525.Az

Azərbaycanlı zəvvarlardan biri dünyasını dəyişdi


 

Azərbaycanlı zəvvarlardan biri dünyasını dəyişdi<b style="color:red"></b>

Müqəddəs Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri bu gün dünyasını dəyişib.

Bu barədə 525.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 1947-ci il təvəllüdlü Hidayətova Raziyənin əhvalı sübh namazından sonra pisləşib, ona ilkin tibbi yardım göstərilib. Lakin həkimlərin davamlı səylərinə baxmayaraq, azərbaycanlı zəvvar bir qədər sonra ürək çatışmazlığından keçinib.

İxtisasca həkim olan Hidayətova Bakıdakı poliklinikalardan birində baş hakimin müavini vəzifəsində çalışırdı.

Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunacaq.

 





20.10.2012    çap et  çap et