525.Az

Xalq yazıçısı İsmayıl Şıxlının 95 illiyi Yazıçılar Birliyində qeyd olunub (Fotolar)


 

Xalq yazıçısı İsmayıl Şıxlının 95 illiyi Yazıçılar Birliyində qeyd olunub <b style="color:red">(Fotolar)</b>

Yazıçılar Birliyində (AYB) Xalq yazıçısı İsmayıl Şıxlının 95 illik yubileyi keçirilib. Tədbiri açan AYB-nin sədri, Xalq yazıçısı Anar mərhum yubilyarı çox böyük yazıçı çox böyük şəxsiyyət kimi səciyyələndirərək İsmayıl Şıxlını XX əsr Azərbaycan nəsrinin klassiki adlandırıb: “İsmayıl ŞıxlınınDəli Kürü Azərbaycan nəsrinin zirvələrindəndir. Başqa əsərləri onun adını ədəbiyyat tariximizə əbədi yazıb. Yazıçı vətəndaş kimi o, Azərbaycanın ən çətin günlərində ön sırada olub, öz sözünü deməkdən çəkinməyib. Hamımızın xatirəsində mərd, cəsur, ləyaqətli insan kimi qalıb. Bilirsiniz ki, İsmayıl müəllim uzun illər Yazıçılar Birliyinə rəhbərlik eləyib səhhəti ilə bağlı öz xahişi ilə burdan ərizə verəndən sonra özünün tövsiyəsi ilə mən bu təşkilatın rəhbəri oldum. Adətən belə olur ki, köhnə adamla o işdə yeni işləyən adamın arasında bir soyuqluq yaranır. İsmayıl müəllim isə elə birinci gündən ən yaxın bir insan, bir havadar, məsləhətçi kimi həmişə məni dəstəkləyib tədbirlərimizdə iştirak edib. Biz onun xətrini əziz tutaraq Yazıçılar Birliyinin o vaxt ən yüksək mükafatı olan Axundov mükafatını ona təqdim elədik İsmayıl müəllim ömrünün sonuna qədər Ağsaqqallar Şurasının sədri olaraq qaldı. İsmayıl müəllim son gününə qədər qələmindən ayrılmırdı son əsərini yazanda məndən nəslimizə, babama aid bəzi materiallar istəmişdi. “Ölən dünyamromanında o materiallar da öz əksini tapıb. Fəxr edirəm ki, əlyazması şəklində o romanını mənə vermişdi, mən oxuyubƏdəbiyyat qəzeti yazdım ki, biz nisbətən cavan adamlar əlimiz yazıdan soyuyanda qocaman yazıçı, səhhətindəki problemlərə baxmayaraq, sona qədər qələmi əlində tutur”.

Tədbirin aparıcısıAYB-nin katibi Rəşad Məcid çıxışında vurğulayıb ki, Azərbaycanda neçə-neçə nəsil İsmayıl Şıxlının əsərləri, “Dəli Kürromanı ilə böyüyüb: “Dəli Kürbizim ədəbiyyatın klassikasıdır. Uzun illərdir ki, mən İsmayıl Şıxlının oğlu Elçin Şıxlı ilə dostam, səfərlərdə olmuşuq. Onu görən adamlar dəfələrlə deyiblər ki, Elçin Şıxlıda atasının xarakter cizgiləri var. Mən bununla fəxr edirəm ki, İsmayıl Şıxlının varisi ilə dostam, onun özünü epizodik görsəm , övladı ilə bir yerdəyəm”.

İsmayıl Şıxlı bizim nəslin pərəstiş elədiyi bir insan idi. Əslində o dövrdə qadağan olunmuş bir söz vardı: bəy sözü. O söz İsmayıl müəllimə elə yaraşırdı ki... “Dəli Kürbizim keçmişimiz idi. İsmayıl müəllimin bütün yaradıcılığı Azərbaycanın, xalqımızın təbliğinə həsr olunmuşdu. O həmişə bizimlə birgədir, xatirimizdədir”. Bu fikirləri tədbirdə AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca səsləndirib.

Birliyin katibi Arif Əmrahoğlu İsmayıl Şıxlının onun taleyində böyük rolu olduğunu vurğulayıb: “Universiteti yeni qurtarmışdım, hardasa bir yazımı oxuyub mənim haqqımda ilk dəfə xoş söz deyən, fikir söyləyən məhz İsmayıl Şıxlı olub. Onun əsərlərini yalnız intellektlə oxumaq mümkün deyil, həm ruhla oxumaq lazımdır. O, xalqın minillik ruhunu əsərində yaşadırdı”.

Professor Əzizxan TanrıverdiDəli Kürromanının poetik xüsusiyyətlərindən söz açıb, yazıçı Natiq Rəsulzadə isə xatirələrini bölüşüb.

Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə fikirlərini belə ümumiləşdirib: “İsmayıl Şıxlı bizim hamımızı öyrədirdi ki, yazıya qarşı tələbkar olmaq lazımdır, ada-sana yox, əsərin özünə qiymət vermək lazımdır”.  

Professor Rəfail Qəribov  Rusiya Yazıçılar Birliyinin Saratov bölməsində İsmayıl Şıxlının 95 illik yubileyinin keçirilməsi ilə bağlı təəssüratlarını açıqlayıb. 

Şairə publisist Afaq Şıxlı deyib ki, ədəbiyyat aləmində Şıxlı soyadı ilə fəaliyyət göstərmək böyük məsuliyyətdir: “Bacardığım qədər əmimin adına soyadına layiq olmağa çalışıram.

Rejissor Rövşən Almuradlı İsmayıl Şıxlı ilə tanışlıq tarixçəsini danışıb. Tanınmış telejurnalist Qulu Məhərrəmli İsmayıl Şıxlını bütöv Azərbaycanın ləyaqətli övladı kimi səciyyələndirib, onun xaricdə kifayət qədər tanınıb sevildiyini deyib.

Şair Yusif Həsənbəy İsmayıl Şıxlının daha çox pedaqoji fəaliyyətindən söz açıb.

Publisist Gülxani Pənah hələ tələbəliyindən İsmayıl Şıxlını tanıdığını, onun gənclərə qarşı həmişə qayğıkeş diqqətli olduğunu vurğulayıb.

Şair Oqtay Rza da İsmayıl Şıxlının yüksək insani məziyyətlərindən danışıb ona həsr etdiyi şeirini oxuyub.

Sonda yubilyar ədibin oğlu – “AynaZerkaloqəzetlərinin baş redaktoru, tanınmış publisist  Elçin Şıxlı ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, parlaq səmimi çıxışlara görə hər kəsə təşəkkür edib.

S.MÜRVƏTQIZI

 





21.04.2014    çap et  çap et