525.Az

"Erkən nikahlar ciddi təhlükələr törədir"


 

"Erkən nikahlar ciddi təhlükələr törədir"<b style="color:red"></b>

Ailə cəmiyyətin özəyi, onun ayrılmaz tərkib hissəsidir. Təbii ki, cəmiyyət dəyişdikcə birmənalı olaraq ailə haqqında təsəvvürlər dəyişərək inkişaf edir, ailə qanunları, normaları daha da təkmilləşib möhkəmlənir. Baş verən müsbət dəyişikliklər ailənin cəmiyyətdə rolunun, mövqeyinin nüfuzunun artmasına ciddi təsir göstərir.

Bunu müstəqillik qazanmış ölkəmizin timsalında aydın görmək olar. Müstəqillik illərində respublikanın həyatında baş verən köklü ictimai-siyasi sosial-iqtisadi dəyişikliklər ailələrdən yan keçməyib. Ailə məsələləri  yeni milli müstəviyə çıxarılıb.

Əsrlər boyu təzyiqlərə, repressiyalara, qadağalara məruz qalan Azərbaycan ailəsi bütün məhrumiyyətlərə baxmayaraq mental xüsusiyyətləri, milli dəyərləri qoruyub-saxlamağı bacarıb, müstəqillik şəraitində dünya ölkələri ilə inteqrasiya nəticəsində bəşəri, mədəni estetik məziyyətlərlə daha da zənginləşib.

Ağdam Rayon Qeydiyyat Şöbəsinin rəisi, hüquqşünas Zöhrab Zeynalovun dediyi kimi, müstəqillik qazanıldıqdan sonra respublikamızda  ailənin möhkəmləndirilməsi inkişaf etdirilməsi sahəsində mühüm hüquqi addımlar atılıb. "Ailə Məcəlləsi" digər qanunvericilik aktları qəbul edilib. Bu mühüm işlərin həyata keçirilməsində müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyev əvəzsiz xidmətlər göstərib.

Hazırda dövlətimiz tərəfindən ailənin rolunun artırılması inkişafı istiqamətində tədbirlər uğurla davam etdirilir.

Şöbə rəisi qeyd edib ki, ailə yalnız  iki şəxsin evlilik münasibətlərini tənzim etməklə məhdudlaşmır. Qurulan ailə daha geniş ictimai vəzifələr, missiyalar həyata keçirir. Burada uşaqlar dünyaya gəlir, nəsil davam edir, tərbiyə aşılanır, qohumluq əlaqələri yaranır, valideynlərə qayğı sair kimi birgəyaşayış funksiyaları yerinə yetirilir. Odur ki, sağlam ailənin qurulması qorunması cəmiyyət ücün həyati əhəmiyyət kəsb edir. Əlbəttə, ailənin dağılması cəmiyyətə ciddi təsir göstərir, onu ağır zərbələrə məruz qoyur.

Bu mənada, gələcəkdə problemlərin baş verməməsi üçün ailə qurmazdan öncə bir çox mühüm məsələlər həllini tapmalıdır. Daha doğrusu, cəmiyyətdə qarşıya çıxan  əngəllər, səbəblər aradan qaldırmalıdır. Bu baxımdan ailə qurmaq üçün gənclərin tibbi müayinəsi çox əhəmiyyətlidir. Z.Zeynalov bu sahədə dünya ölkələrinin, ən azından MDB dövlətlərinin təcrübəsindən istifadənin faydalı olduğunu vurğulayıb.

Hüquqşünasın qənaətinə görə, ailənin möhkəm dayaqlar üzərində qurulmasında nikah müqavilələri əhəmiyyətli rol oynayır. Bu istiqamətdə əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilməlidir.

Z.Zeynalov söhbətinin davamında bildirib ki, ailə dövlət tərəfindən rəsmən tanındıqdan sonra öz həqiqi  hüquqi statusunu qazanır. Ölkə Konstitusiyasına əsasən hər kəs qanunla nəzərdə tutulmuş  yaş həddinə çatdıqda ailə qurmaq hüququ əldə edir. Mövcud qanunvericiliyə görə nikah yaşı oğlan qızlar üçün 18 yaş müəyyən edilib. Xalqımız həmişə ailəni müqəddəs sayıb, ona böyük hörmət bəsləyib, adını uca tutub. Bu gün bu ənənə layiqincə davam etdirilir, lakin təəssüflər olsun ki, bir çox vətəndaş tərəfindən ailəyə laqeyd münasibət bəslənilir, onun nüfuzuna xələl gətirən əməllərə yol verilir. Nəticədə ailələr dağılır, uşaqlar valideynsiz böyüyürlər. Bu işdə valideynlərin günahı az olmur. Hüquqşünas respublikada boşanma hallarının çoxalmasından narahatlığını gizlətməyib. O, belə halların əksəriyyətinin  erkən nikahlar səbəbindən baş verdiyini diqqətə çatdırıb.  Valideynlərin təqsiri üzündən 18 yaşdan aşağı olan uşaqlar məcburi evliliyə daxil olurlar. Beləliklə, erkən nikaha girən uşaqlar sağlam yaşamaq, təhsil almaq inkişaf etmək imkanlarından məhrum edilirlər. Erkən nikahlar xüsusilə, qızlara onların dünyaya gətirdikləri övladların sağlamlıq durumu üçün ciddi təhlükələr törədir. Bu kimi hallar, bütövlükdə, cəmiyyətin inkişafına maneələr yaradır, milli genefondumuza zərbə vurur. Erkən evlilik insan hüquqlarının kobud surətdə pozulmasıdır qanunla qadağan olunur.

Hüquqşünas cəmiyyətdə nikahsız ailələrin sürətlə artmasına da kəskin münasibətini bildirib. Onun sözlərinə görə, qeyri-rəsmi nikaha daxil olan kişi qadınlar, əslində, gələcək həyatlarında problemlərə rast gəlməklə yanaşı, hüquqlarının müdafiə olunması imkanlarını da itirmiş olurlar.

Başa düşmək lazımdır ki, qeyd olunan hallarda bağlanmış dini nikah kəbin heç bir hüquqi əhəmiyyət kəsb etmir, heç kimə imtiyaz səlahiyyət vermir. Ona görə həm erkən nikahlara, həm nikahsız ailə qurulması hallarına son qoyulmalıdır.  

Z.Zeynalov belə halların  qarşısının alınması üçün rayon qeydiyyat şöbəsi tərəfindən    bölgənin əmək kollektivlərində, ümumtəhsil məktəblərində, kolleclərdə, digər ictimai yerlərdə söhbətlər, məsləhət saatları, mühazirələr təşkil edilməsindən, müvafiq maarifləndirmə tədbirləri aparılmasından söz açıb. Söhbətin sonunda adıçəkilən rayon qeydiyyat şöbəsində nikah baglanılması qeydə alınması ilə əlaqədar görülən işlərə toxunulub. Mütəxəssis qeyd edib ki, bu sahədə işlər qanunvericiliyin tələbləri səviyyəsində operativ surətdə həll edilir. Harada yaşamalarından asılı olmayaraq həm köçkün, həm yerli ağdamlılar şöbənin xidmətlərindən asan rahat şəkildə istifadə edə bilirlər.

Yəhya PAŞAZADƏ

 





25.04.2014    çap et  çap et