525.Az

İstedadın enerjisi


 

İstedadın enerjisi<b style="color:red"></b>

Mariya SEMYONOVA
professor
Sankt-Peterburq 

Hər dəfə Çingiz Abdullayev fenomeni ilə qarşılaşanda qeyri-iradi düşünürəm ki, yazıçılar ədəbiyyat haqqında az qala bütün müasir mifləri dağıtmaq ona nəsib olub, çünki o, öz yaradıcılığı ilə mümkünsüzün mümkün olduğunu sübut edib.

29 dilə tərcümə olunan təxminən 200-ə qədər roman povestin müəllifi heyrətləndirici qabilliyyəti ilə xüsusilə təəccübləndirir. Günümüzdə yazıçılar artıq çoxcildli epopeyalar yazmırlar, çünki praktik olaraq onların yayımı, paylanması mümkün deyil. Oxucuları əlinə beşcildlik əsər almağa məcbur etmək isə sadəcə real deyil.

Bəzi müəlliflər  internetdə öz əsərlərinin sadiq pərəstişkarları  tərəfindən yayımlanmasına nail olurlar.  Bəzilərinə isə, xüsusilə  ingilis dilində yazanlara, tənqidçilərin xoşuna gələn, həm yaxşı satılan bestseller ortaya qoymaq nəsib olur.

İngiltərəli Coan Roulinq misalı hələ bir neçə nəsil müəllif üçün qıcıqlandırıcı faktor olacaq. Əgər ciddi heç kimə tanış olmayan ingilis müəllifinə belə bir presedent yaratmaq nəsib olubsa, niyə daha uğurlu xeyli yaxşı hazırlaşmış başqalarında bu alınmasın? Əlbəttə, Roulinq özünün Harri Poter haqqında kitablarını ən uğurlu kütləvi auditoriya olan uşaqlar üçün yazmışdı. Ancaq romanın müvəffəqiyyətini yalnız uşaq ədəbiyyatına aid olması ilə izah etmək praktik olaraq mümkün deyil. Dünyada qədər uşaq kitabı yazılır, ancaq onlardan heç biri Roulinqin kitabları ilə müqayisəyə cəhd belə eləmir. 

Yaxud hələ 40- illərin əvvəlində Tolkienin möhtəşəm epopeyasının yaranmasını yada salaq. Bütün bu müddət ərzində sadiq oxucular onun personajlarını -Elf Hobbitləri, Qnom Sehrbazları oynamağa davam edirdilər. Ancaq filmin çəkilməsi Tolkienin oxucu auditoriyasını onqat çoxaltdı kitablarının kütləvi nəşrinə gətirib çıxardı. Heç vaxt öz pərəstişkarlarını itirməyən fentezi janrı sözün həqiqi mənasında ikinci dəfə doğuldu.

Açıq-aşkar həqiqətdir ki, kitabın uğurunu janrı yox, hər şeydən əvvəl oxucuları maraqlandıra bilən, öz həqiqətini ortaya qoyan, dünyanın reallığına inandırmağı bacaran bunu qələmə alan müəllifin istedadı müəyyən edir. Bu nöqteyi-nəzərdən Azərbaycan yazıçısı Çingiz Abdullayev bu gün sivilizasiyamızı özünün inanılmaz əməksevərliyi ilə heyran edir. 30 il ərzində dünyanın bir çox dillərinə tərcümə olunan kitablar yazmaq asan deyil, eyni zamanda bəzən təşəkkür qazandırmır. Hər il milyonlarla əlyazmanın çap edilməmiş kitabların yer aldığı internetin populyar olduğu  müasir dünyada heç kim müəllifin uğuruna zəmanət verə bilməz. Vəziyyətin belə fonunda fərqli ölkələrin müxtəlif dilli, müxtəlif intellekt mentalitetə malik oxucularının  rəğbətini  qazanmaq, bu ya başqa formada hər kəsin maraqlandığı  məsələni-insan ruhunun dərinliklərinə nüfuz etməyi bacarmaq, artıq öz müasirlərindən birbaş  yuxarı olmaqdır. Müasirlərimizdən kim Rusiyanın hüdudlarından kənarda - Azərbaycanda yaşaya-yaşaya  beşcildilk "Tənəzzül"("Raspad") yazmağa risk edər? Bundan müasir aktual əsər nəinki postsovet məkanda, heç dünyada da yazılmayıb. Ağrılı iflic olmuş böyük bir ölkənin 91-ci ildəki tənəzzülünün sadəcə əyləncəli deyil, həm ibrətamiz nəqli beşcildliyin əsasını təşkil edir.  O, İttifaq daxilində baş verən qarşıdurmalar, Qarabağ münaqişəsi respublikalardakı milli konfliktlər haqqında cəsarətlə yazır.

