525.Az

Suverenliyimiz və Qərb


 

Suverenliyimiz və Qərb<b style="color:red"></b>

siyasi elmlər doktoru 

Hələ 15 il əvvəl "Böyük dövlətlərin regiondakı maraqları siyasətləri" adlı bir problemi tədqiq etmişdim. Bu, namizədlik dissertasiyamın bir paraqrafının kiçik bölməsi idi. Tamamən nəzəri bir məsələ idi. Təbii ki, əsasən bizim regiondakı proseslərin təcrübəsinə söykənirdi. Nəzəriyyə ilə məşğul olan tədqiqatçılara, xüsusən təbiət elmləri üzrə ya onun bazasında formalaşmış mütəxəssislərə elmi yaradıcılığın belə bir xüsusiyyəti bəllidir ki, qoyulan məsələnin həlli yolunu insan yalnız getmir, sanki onu həllə doğru məsələ özü itələyərək aparır. Sən nəticəyə daha sürətlə çatırsan, nəinki sənin idrakın bütün dolğunluğu ilə. Nəticəni əldə etdikdən sonra, keçdiyin yola dönüb təkrar baxırsan məsələnin həllinə necə çatdığını, prosesin qanunauyğunluğunu tam anlamında dərk etməyə çalışırsan, daha sonra müvafiq metodologiyanın verdiyi imkanlarla onu sınaqdan keçirirsən.

Regionumuzda böyük dövlətlərin rolu, onların kəsişən (indi isə daha çox üst-üstə düşən demək istədiyim) maraqları bizim üçün hər zaman ən aktual, taleyüklü bir məsələ olub olmaqdadır. Bugünkü proseslər fonunda məsələ ilə bağlı düşüncələrimin, yanaşmamın "silkələnib çalxalandığı" bir zamanda yadıma 15 il əvvəl həmin paraqrafda yazdığım nəzəri müddəalar düşdü. Bu müddəalar geopolitikanın optimallığı üçün böyük dövlətlərin regiondakı maraqları siyasətləri ilə bağlı mötəbər informasiyanın şərt olması ətrafında idi.

Biz düşünürdük ki, bu maraqlar, motivlər bizə əsasən bəllidirlər. Rusiya suverenliyimizdə maraqlı deyil, regionumuzu tamamən təkrar istila etməyincə sakitləşməyi heç düşünmür . İran da bənzər strategiyanı daha dərin tarixi qatlardan gələn uzun əsrlər, minilliklər boyu təkamül prosesi keçmiş bir münasibət əsasında aparır. Azərbaycanı ya İranın, ya da ən pis halda Rusiyanın tərkibində olması onun regionla bağlı siyasətinin əsasında duran motivlərdəndir. Düşünürdük ki, Qərbin siyasəti burada kəsişir. Belə ki, Qərb region ölkələrinin, o cümlədən Azərbaycanın müstəqilliyində maraqlıdır Qərb ilə Rusiya arasında bu məsələdə heç bir konsensus yoxdur, əksinə tam ziddiyyətdir.

Bəlkə əslində biz belə bilmək istəyirdik, onlar da istədiyimizi söylədilər söyləməkdə davam edirlər. Halbuki, Qərbin sadəcə Qarabağ problemindəki mövqeyi davranışı məsələnin heç anlamaq istədiyimiz kimi olmadığının ən böyük göstəricidir. Qərb Azərbaycanın tam suverenliyində maraqlıdırmı? Bəli, Qərb Azərbaycan neftində indi qazında maraqlıdır. Bu səbəbdən , qədər ki, neft qaz var, Rusiyanın bu regionda tam hegemonluğunu istəmir. Lakin Qərbə görə bizim suverenliyimiz hansı həddə olmalıdır? Tam suverenlik, ərazi bütövlüyü, Rusiya təhdidindən azad olmaq Qərbə bizim təbii ehtiyatlar üzərində indiki imkanlarını yaradacaqmı? Sadəcə regionun təbii qaynaqları ondan maksimum yararlanma aspektindən yanaşıldıqda Qərbin maraqları üçün indiki situasiya ən əlverişlisidir. Əgər Rusiyanın regiondan tamamən çıxması (aydındır ki, bu, Qarabağ probleminin həlli ilə mümkündür) Qərbə lazımdırsa, o zaman niyə biz 20 ildən artıqdır ki, Qərbə Azərbaycanın əhəmiyyətini, onun suverenliyinin ərazi bütövlüyünün önəmini izah etməyə çalışır, o da israrla özünü anlamazlığa qoyur?!

