525.Az

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib


 

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib<b style="color:red"></b>

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsini müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, iclasda sənəd barədə komitə sədri Rəbiyyət Aslanova məlumat verib.

Bildirilib ki, protokola dəyişikliklər sənədi ötən ilin dekabrın 18-də Strasburqda imzalanıb.

Müzakirələrdən sonra layihə təsdiq olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 





22.04.2014    çap et  çap et