525.Az

Vətəndaş cəmiyyətinin əsas cəhətləri və tarixi inkişafının ümumi parametrləri


 

Vətəndaş cəmiyyətinin əsas cəhətləri və tarixi inkişafının ümumi parametrləri <b style="color:red"></b>

Vətəndaş cəmiyyətinin mühüm elementi kimi həmkarlar təşkilatları müxtəlif subyektlər arasında əmək, iqtisadi, sosial digər münasibətlərin dinc anlaşılan şəkildə formalaşması həll  edilməsi nöqteyi-nəzərdən əhəmiyyətli təsir imkanlarına malikdirlər. Bu, hər şeydən əvvəl həmkarlar ittifaqlarının malik olduqları hüquqlarının məzmunundan görünür. Qanunla həmkarlar ittifaqları aşağıdakı hüquqlara malikdirlər: əmək, sosial, iqtisadi məsələlər barəsində  qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər; öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər; səlahiyyətlərinə uyğun işçilərin sosial iqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq əmək  haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının  vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər; öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər; işəgötürən tərəfindən əmək həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə  qanunvericiliyə əməl olunmasını aşkara çıxarılmış  pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var; dövlət orqanları digər təşkilatlarla öz səlahiyyətləri daxilində iqtisadi, sosial mədəni inkişaf  məsələləri üzrə kollektiv danışıqlar aparır kollektiv sazişlər  bağlayırlar... Həmkarlar ittifaqları kollektiv müqavilələrin   kollektiv sazişlərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində  qanunvericiliyə uyğun olaraq nəzarət edirlər; öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək  mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər; qüvvədə olan qanunvericiliyə uyğun olaraq nizamnamə məqsəd vəzifələrini həyata keçirmək məqsədilə həmkarlar ittifaqları tətillər, mitinqlər, küçə yürüşləri, nümayişlər başqa kütləvi tədbirlər təşkil edib keçirə bilərlər. Həmkarlar təşkilatları tarixən işçilərin hüquqlarının qorunması, sosial problemlərin həll edilməsi digər funksiyaların həyata keçirilməsində kifayət qədər güclü təsirə malik olublar. İndi demokratik dövlətlərdə həmkarlar təşkilatları güclü nüfuza təsirə  malikdirlər. Azərbaycanda isə cəmiyyətin inkişafı üçün bu  institutun gücləndirilməsinə ciddi zərurət var. 

Dini birliklər adından göründüyü kimi, insanların daha çox dini, mənəvi ehtiyaclarının ödənilməsi üçün bir araya gəlməsinə  imkan verən birlik formasıdır. Hüquqi cəhətdən vətəndaşlar müxtəlif dini birlik formalarında birləşə bilərlər. Belə ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsində dini qurumların dairəsinə dini icmalar, idarə   mərkəzlər, dini qardaşlıqlar, dini tədris müəssisələri onların  birlikləri aid edilir. Dini qurumlar yetkinlik yaşına çatmış şəxslərin dini etiqad azadlığı hüququnun birgə həyata keçirilməsi, həmçinin dini etiqadı dini yaymaq üçün yaradılmış könüllü təşkilatlardır. Baxmayaraq ki, qanunvericilik birləşmək üçün müxtəlif formalar təqdim edir, lakin praktikada vətəndaşların daha çox dini icma şəklində birləşməyə üstünlük verdikləri müşahidə edilir.  Qanuna əsasən, dini icma dinə birlikdə ibadət digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş dindar  şəxslərin yerli dini qurumudur. Hazırda respublikamızda 500-dən artıq qeydiyyatda olan, ümumilikdə isə 800-dən artıq dini icmanın olması bildirilir. Dini icma kimi isə daha çox məscidlər çıxış edir. Baxmayaraq ki, ölkəmiz dünyəvi dövlət hesab edilir din  dövlətdən ayrıdır, lakin digər birliklər kimi dini birliklər ölkə  həyatında aktiv iştirak etmək cəmiyyətin müxtəlif ehtiyaclarının ödənilməsinə öz töhfələrini vermək imkanlarına malikdirlər. Qanunun 5-ci maddəsində deyilir ki, dini qurumlar ictimai həyatda  iştirak etmək, habelə ictimai birliklərlə yanaşı, kütləvi məlumat  vasitələrindən istifadə etmək hüququna malikdirlər. Lakin dini  qurumlara siyasi partiyaların fəaliyyətində iştirak etmək onlara  maliyyə yardımı göstərmək qadağan edilir. Dini birliklərin əsas fəaliyyətini xeyriyyə mədəni-maarif  xarakterli fəaliyyətlər təşkil edir. Bu fəaliyyəti isə həm müstəqil,  həm ictimai fondlar vasitəsi ilə həyata keçirirlər. Dini birliklər  müstəqil şəkildə qanunvericiliyə öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq surətdə hüquqi şəxs statuslu nəşriyyat, poliqrafiya, istehsal, bərpa-tikinti müəssisələri, yetimxanalar,  internatlar, xəstəxanalar sair təsis edə bilərlər.

