525.Az

Çörəyi söyüşdən çıxanlara...


 

Çörəyi söyüşdən çıxanlara... <b style="color:red"></b>

Cənnət cəhənnəmi heç o biri dünyada axtarmayın. İkisi bu dünyadadır. vaxt kimisə mənfəətsiz, hesabsız bazarlıqsız sevməyi bacarsaq, əslində, cənnətdəyik. vaxt kimləsə dava etsək, nifrətə, həsədə, kinə bulaşsaq, cəhənnəmə düşəcəyik. Qəlb aşiqi, Eşq əhli olan Şəms Təbrizi fəlsəfəsiydi bu. Şəms könüllərdə şəms hərarətini duymaq üçün belə yaşamağı tövsiyə edirdiHəyata bu yanaşma tərzi başadüşülən, qəbulediləndir. Amma mən bu dünyanı bilə-bilə özləri üçün cəhənnəmə çevirənləri anlaya bilmirəm. Bir qisim insanın nifrət, həsəd kin girdabında çabalama həzzinin isbatı fikirlərimi ziya nurdan uzaq bir labirintə yönəldir. Elə bil Allahın qəzəbinə tuş gəlmişik. Bir-birimizi qəzəbli şir nəzəri ilə süzür, hücum üçün məqam gözləyirik. Nəhlət şeytana! Amma hərdən şeytana da yazığım gəlir. Hər şeyi onun boynuna yıxmaq da yaxşı deyil axı.Yazığın efirə çıxmaq, bir internet dərgisində köşə yazmaq, ən azından facebook səhifəsi açmaq imkanı olsaydı, ürəyini boşaldar, status əvəzinə od püskürüb deyərdi ki, “Ay adamlar, əl çəkin yaxamdan. Mən şeytan ola-ola sizdəki şeytanlığı bacarmıram. Məni kənarda deyil, öz içinizdə axtarın. Gör, yerə çatıb ki, birinizin sözü digərinizin boğazından keçmir, eşitdiyiniz xəbəri anındaca havada tutub var gücünüzlə maraqlıtərəfə tullayır , “etibarlı mənbəolursunuz. Sizi sirdaş bilənlərin sirrini belə alver vasitəsinə çevirib pul qazanırsınız. O binəvanın isə arxadan vurulan zərbənin  təsirindən dumanlanmış başı daşın gəldiyi səmti müəyyənləşdirməyə o qədər qarışır ki, axırda qət etməli olduğu yolu, izi itirir. Qalır ortalıqda... Bəzən amalı yaxşılıq, millətə xidmət olanların həyatında elə tufan qoparırsınız ki, yazıq sığınmağa bir liman da tapa bilmir. Etibarı yerlə bir olur. Xub, İblis cümlə xəyanətlərə bais olandır, bəs hər şeyə xain olan insan nədir? İblis. Bunu ki, Cavid əfəndi sizə ünvanlamışdı, mənə yox”.

Tutaq ki, bu dəfə şeytan bizi yox, biz şeytanı azdırdıq... Amma öz aramızdır, çox incə məqama toxundu ha. Vaxtınızın on beşcə dəqiqəsini (ona da hayıfım gəlir) facebookda yazılan şərhlər, internet dərgilərdə gedənünvanlıyazıları oxumağa sərf edin. Vallah, ürəyiniz bulanacaq. Mən çörəyin daşdan çıxdığını eşitmiş görmüşdüm. Çünki valideynlərim çox əziyyətlə böyüdüb məni. Amma söyüş, təhqir, qarayaxma böhtanın qara qızıl kimi pul fışqırdığını bilmirdim. Yəqin bu da elm texnologiya əsri olan 21-ci yüzilliyin canımıza düçar etdiyi bəladır. Peyğəmbər buyurub ki, bu dünyada üç adama acıyın; yoxsullaşan varlıya, bir tayfanın yıxılan uca adamına, cahillərə oyuncaq olanlara. Tanrı bizi sonunculardan qorusun, hərgah ətrafımızda çoxduroyuncağa çevrilənlər. AxıBudaqda suya möhtac bir yarpaq olmuşam mən, Fəqət düşüb torpağa, özümü sürtməmişəm; Şöhrətimə abidə ucaltmaq xatirinə Abrımı yonmamışam, irzimi sürtməmişəm” – deyən millət biz olmuşuq. Həmişə düşünmüşəm ki, neçə-neçədostdan xəyanət sezmək olar, neçə-neçə arzudan əl üzmək olar, fəqət yenə yaşamaq, yenə dözmək olar. Lakin inanın, şər-böhtanla qürurlanan, gözünə baxa-baxa min yol dəyişən bir adamı görəndə dözə bilmirəm. Bəşəriyyət deyilən əsər daim qüsursuzluğa can atır. Fərd olaraq tamamlanmağa gecikmirikmi? Bu dünyanı sevgi sayqı ilə niyə cənnətə çevirməyək ki, qoy həyat bizim əksimizə deyil, bizimlə birgə axsın.

 





21.04.2014    çap et  çap et