525.Az

“Mənim Ann kimi həyat yoldaşım, Obamanın isə Bill Klintonu var” (VİDEO)


 

“Mənim Ann kimi həyat yoldaşım, Obamanın isə Bill Klintonu var”<b style="color:red"> (VİDEO)</b>

ABŞ-ın prezidentliyə namizədlər Barak Obama və Mitti Romney bu dəfə süfrə arxasında bir araya gəliblər.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kameralar önündə bir-birinə qarşı sərt ifadələr işlədən tərəflər arasında isti münasibətlər müşahidə olunub. Onlar bu dəfə zarafatlaşaraq bir-birləri ilə mübahisəyə giriblər. Masa arxasına ilk olaraq əyləşən Romney rəqibi Obama ilə siyasi müzakirələr aparmayıb.

Romney namizədlərin təşviqat tədbirlərinin çox yorucu olduğunu söyləyərək “Biz çox şanslıyıq. Hər ikimizin yanında güvəndiyimiz, onsuz bir gün keçirə bilmədiyimiz adam var. Mənim Ann kimi həyat yoldaşım, Obamanın isə Bill Klintonu var" fikrini ifadə edib. Romneyin bu sözləri qəhqələrlə qarşılanıb.

Barak Obama isə jurnalistlərə verdiyi açıqlamada süfrə arxasındakı bu görüşü  özlərinin 3-cü debatı adlandıraraq birinci debatdakı məğlubiyyəti, ikinci debatdakı qələbəsi haqda danışıb.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et