Bu hadisələrin fonunda azərbaycanlı oğlanla erməni qızının məhəbbət hekayəsi bizi qədimlərin klassik süjetlərinə aparır. Ancaq bu dəfə feodal klanları arasında müharibə yox, Zamanın özü, həyatın gərdişi, öz tarixlərinin faciəvi  dövrünü yaşayan iki qonşu xalqın bir-birinə qarşı çıxması göstərilir.

Beşcildlik "Tənəzzül" sevgi nifrət, mərhəmət ikrah, anlaşma ittihamlarla dolu kitabdır. Epopeya oxucunu yaxın keçmiş barədə düşünməyə məcbur etməklə yanaşı, yaxın gələcəyə nəzər salmağa da vadar edir.

Ukraynada son günlərdə baş verən hadisələr əlbəttə ki, Çingiz Abdullayevin bəhs etdiyi siyasi liderlər "Tənəzzül"ün faciəvi səhifələrinin davamıdır. Burada yırtıcı təbiətli, rusiyalı lider Boris Yeltsin taleyin zərbələrinə boyun əyməyən, Bakıya dönən Heydər Əliyev qabarıq inandırıcı şəkildə qələmə alınıb.

Ancaq epopeyada ən paradoksal təsir bağışlayan Mixail Qorbaçovdur. Abdullayevə görə, o uğurlu lider deyil: öz ölkəsini demokratikləşdirə bilmir, kommunizmin dağıdıcısıdır, sosial-demokrat deyil, sistemi uğursuz şəkildə yenidən qurmağa cəhd edir. Bu kitablarda o, öz mövqeyinin böyüklüyünü dərk eləməyən zəif iradəsiz adam, gəmisini idarə edə bilməyib onu quruya oturdan kapitandır. 1991-ci ilin avqust hadisələri indiyədək siyasətçilər arasında mübahisə mövzusudur. Abdullayevin bu mövzuda öz mövqeyi var; Subyektiv səhvlər obyektiv səbəblər ucbatından parçalanan dövlətin bərpası mümkün deyildi.

Ancaq beşcildliyi sadəcə tarixlə maraqlanan alimlərə siyasətçilərə aid  elmi hesab etmək olmaz. Bu, son illərdə Çingiz Abdullayevin uğurla işlədiyi siyasi detektiv janrında yazılmış dinamik bir əsərdir. Ola bilsin, gələcəkdə bu beşcildlik  müxtəlif ölkələrin ali məktəblərində dünyanın altıda bir hissəsində doxsanıncı illərin əvvəllərində baş verən proseslərin başa düşülməsi üçün dərs vəsaiti kimi tövsiyə olunacaq. 

Əgər azərbaycanlı yazıçı həyatında heç bir şey yazmış olmasaydı belə, o, bu beşcildliklə zəmanəmizin ən görkəmli yazıçıları sırasında öz yerini alardı. Müxtəlif janrlarda qələmə alınan təxminən 200 roman onun qeyri-adi enerjiyə malik istedadının göstəricisidir.

Üçcildlik "Qatil"( "Duşequb" ) bir manyakın psixologiyasına dərin nüfuz etməsi ilə adamı sadəcə heyran eləyir. Yəqin dünya ədəbiyyatında ilk dəfədir ki, uğur qazanmış bir professorun, elmlər doktorunun, institut direktorunun psixikasında ciddi qüsurlar yaranır o, dəhşətli manyaka çevrilir. Cani sanki ikiləşir. O, öz-özünə əclaflıqlarının, cinayətlərinin hesabatını verir, amma bununla belə, dayana da bilmir. Bu üçcildlikdə Çingiz Abdullayev ziddiyyətli faciəvi obraz yaradan böyük rus yazıçısı Fyodor Dostoyevskinin davamçısı kimi çıxış edir. Bununla belə çox da mühakimə etməyərək bu tipli cinayətlərin psixologiyasını anlamağa çalışır.

