525.Az

Mikayıl Cabbarov Türkiyənin “Hürriyet” qəzeti ilə məhkəməni uddu


 

Mikayıl Cabbarov Türkiyənin “Hürriyet” qəzeti ilə məhkəməni uddu<b style="color:red"></b>

Türkiyənin “Hürriyet” qəzetində Azərbaycan Nazirlər Kabineti yanında Dövlət Tarix və Memarlıq Qoruğunun müdiri Mikayıl Cabbarovun qaldırdığı məhkəmə iddiası əsasında təkzib mətni dərc olunub.

APA-nın xəbərinə görə, qəzetin köşə yazarı Fatih Çəkirgə məhkəmənin qərarı ilə M. Cabbarovun vəkili Baran Umut Baycanın hazırladığı “Cevap ve düzeltme metni” başlıqlı təkzibi öz köşəsində yerləşdirib.

Xatırladaq ki, F. Çəkirgə bu ilin avqust ayında İstanbuldan Barselonaya uçan təyyarədə baş verənlər haqda iki yazı yazıb. O iddia edib ki, Mikayıl Cabbarov ailəsi ilə bərabər Barselonaya uçarkən stüardessadan “ekonom-klas”da əyləşən bir sərnişini “bizness-klass”a keçirməsini tələb edib. Stüardessa bundan imtina edib. M. Cabbarov isə stüardessaya “siz mənim kim olduğumu bilirsinizmi” deyərək onu işdən çıxartdırmaqla hədələyib. F. Çəkirgə birinci yazısında məmurun adını çəkməsə də, ikinci yazısında söhbətin Mikayıl Cabbarovdan getdiyini açıqlayıb.

Vəkil təkzibində bildirib ki, M. Cabbarova qarşı irəli sürülən ittihamlar tamamilə haqsız və əsassızdır. Belə ki, stüardessa ilə mübahisə edən şəxs M. Cabbarov olmayıb. O qeyd edib ki, yazı hazırlanarkən müəllif olayı araşdırmayıb, qarşı tərəfin mövqeyini öyrənməyib və dövlət məmurunun ünvanına nalayiq ifadələr işlədilib. Mikayıl Cabbarovun etmədiyi hərəkətlər ona və tutduğu vəzifə ilə əlaqədar Azərbaycan hökumətinə aid edilməklə həm M. Cabbarovun etibarı zədələnib, həm də Azərbaycana qara yaxılıb.

 





20.10.2012    çap et  çap et