525.Az

Rusiyada yeni yaranan qurum fəaliyyətini dayandırdı


 

Rusiyada yeni yaranan qurum fəaliyyətini dayandırdı<b style="color:red"></b>

“Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı fəaliyyətini müvəqqəti olaraq dayandırıb”.
 
Bu açıqlamanı APA-nın Moskva müxbirinə yeni yaradılan qurumun Koordinasiya Şurasının üzvü, Rusiyada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti - “Azərros”un prezidenti Soyun Sadıxov bildirib.

Onun sözlərinə görə, yeni yaradılan qurumun fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb qurumla bağlı Azərbaycan mətbuatında əsassız informasiyaların yayılmasıdır: “Qurumun təsisçiləri olaraq belə qərara gəldik ki, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı fəaliyyətini Abbas Abbasov Azərbaycan prezidenti İlham Əliyevlə görüşünədək müvəqqəti dayandırsın. Görüşdən sonra Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı fəaliyyətini davam etdirəcək”.

“Azərros” prezidenti ÜATİ ilə bağlı mətbuatda yazılan informasiyalara da münasibət bildirib. O, Azərbaycan mətbuatında Rusiyada yeni yaradılan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) ilə bağlı yazılan informasiyaların təxribat xarakteri daşıdığını söyləyib: “Yeni yaradılan qurumun Kremlin tapşırığı ilə yaradılması və digər məlumatlar uydurmadır. Rusiyadakı nüfuzlu azərbaycanlı iş adamlarının yaratdığı bu təşkilat Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı deyil. Bizim məqədimiz Rusiyadakı Azərbaycan təşkilatları arasında əlaqə qurmaqdır. ÜATİ-nin Koordinasiya Şurasının üzvləri Rusiyadakı azərbaycanlıların vəziyyətindən narahatdırlar. Biz hamımız Azərbaycan dövlətini və hakimiyyətini dəstəkləyirik”.

 





20.10.2012    çap et  çap et