525.Az

Sevilmək arzusu


 

Sevilmək arzusu<b style="color:red"></b>

Onun gözləri ilə oyanmaq ... Onunla eyni səhəri açmaq...  Daha buna var ...  İlk olaraq sevilmək qayğı arzusunu sadəcə toxunuşla  qavrayar insan ... Ana sığalı, ata qucağı olar bu sevginin ilk ünvanı . Əlbəttə, bu ilkləri yaşamayanlar da var... Sonra ayaq basdığın yeri sevməyə başlarsan, ən çox da səni ayaqda tutduğu üçün, səni  cazibəsiylə özünə bağladığı üçün... Sevilmək arzusu burda da özünü biruzə verər. Dəydiyin  yerin hamar yumşaq  olmasını arzulamaq  buna bir işarədir. İsti, ya da soyuq,  yox sənə xoş olan bir ilıqlıq istərsən toxunduğun hər yerdən. Həyatın istisindən, soyuğundan isə böyüdükcə xəbər tutarsan.

Onun gözlərilə  oyanmaq, onunla eyni səhəri  açmaq demişdim az  əvvəl... Valideynin sevgi arzusu da budu, elə... Övladının nəfəsi, səsi, təbəssümü bu üçlük heç dəyişmir.    Sevilmək arzusu ömür boyu insanı izləyir. Məktəbdə, univeristetdə, həyatında,  hətta son anında belə... Ağlayanları, ağıları  düşünərsən ağrılarla bərabər.

Başımızdan çox sevdalar ötər, amma sadəcə biri ruhumuzun dərinliyindən, ürəyimizin tən ortasından  keçər. Siz buna deyirsiz bilmirəm, mənə görə  bu. eşqdir. Çoxunuzun inanmadığı eşq. Qayıdaq əvvələ. Onun gözlərilə oyanmaq, onunla  səhəri bir açmaq... daha bu başlanğıcdır.  Bütün gözəlliklərə bir az ondan qatmaq var.  Həyatı onunla sevərsən yəni. Hətta acıları belə ... Aşiq olduğunla dərd çəkməyin özü bir başqadır. Ayrılıq məsələsini unutmamışam . Amma heç bir məsafə, heç bir fəlakət eşqi öldürə bilməz. Xəyanətmi gəldi ağlınıza? Mən eşqdən danışıram. bir   həyat elə gətirə bilər ki, cismən başqasının ola bilərsən. Mən ruhdan danışıram. Aşiq olmaq üçün rast gəlinməyən ideal insanla qarşılaşmağa ehtiyac yoxdu, özündə itirdiklərini yarımçıq olanları kimdəsə tapmaqdır əsas məsələ. O "kim" dediyim hakim kəsiləndir varlığına.

 Bütün dərdlərə eşq olsun, eşq olsun bütün dərdlərə çarə ....  Sevilmək arsuzu dedim. Bir sevmək istər  insan. Özündən ömründən daha çox sevmək. Toxunmadan hiss etmək, oxumadan bir kitabın içindəkiləri bilmək, yəni  sevmək...

Zamansız olur bəzi duyğular... Bircə dəfə hiss etdinmi o səndə ölənə kimi var olur. Hansı yaşda olursan ol... Bəzən can ağrısı tək, bəzən könül xoşluğu kimi ... Qol-boyun yaşayır səninlə.

Gecikdiklərimiz tələsdiklərimiz  çoxaldıqca təcrübələrimiz artar. Bu bir gerçək ki, yaş üstünə yaş gəldikcə insan daha az təəccüblənər. Yavaş-yavaş təəssüflər hirsdə yox, təbəssümdə özünü biruzə verər gülümsəyib keçərsən. Amma qədər çox bilirsən bil, eşq möcüzə kimi gələr insana.

Allahın bəlkə yeganə arzusu elə bu olub. Sevilmək! Bu hiss istəkdən güc alaraq  bizləri- insanları yaradıb . Yaradıb ki, sevək onu . İtaətimizlə , ibadətimizlə. Hər halda təklikdən darıxdığı üçün bizi xəlq eləməyib ki... Ola bilsin mən yanılıram.  Kim bilir bəlkə darıxırdı Tanrı ....

Tənhalıq böyük dərddir. Xüsusən saysız -hesabsız insanların içində tək hiss etmək özünü. Bir bunun əksi var.  Sevilmək arzusu bu istəyə çatmaq. Milyonların içində onu görmək , havanın xoşluğundan , baharın ətirli çiçəklərindən  onu sezmək, yanında belə olmasa ağlında, canında  hiss etmək onu. Bir düşün, ruhu kimi cismi yanındadı.  Yarpaqlar saralır, sən ona sarılırsan .... Qışın soyuğunda isinərsən nəfəsində, bəzən  baxışlar yağışlara qarışar  bütün fəsilləri yaz kimi yaşayarsan sevdiyinlə, sevildiyinlə... 

bu cümləni bir deyirəm. Bütün dərdlərə eşq olsun, eşq olsun bütün dərdlərə çarə .... 

 





22.04.2014    çap et  çap et