525.Az

Həsən Həsənovun "Qız qalası" kitabı ictimaiyyətə təqdim olunub (Fotolar)


 

Həsən Həsənovun "Qız qalası" kitabı ictimaiyyətə təqdim olunub <b style="color:red">(Fotolar)</b>

Ötən gün "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsində tanınmış ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənovun rus dilində "Qız qalası" kitabının təqdimat mərasimi keçirilib.

Bir sıra dövlət qurumlarının, ictimaiyyət media nümayəndələri, alimlər, tədqiqatçıların da iştirak etdiyi tədbiri İdarənin rəisi Samir Nuriyev açıb: "İçəri şəhərin  tarixi simasının qorunub saxlanması gələcək nəsillərə ötürülməsində Qoruq ərazisində abidələrin bərpası konservasiyası üzrə həyata keçirilən layihələrlə yanaşı elmi araşdırmaların aparılmasının da böyük əhəmiyyəti var. Həsən müəllimin təqdim olunan yeni kitabının  İçərişəhərdə yerləşən abidələrin, eləcə Qız Qalasının tarixinin dəqiqləşdirilməsində, əsaslandırılmış məlumatların formalaşmasında əvəzsiz rola malik olacağına inanıram. Əsərin gələcəkdə tarixi-memarlıq irsimizlə bağlı bu ya digər maraqlı mövzular üzrə yeni, əsaslı araşdırmaların aparılması üçün təkan verəcəyinə ümid edirəm".

Sonra kitabın müəllifi əsərinin əhatə etdiyi araşdırmalar əldə etdiyi nəticələr haqqında ətraflı təqdimatla çıxış edib: "Qız Qalası tarixçilərin, arxeoloqların, yazıçıların, şairlərin, rəssamların, filosofların, jurnalistlərin, musiqiçilərin, kinematoqrafların diqqətini həmişə cəlb edib. Bunun səbəbi isə onun müqəddəs yer olması, Qobustanın unikal relyefində yerləşməsi, İçəri Şəhər Tarixi Memarlıq Kompleksində özünəməxsus yer tutması ilə bərabər, milli qürur simvolumuz olmağı ilə əlaqədardı. Qız Qalası haqqında geniş araşdırmanı əhatə edən bu kitabda materiallar 3 hissədə təqdim olunub. Birinci bölmədə Qız Qalasının tarixi, Bakıdakı Qız Qalasının inşa dövrü, qala ilə bağlı arxeoloji informasiyanın dəyərləndirilməsi faktorları, bürünc balığın arxeoloji izlərini tədqiqatı, abidənin daxili strukturu, qalanın fasadının tipologiya atributlarının izahı, etimoloji semantik mənası ətraflı tədqiq olunub.

Kitabın ikinci hissəsində abidə kimmer-skif kult kompleksi kimi nəzərdən keçirilib. Üçüncü bölümdə isə semantik anlamı önə çəkilib".

Kitabda həmçinin illüstrasiyalar da yer alıb. Mərasimdə alim sualları cavablandırıb.

S.MÜRVƏTQIZI

 





25.04.2014    çap et  çap et