525.Az

Yunis Hüseynov: "Kuboku "Neftçi" qazanacaq"


 

Yunis Hüseynov: "Kuboku "Neftçi" qazanacaq"<b style="color:red"></b>

Dünən Azərbaycan kubokunun finaçıları məlum olub. Yarımfinalda "Neftçi" "Rəvan"ı, "Qəbələ" isə "Xəzər Lənkəran"ı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. 

Azərbaycan futbolunun tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov Qol.Az saytına açıqlamasında baş tutan oyunlar haqda fikir bildirib və final mərhələsi haqda proqnozunu söyləyib:

"Oyundan əvvəlki müsahibələrimin hamısında demişdim ki, "Neftçi" rahatlıqla finala yüksələcək.  "Rəvan"a hörmətsizlik etmək istəmirəm, ancaq o gücdə deyildilər ki, "Neftçi"ni keçsinlər. İlk oyunda gördük ki, "Neftçi" qalib gələ bilməsə də, rəqibini tam üstələdi. Ona görə də əminliklə "Neftçi"nin finala çıxacağını demişdim. 

Digər yarımfinal oyununa gəldikdə isə onu deyə bilərm ki, "Xəzərə Lənkəran" kubokla Qəbələdə vidalaşdı. Çünki öz səhvlərindən 0:3 hesabı ilə məğlub olmuşdular. Bu, kubok oyununda çox böyük hesabdır. Ancaq ümid edirdim ki, "Xəzər Lənkəran" öz meydanında nəsə edə bilər. Çünki Lənkəranda bütün komandalar çətinliklə üzləşib. İlk 15 dəqiqədə qol vurmaqla nəyəsə ümid etmək olardı. Ancaq "Qəbələ" hesabı açandan sonra "Xəzər lənkəran"ın şansı heçə endi".

Vaxtilə "Xəzər Lənkəran"ı çalışdıran veteran futbolçu sabiq komandasının uğursuz bir mövsüm keçirməsi haqda da danışıb: "Hazırda komandanın içində deyiləm. Ona görə də hansı çatışmazlıqların olduğunu deyə bilmərəm. Rəhbərlik komandaya və baş məşqçiyə hər cür şərait yaradıb. Məncə, klubda Mustafa Dənizlinin bir sözünü iki edən olmaz. Onun bütün istəkləri yerinə yetirilib. Buna görə də uğursuzluğun səbəbini Dənizlidən soruşmaq lazımdır".

Y.Hüseynov Azərbaycan kubokunun final mərhələsi üçün öz proqnozunu verib. O, kuboku "Neftçi"nin qazanacağına əmin olduğunu deyib: "Hər iki komandaya uğurlar arzu edirəm. Düşünürəm ki,  "Neftçi" qalib gələcək. Əgər finala "Xəzər Lənkəran" və "Neftçi" çıxsaydı, birincilər kuboku qazanardı. Ancaq indiki halda kuboku "Neftçi" qazanacaq".

 

 





25.04.2014    çap et  çap et