundan çıxaran, müharibələrə sürükləyən, qanunları pozan, hər şeyi öz iradəsinə tabe etdirən, bəzən istədiyini özü bilməyən mələk simalı Şeytan...

Qadın mənimçün Kodduyığıb da heç yerə düşmədiyim, hər qatının altında bir qat da gizləyən, hərdən Allaha, hərdən Şeytana yığılan Kod...

Qadın mənimçün Örnəkdimən Kişiliyi arabir ondan öyrənirəm...”

...Mən, Günəşin öz nurunu doyasıya saçdığı, bol-bol isitdiyi zamanları çox sevirəm. Şeirlərimdə, hekayələrimdə göylərin o gözəl, nurlu çırağının adını dəfələrlə, sevə-sevə anıram. Bu, ilin doqquz ayının soyuq qaranlıq keçən qürbət diyarda yaşamağımla bağlı deyil. Bəlkə, bir qədər təsiri var... amma elə yaddaşım iz tutalı Günəşin vurğunu olduğumu xatırlayıram. Elə bilirəm ki, onun qırılıb düşmüş bir parçasıyam... Hətta, belə bir möcüzəyə – “ulduzdeyiləndə, özümü təhqir olunmuş hesab edirəm.  On beş-on altı yaşlarında bir şeir yazmışdım:

Günəş, mən sənin qızınam,

Günəş, sən mənim anam!

İstəyirəm sənin kimi

Mən göylərdə yanam.

 

Ya mənə qucağını,

Çağır yanına gəlim,

Ya da mənə elə od ver

Yerdəgöyə yüksəlim”!

 

Belə bir sevgiyə Qulu Ağsəsdə rast gəlmişəm: “...mənim üçün fəslin, havanın heç bir önəmi yoxdu. Əsas odur ki, Günəşi görüm. Günəşi görməyəndə özümü pis hiss edirəm. Günəş çıxmayanda, istəyirəm ona bir təqvim alıb göndərəm ki, baxıb işini görsün” .

Məhəmməd Füzuli ilə Məcnun yaşlarında görüşmək arzusunda olan Qulu Ağsəs, hər deyəndə sevgidən yazmır, lakin yazanda sarsılırsan... Onun sevgisinin taleyinə biganə qala bilmirsən. Şairin aşağıdakı misraları diqqətimi çəkir:

Urəyində.... bir arzu tut.....

Di ....böl onu iki yerə...

Eşqinnən dönən namərddir,

Yenə gəl həminki yerə.

 

  ya

Atdı məni o ağıllı,

Atmayıb neyləyəsiydi...

Təzədən mən divanəni

Dəlimi eyləyəsiydi?

 

Eşqindən dönməyi, “sevirəmsözünü geri götürməyinamərdlik sayır Qulu müəllim, sevənlərə divanə deyib, Məcnun zirvəsinə ucaldır.

İnsan üçün ən dəyərli vazkeçilməz iki varlıq, iki məfhum varAna Vətən. İnsan, körpəliyində Anasına, böyüdüyündə isə Vətəninə bağlanır hər ikisinə ölüm gününəcən ehtiyac duyur. Qulu Ağsəsin Vətən məhəbbəti, torpaq həsrətiaçıb abatnadığı, yerli-yersiz dilinə almadığı, haradasa gizli, haradasa titrək kövrək bir nisgilə bənzəyir. O, öz doğma kəndi Abdal-Gülablıya olduqca incə, zərif bir sevgiylə yanaşır. Bu sevgi qədər zərifdirsə, bir o qədər böyükdür, sonsuzdur. Abdal-Gülablını insana bənzədir Qulu müəllim, sanki, bu sadəcə bir kəndin adı deyil, insan adı soyadıdırAbdal-Gülablı!..

Ötən ilin iyun ayındaKaspiqəzetində Qulu müəlliminQarabağ şikəstəsiseirini oxumuşdum. Sağalmayan ürək yaramız olan Qarabağa saysız-hesabsız şeirlər yazılıb, amma belə qəribəsinə ilk dəfəydi rast gəlirdim:

 

Balamın canına,

atamın goruna,

işğal gününə...

gör nəyə and içirəm:

səni çox sevdiyimdən

şeir yazmadım şəninə.

Elə bilərsən

bayrağın qara rəngi

olduğundan utanıb yazmadım,

azadlığın boynunda

üzəngi olduğundan utanıb yazmadım.

Yoox!

 Dedim, birdən şeirim

peşəkar ovçunun

öz adaxlısını gülləylə vurub

qaçırmağına bənzəyər,

memarın, qurduğu qalanı

sevincdən

öz başına uçurmağına bənzəyər.

Ona görə heç yazmadım şəninə.

Gör nəyə and içirəm:

balamın canına,

atamın goruna,

işğal gününə...

demək olar?! Şərhə ehtiyac yoxdur məncə. Bircə onu demək istəyirəm ki, kaş elə bir gün gəlsin, hamımızın müqəddəs and yerimizQələbə günü olsun! bu andı kimsə poza bilməsin!

