525.Az

Berluskoni həbs edilə bilər


 

Berluskoni həbs edilə bilər<b style="color:red"></b>

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni məhkəmədə ona qarşı olan bütün iddiaları rədd edib.

525.az-ın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, keçmiş baş nazir məhkəmədə çıxış edərək cümə günü bir azyaşlı ilə cinsi əlaqədə olmasını inkar edib. Azyaşlıya zorakılıq etdiyi üçün işə qarışan polislərə təzyiq edən sabiq nazir bu faktı da inkar edib: “Mən heç bir azyaşlı ilə əlaqədə olmamışam, polislərə də hücum etməmişəm”.

Berluskoni 17 yaşlı mərakeşli rəqqasə ilə cinsi əlaqədə olduğu üçün günahlandırılır.Qeyd edək ki, İtaliya Konstitusiyasının qanunlarına görə yetkinlik yaşına çatmayan şəxslərə edilən cinsi zorakılıq nəticəsində müqəssir 3 ildən 12 ilədək azadlıqdan məhrum edilir.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et