Vətəndaş cəmiyyəti institutlarının başlıca aparıcı qüvvəsi olan QHT-lər ölkənin ictimai-siyasi həyatında iştirak etmək, öz  fərdi kollektiv məqsəd, istək arzularını daha sərbəst şəkildə ifadə etmək cəmiyyətin inkişafına töhfələrini vermək nöqteyi-nəzərdən digər vətəndaş birlikləri ilə müqayisədə vətəndaşlara  daha geniş imkanlar verir. Dünyanın bir çox ölkələrində QHT-lər vətəndaş  cəmiyyətinin vacib elementi, ölkənin inkişaf prosesində vacib qurumlardan biri hesab edilir. Qeyri-hökumət təşkilatları müasir dövrdə özünü demokratik proseslərin inkişafının səmərəli iştirakçısı kimi göstərir. Bu təşkilatlar şəffaflıq, effektivlik, açıqlıq, hesabatlılıq kimi yaxşı idarəetmə mexanizmlərinin işləkliyini təmin etməkdə günbəgün öz əhəmiyyətini artırır. Onlar cəmiyyətdə vətəndaş fəallığının artmasına yardım edir, dövlət yerli hakimiyyət orqanlarında qərarların qəbul olunması prosesinə qeyri-siyasi vasitələrlə təsir edirlər. QHT-lər vətəndaş təşəbbüskarlığını inkişaf etdirir problemlərin həllinə kömək edir. İdarəetmənin yaxşılaşdırılması üçün QHT-lər əsas etibarilə 3 funksiya yerinə yetirirlər: siyasət strategiyaların hazırlanmasında iştirak funksiyası: dövlət idarəetməsi prosesində boşluqların doldurulması, iqtisadi sosial rifaha dəstək üçün inkişaf  strategiyalarının hazırlanması, ictimai siyasətlərin təhlili; ictimai nəzarət yaxud ictimai maraqların müdafiəsi (vəkillik) funksiyası: dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin dövlət proqramlarının monitorinqinin aparılması, dövlət orqanlarında şəffaflığın artırılması, qanun pozuntusu   sui-istifadə hallarına ictimai diqqətin cəlb edilməsi s. Sosial xidmətlər funksiyası: vətəndaşların  maarifləndirilməsi onların bilik, bacarıq məsuliyyətlərinin  artırılması, vətəndaşların qərarvermədə iştirak üçün səfərbər edilməsi, demokratik təsisatların möhkəmlənməsi, dövlətlə vətəndaşlar arasında dialoqun yaradılması yolu ilə sosial  kapitalın yaradılması. Ayrı-ayrı ölkələr iqtisadi, sosial siyasi inkişaf  vəziyyətindən, o cümlədən xalqın adət-ənənəsi mentalitetindən asılı olaraq demokratik dövlət quruculuğunu müxtəlif yollarla keçirlər. Bu gün bir çoxları belə hesab edirlər ki, sosial rifahın ədalətin bərqərar olmasının az-çox təminatçısı demokratiya, onun praktik təcəssümü isə vətəndaş cəmiyyətidir.  Ötən əsrin 90- illərinin demokratikləşmə dalğası yoxsulluğun azaldılması çağırışları inkişaf etməkdə olan ölkələrdə vətəndaş cəmiyyəti ideyasına marağı daha da artırdı QHT-lər üçün yeni fəaliyyət imkanları vəzifələr müəyyən etdi.

AQİL

 





25.04.2014    çap et  çap et