Əslində, bütün şairlər, dünyaya gələndən fərqli kimsələrdir. Kimsəyə bənzəməyən həyati görüşlərilə, üsyankar, amma çox kövrək ruhlarıyla, ən bəsit şeyə belə müstəsna baxışlarıyla... Bütün insanlar adi cümlələrlə, şairlər isəmisralarla danışarlar. Hər kəs eyni mövzuda söhbət edərkən, şairin fikri tamam başqa bir yerdə olar. Hamı məişət qayğılarıyla dolu olarkən, şairin xəyalı azad bir aləmdə dolaşar. Budur şair aqibəti, şair taleyi!

Qulu Ağsəsin öz müsahibələrindən birində dediyi kimi:  Ağlı başında olan arvadın heç biri şair ya yazıçı ərindən məişət problemləri barədə soruşmaz...” Bu, əlbəttə ki, zarafatcıl şairin zarafatla dediyi cümlədir, amma hər zarafatda müəyyən faiz həqiqətin var olması da bəllidir.

Qulu Ağsəs , hər bir qarabağlı kimi, musiqini çox sevir. Səxavət Məmmədovun pərəstişkarı təbliğçisidir. Ötən ilin noyabr ayında mərhum xanəndənin 60 illik yubileyinin təşkilində böyük əzmlə cidd-cəhdlə çalışmışdı. Təvazökarlığındandırmı, yoxsa həqiqətdirmi, bilmirəm, amma dediyinə görə, özünün mahnı oxumaq istedadı yoxdu. “Ürəyimdə yaxşı oxuyuram mənə elə gəlir ki, elə hamıdan yaxşı mən oxuyuram. Əslində hamının qəlbində öz havası var”, – deyir.   

deyir desin, adını daha mükəmməl edən Ağsəs təxəllüsü (bunun onun atasının adı olduğunu çoxları bilir) təsadüfi deyil. Bəlkə, mahnıda olmasa da, şeirlərində bütün səslər, vurğular durğular yerli-yerindədir. Hər necə olsa, bir onu bilirəm ki, Qulu Ağsəsin yazmaq havası var; bu hava təbəssüm təravətli həqiqət ətirlidir. Onun üçünyaz havası deyil, yazı havasıönəmlidir.

Həqiqət qarşısında çoxu baş əyir. Sevdiyindən yox, həqiqətin gözünün içinə baxa bilmədiyindən”, – deyən çox şeyi zarafatyana desə , qərar vermək anında soyuqqanlı qətiyyətli olan dostuma üz tuturam:

Dünyahəm amansız ciddiyyət, həm böyük zarafatdır! Belə dünyanı hər yönüylə maraqlı yaşaya bildiyinçün sənə qibtə edirəm! Bu, bir istedaddır o istedad hər adama nəsib deyil. Hər kəs eyni olsaydı, Qulu Ağsəslər kimi seçilmişlər olmazdı.

45 yaşın mübarək olsun, qardaşım! Özün dediyin kimi: “Hələ ömrün günortasıdır!”

Sənə, hər şeydən öncə, uzun, mənalı illər təkrarı olmayan gözəl mövzular düşünə bilmən üçün yenilməz ruh diləyirəm! “Gözüm Tanrı taxtındadır”, – desən , sənə şeir taxtı, şair baxtı arzulayıram!”

... şairdən şairə, qələmdən qələməbu şeiri hədiyyəm olaraq qəbul et...

Ərkim elə sənə çatır, ay qələmim!

Elə sənə sığınıram söz düşəndə ürəyimə...

Yerdən-göydən üzüləndə əl-ayağım,

Köz düşəndə  ürəyimə...

  

Şad günümdə,

nur çiləyib sətirlərə, süslənirsən...

Şərik olub sevincimə,

Sevgi dolu,

Günəş dolu şeirlərin arasında

gizlənirsən.

Şənimşənin,

Təbimtəbin!

Qurumaz ki, mürəkkəbin, –

ürəyimin qanı ilə bəslənirsən.

Sirdaşımsan!

Sağlığımda tutalqacım,

öldüyümdə baş daşımsan!

 

İlhamımın xəbərçisi, ya nəyisən?

İlahinin söz oxumu,

yoxsa durna lələyisən?

Ya sumusan, havamısan?

Varlığımdan axıb gələn

duyğuların davamısan!

Barmağımın ucundasan...

Urəyimin döyüntüsü gücündəsən...

 

Bəzən olur,

bu dünyaya küsən zaman

əl yorulur, qol yorulur.

Ürəyimdən sənə gələn yol yorulur;

Ərkim yenə sənə çatır,

tullayıram bir tərəfə, 

gözlərimdən itirirəm.

gizlədim,

sənsizlikdə özümü bitirirəm.

Sənsə, yenə incimirsən, dönəcəyi yaxın dostum!

Bağışlayıb məni könül yarasına,

barışırsan...

Yenə keçib barmaqlarım arasına,

yol gedirsən qarasına;

vərəğə misra-misra sığal çəkir,

göz yaşıma qarışırsan...”


14.03.14.

Moskva

 





21.04.2014    çap et  çap et