525.Az

Ərdoğan: "CHP 149 azərbaycanlı mühaciri SSRİ-yə təslim edib"


 

Ərdoğan: "CHP 149 azərbaycanlı mühaciri SSRİ-yə təslim edib"

“1946-cı ildə Azərbaycandan mühacirət edən bir qrup ziyalı Türkiyəyə sığınıb. Ancaq SSRİ-nin o vaxtkı rəhbəri Stalin həmin azərbaycanlıları Türkiyədən geri istəyib”.

525.az-ın APA-ya istinadən veriyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısındakı çıxışında deyib. O bildirib ki, həmin vaxt Türkiyədə iqtidarda olan Cümhuriyyət Xalq Partiyası (CHP) 146 azərbaycanlını SSRİ-yə təslim edib. R. T. Ərdoğan bu hərəkətinə görə CHP-ni qınayıb və tənqid edib: “Hökumət azərbaycanlı aydınları sərhəddə rus hərbçilərinə təslim edib. Halbuki azərbaycanlılar yalvarıb-yaxarıblar ki, bizi təslim etməyin. Rus əsgərləri azərbaycanlı aydınları qolları bağlı vəziyyətdə təslim alıb sərhədin o tayına keçirən kimi hamısını güllələyiblər”.

 





05.09.2012    çap et  çap et