Ukrayna ilə bağlı proseslər bu sualları daha da əsaslı edir. Belə ki, Krım çox rahatlıqla Rusiyaya verildi. Hətta Abxaziya Asetiyadan da. Bununla da Sovet İmperiyasından azad olmuş müstəqil dövlətlərin suverenliyinin Qərb üçün əslində kimi bir dəyər daşıdığı çılpaqcasına göründü. Sanki Krım Qərblə Rusiya arasındakı tarixən razılaşdırılmış dünya bölgüsü xəritəsində Rusiyanın haqqına daxil olan bir ərazidir. O zaman suallar yaranır: Bu bölğü zaman gedib? Bu bölgünün əsas konturları I Dünya Müharibəsinin nəticələri əsasında dünyanın uzun minilliklərdən bəri, Roma İmperiyasından sonra ilk dəfə xristianlar tərəfindən bölünməsi prinsipləridirmi? Bəs indi, yəni Krımdan sonra mübahisə nəyin üzərindədir? Niyə Krımın istilasını sakitliklə seyr edən, "aciz"liyini, "qorxu"larını enerji asılılıqlarını sərgiləyən Qərb Ukraynanın şərq vilayətlərinin istilasının qarşısını almaqda qətiyyət sərtlik göstərə bilir? Putin Rusiyası ilə Qərb arasındakı mübahisə Rusiyanın I Dünya Müharibəsinin nəticəsində alınmış razılığı bolşeviklərin ardınca təkrar pozmaq niyyətidirmi? Bu məsələlər bizə nəyi aydınladır? Məgər, bunlar I Dünya Müharibəsi sonunda Azərbaycanı Rusiyaya güzəştə getməyə razı olan, lakin suveren olmasına imkan vermək istəməyən, Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətimizin ancaq 1 illik səylərindən sonra Paris Konfransında Azərbaycan Demokratik Respublikasının müstəqilliyini tanıyan həmin dövlətlər deyillərmi? O zaman bununla Azərbaycandakı fəaliyyətlərilə Qafqazda daha bir türk dövlətinin formalaşmasının apardıqları dünya müharibəsinin məramına zidd olmasını belə bir şeyi arzulamadıqlarını nümayiş etdirmədilərmi? Biz o zaman olduğu kimi, indi nədənsə hər şeyi erməni təbliğatı ilə, ermənilərin "əlahiddə inandırma" qabiliyyətlərilə əlaqələndirməyə çalışırıq. Sanki bu ölkələrin peşəkar siyasətçiləri mütəxəssisləri ermənilər, onların regiondakı siyasətləri, əməlləri burada gedən proseslərdən yalnız erməni təbliğatı sayəsində xəbərdar olurlar. Baxmayaraq ki, qərbin kəşfiyyatı hər zaman yüksək peşəkarlıqla işləyib. Qərb siyasətçiləri siyasətşünasları da ermənilərin yüksək təşkilatlanma təbliğat aparma s. bacarıqlarını qarşımıza əsas səbəb kimi qoyurlar. Bununla da böyük həvəslə "siz böyük bir cinayətin qurbanısınız" etirafını, "siz yaxşı təşkilatlanmamısınız"la əvəzləyirlər. Lakin aydındır ki, hər hansı azlıqda olan xalq ya diaspora hansı səviyyədə lobbiçilik fəaliyyəti aparmasından asılı olmayaraq böyük dövlətlərin geosiyasi maraqlarını dünya siyasətindəki strategiyalarını müəyyənləşdirmək iqtidarında ola bilməz. Deməli, burada əsas motiv bizim dövlətçiliyimizə, bir dövlət olaraq mövcudluğumuza güclənmək perspektivimizə tərəddüdlü münasibətdir. Regionda güclü bir türk zolağının yaranmasına dözümsüzlükdür. Bunu dərk edərkən 20 ildən artıq bir dövrdə Qarabağ münaqişəsində Qərbin tutduğu mövqe, hətta təhlükəsizliyimizi təmin etmək üçün Türkiyə ilə ikitərəfli hərbi müttəfiqliyə NATO çərçivəsindəki asılılıqlardan istifadə edərək yaratdıqları maneə anlaşılır. 

Rusiya Qarabağ problemini bu regionu təkrar tamamən istila edənə qədər saxlamaq istəyir. Qərbin davranışlarından Minsk qrupu çərçivəsində Rusiya ilə razılıq şəraitində olmasından belə aydın olur ki, problemin bu şəkildə saxlanılması onun da maraqlarına xidmət edir. O zaman sual yaranır: Qərb üçün bu problem vaxta qədər qorunub saxlanmalıdır? Əcaba, bu, Azərbaycanda neft qaz tükənənə qədər deyil ki?

Bir gerçəkdir ki, XX əsrin sonunda Azərbaycan dövlətinin təkrar müstəqilliyini qazanmasında hazırda da onun qorunmasında əsas amillərdən biri Avro-Atlantik blokun dünya siyasətindəki liderliyidir. Lakin bunun əks töhfəsi çox daha böyükdür. Belə ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu Sovet İmperiyasının bərpası yolunda bir səddir. Azərbaycan rus imperiyasının mövcudluğunda, o cümlədən dağılmasında bir açardır bunu Lenindən başlayaraq bütün rus liderləri, o cümlədən Putin çox yaxşı bilir. Azərbaycan sadəcə imperiyanın sütunu olacaq iqtisadi amil deyil. Həmçinin, mədəni siyasi-psixoloji amildir. Azərbaycanın rus imperiyasına təslim edilməsi bütün Qafqazla yanaşı, ardınca Orta Asiyanın ruslar tərəfindən ilhaqı deməkdir. Azərbaycanın siyasi taleyi münasibətlərimizin necə hansı səviyyədə olmasından asılı olmayaraq Orta Asiya respublikalarını istiqamətləndirən mədəni psixoloji təkandır. Bunu tarix XX əsrdə bir neçə dəfə sübut edib. Qafqaz Orta Asiyaya sahib olmuş Rusiya üçün isə Avropanın ən azı yarısında hegemoniya əldə etmək bütün Avropanı təhdid içində saxlamaq çətin deyil. Ona görə qərbli tərəfdaşlarımızın, nəhayət, özlərinin türkə olan fobiya antipatiyalarından azad olub, suverenliyimiz ərazi bütövlüyümüzlə təhlükəli incə oyunlar oynamamaları bizim qədər onlar üçün vacibdir. Bunu onlara anlayana qədər dönə-dönə izah etməmizdən başqa çarəmiz yoxdur. Məqsədimizə müvafiq olaraq işimizi artıq bir əsr mövcud olan konsepsiya stereotiplərlə silahlanmış siyasətçi diplomatlardan daha çox həmin konsepsiya siyasi strategiyaları hazırlayan aparıcı siyasi məktəblərin, akademik qurumların nümayəndələri ilə aparmalıyıq. 

 





25.04.2014    çap et  çap et