Digər bir epopeya "Adeptı stuji" ("Soyuğu qoruyanlar")  bizi şərəf, xeyirxahlıq,  bədxahlıq xəyanət haqqında özlərinə məxsus anlayışları olan xüsusi xidmət orqanlarının sirli dünyasına aparır.

Dörd kitabda Çingiz Abdullayev sanki həmin dünyanın altını üstünə çevirir, həyatı ilə risk edən əzəmətli  insanları göstərib eyni zamanda onların ən pis keyfiyyətlərini -istənilən kompromisə hazır olduqlarını, xəsislik, xəyanət, eqoizm, karyera ambisiyalarını ortaya qoyur.

Bu romanı ilə müəllif, haqqında çox az məlumata malik olduğumuz həmin sirli həyatın orijinal ensiklopediyasını yaradıb. 

Çingiz Abdullayevin keçən il işıq üzü görmüş son romanları onun dövri istedadının parlaq şahididir. "Mizantrop",  "Maqiə lji" ("Yalanın sehri"), "Roqonoseü" ("Dəyyus"),  "Doblestğ  velikanov" ("Nəhənglərin şücaəti"),  "Sud  nepravıx" ("Haqsızların mühakiməsi").  O müxtəlif mövzulara müraciət edir: siyasi detektivdən tutmuş tarixi klassika , casus trillerlərindən tutmuş psixoloji romana kimi ən müxtəlif janrlarda yazır.  Ancaq bir şey dəyişmir. Onun kitabları bütün dünyanı gəzib müxtəlif dillərə tərcümə olunur  əvvəlki kimi insanlarda əsl oxucu marağı oyadır. əlbəttə ki, Azərbaycan yazıçısının insan orqanizminin imkanları çərçivəsinə sığmayan əməksevərliyini qeyd etməmək mümkün deyil. Belə yüksək keyfiyyətli prozalar yazmağı, əyləncəli  dünyalar yaratmağı, milyonlarla oxucunu öz qəhrəmanları ilə bərabər ağlamağa gülməyə məcbur etməyi yalnız əlahiddə istedaddan doğan inanılmaz enerjiyə malik Müəllif bacara bilər. Digər tərəfdən yalnız istedadın yazıçı yaratması şərti həqiqətdir. Hər kitabın arxasında gərək canlı insan onun əməyinin ölçüsü dayansın. Axı ədəbiyyat həmişə hərf sözlərin vasitəsi ilə özünüifadədir. Çingiz Abdullayev çoxdan layiq olduğu şəkildə bütün dünyada etiraf olunub. Azərbaycanlı sənətkarın kitabları ilə dolu şəxsi kitab rəflərinin olduğu şəhərlərin sayını təxmin etmək çətindir. Aldığı sonuncu Tudor Arqezi mükafatı Çingiz Abdullayevi keçən əsrin görkəmli yazıçıları ilə bir sıraya qoyur. 14 beynəlxalq mükafatın laureatı haqlı olaraq hesab edir ki, Müəllif öncə öz vətənində, öz ölkəsində etiraf olunmalıdır. Çingiz Abdullayev hələ orta əsrlərdən bəşəriyyətə böyük mənəvi irs bağışlamış Azərbaycan ədəbiyyatı tarixində öz ölkəsinin ən yüksək fəxri adına layiq görülən ən cavan xalq yazıçısıdır. Azərbaycanlı müəllif sübut edib ki, çağdaş dövrümüzdə insanları maraqlandıran kitablar yazmaq mümkündür, o, ədəbiyyatın degenerasiyası ilə bağlı fikirləri təkzib etməyi, milyonlarla insanı öz həqiqətinə inandırmağı bacarıb. Çingiz Abdullayev indi öz pərəstişkarlarını yeni kitabları ilə sevindirir. Bizim öhdəmizə düşən, oxuculara onun kitablarından zövq almağı, yazıçıya isə bundan sonra da belə intensiv çalışmağı arzu etməkdir, yəqin ki, o, başqa cür heç bacarmır da.

 





22.04.2014    çap et  çap et