525.Az

Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyunun 17-də keçiriləcək


 

Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyunun 17-də keçiriləcək<b style="color:red"></b>

 Bu gün Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.

Birliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub: “Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubiley tədbiri isə iyun ayının 18-də keçirilsin. Yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət ediləcək”.
 
Birlikdən əlavə ediblər ki, qurultay Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.




 





21.04.2014    çap et  çap et