525.Az

Tanınmış teleaparıcı "Lider" TV-dən getdi


 

Tanınmış teleaparıcı "Lider" TV-dən getdi

“Lider” TV-in xəbərlər proqramının aparıcısı, tanınmış telejurnalist Günay Yelmarqızı telekanalla yollarını ayırıb.

525.az-ın məlumatına görə, bu haqda jurnalist Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xanım aparıcı müxbirimizlə söhbətində xəbəri təsdiqləyib. O, yeni iş yerinin yaxın günlərdə bəlli olacağını bildirib:

“Hələlik bir qədər istirahət haqda düşünürəm. “Lider” TV-dən xoş münasibətlə ayrılmışam. Kanal rəhbərliyi ilə heç bir problemim yoxdur. Mənim İTV yaxud da “ATV” kanalına keçəcəyimlə bağlı yayılan xəbərlər isə doğru deyil”.


 

 





05.09.2012    çap et  çap et