525.Az
Ermənistanın BMT-dəki nümayəndəsi dəyişdirilib
Ermənistanın xarici işlər nazirinin müavini Zoqrab Mnasakanyan bu ölkənin BMT-dəki nümayəndəsi təyin edilib.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "news.am" saytı ölkənin dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər yayıb.
Prezident Serj Sarkisyan Karen Nazaryanın Ermənistanın BMT-dəki daimi nümayəndəsi postundan azad edilməsi barədə qərar qəbul edib.
Prezidentin digər sərəncamı ilə Zoqrab Mnasakanyan Ermənistanın xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək Ermənistanın BMT-dəki daimi nümayəndəsi təyin edilib.
22.04.2014 çap et