525.Az

Kıvanç Tatlıtuğ "Möhtəşəm Yüzil"də?


 

Kıvanç Tatlıtuğ "Möhtəşəm Yüzil"də?<b style="color:red"></b> Türkiyə mətbuatında aktyor Kıvanç Tatlıtuğun “Möhtəşəm Yüzil” serialında rol alacağı haqda xəbərlər yayılıb.

525.az-ın məlumatına görə, serialın növbəti bölümlərində Sultan Süleymanın ölümündən sonra hakimiyyətə Sarı Səlim sahiblənəcək.

Sarı Səlim rolunu isə hazırda “Kuzey Güney” filmində oynayan aktyor Kıvanç Tatlıtuğun canlandıracağı bildirilir. Senari əsasında başda Sultan Süleyman rolunun ifaçısı Halit Ergenç olmaqla bir çox aktyorlar filmdən ayrılacaq.

Serialı çəkən Timur Savcı isə bütün bu xəbərləri yalanlayıb: “Bizim belə bir planımız yoxdur. Bu xəbərlər hardan ortaya çıxır anlaya bilmədim”.
 





19.10.2012    çap et  çap et