525.Az

Hippokrat andına sədaqət


 

Hippokrat andına sədaqət<b style="color:red"></b>

MÜAYİNƏ KAMPANİYASI XƏTAİ RAYONUNDA DA YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLİR 

Artıq xeyli müddətdir ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, bütün ölkə boyu vətəndaşların tibbi müayinəsi keçirilir. Sərəncamdan irəli gələn məsələlər respublikanın digər yerlərində olduğu kimi, paytaxtın Xətai rayonunda da yüksək səviyyədə təşkil edilib. Bakının sayılıb-seçilən səhiyyə ocaqlarından biri - Əhmədli qəsəbəsində yerləşən 38 saylı poliklinikada mən bunun bir daha şahidi oldum. Özüm həmin ərazidə yaşadığımdan mətbuatla bağlılığımı açıqlamadan adi vətəndaş kimi müayinə kampaniyasına qatıldım. Peşəkar tibbi personal səhər vaxtı başlanan andan səliqəli geyimdə, gülərüz, böyük ruh yüksəkliyi ilə müraciət edənlərin xidmətində idilər. Həkimlərdən Şirin Mirxudayev, Anjella Qəmərli (USM), Güllü Cəfərova (kardioloq); Fəxriyyə Zalıyeva, Səfaət xanım başqaları insanları diqqətlə dinləyir, səhhətləri ilə ciddi maraqlanır, narahatlıq doğuran məqamları texnoloji vasitələrlə aşkarlamağa çalışır, resept yazır, digər müalicə üsullarından istifadəni məsləhət görürdülər.

Poliklinikanın baş həkimi İman Rzayev bildirdi ki, bu proses cənab İlham Əliyevin xalqa qayğısının təzahürüdür, əhalinin sağlamlığı üçün atılan təqdirəlayiq addımdır: "Müayinə kampaniyası başlanan gündən tibb mərkəzinə gələnlərin sayı artıb. Artıq qeydiyyatda olan 53 min nəfərdən 38110-u həkim nəzarətindən keçib. Xəstəlik müşahidə olunan 449 pasiyentdən 98-i stasionar müalicəyə götürülüb. 37 körpə doğulub. Fəaliyyətimiz davam edir, çalışırıq ki, Hippokrat andına sədaqət göstərərək vəzifəmizi layiqincə yerinə yetirək".

Qurban CƏBRAYIL

 





23.04.2014    çap et  çap et