525.Az

Sabah Bakıda yağış yağacaq


 

Sabah Bakıda yağış yağacaq<b style="color:red"></b>

Aprelin 23-ü Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısa müddətli yağış yağacağı, gündüz dəyişkən buludlu ara bir tutulacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sabah mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə arasında olacaq.
 

Sabah Azərbaycanın bölgələrində hava şəraiti dağlıq və dağ ətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ara bir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24 dərəcə arasında olacaq. Dağlarda gecə 3-7, gündüz 12-17 isti gözlənilir.

 





22.04.2014    çap et  çap et