525.Az

“Azərbaycan torpaqlarından İrana qarşı istifadəyə əsla icazə verməyəcəyik”


 

“Azərbaycan torpaqlarından İrana qarşı istifadəyə əsla icazə verməyəcəyik”<b style="color:red"></b>

“Azərbaycan torpaqlarından İrana qarşı istifadə olunmasına əsla icazə verməyəcəyik”.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri Berlində Almaniya Xarici Əlaqələr Şurası Mərkəzində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bu cür fikirlər medianın şayiələridir və Azərbaycan əsla belə bir vəziyyətə icazə verməz. İranla Azərbaycan arasında yaxşı əlaqələr olduğunu deyən E. Məmmədyarov vurğulayıb ki, Azərbaycan torpaqlarının İrana qarşı istifadəyə icazə verilməsinə dair iddialar məntiqsizdir: “Bunlar təbliğat xarakteri daşıyır və iki ölkə arasında gözəl əlaqələri pozmağa yönəlib. Azərbaycanla İran rəsmiləri əlaqələrin inkişafına maneə törədəcək oyunları pozacaq iradəyə sahibdirlər”.

 





20.10.2012    çap et  çap et