525.Az

Bahar Muradova: “Ermənilər fərqində deyillər ki..."


 

Bahar Muradova: “Ermənilər fərqində deyillər ki..." <b style="color:red"></b>

Bəşər tarixində qanlı faciələr ayrı-ayrı xalqlara millətlərə qarşı yönəlmiş soyqırım aktları olub bunların hər biri zaman keçdikcə öz dəyərini qiymətini alır. Lakin bütün bunlarla yanaşı, uydurma soyqırım aktlarının olduğunu sübut etməyə çalışanlar da var. Onlar da bizim bədnam qonşumuz olan Ermənistan dünya erməniləridir”.

Belə bir açıqlama ilə Milli Məclisin vitse-spikeri Bahar Muradova ermənilərin hər il aprelin 24- qondarmaerməni soyqırımıkimi qeyd etmələrinə münasibət bildirərkən çıxış edib. O deyib ki, ermənilər özlərinin törətdikləri faciələri, qırğınları başqalarının adına çıxararaq bunu özlərinə qarşı yönələn akt kimi qələmə verməyə çalışırlar ki, bunun da müqabilində həm ərazi, həm digər iddialarını reallaşdırmaq istəyirlər: “Bəla orasındadır ki, tarixdə törədilənlər azmış kimi, günümüzdə XIX əsrin sonu XX əsrin əvvəllərində bu soyqırım aktları davamlı şəkildə həyata keçirilib. Bu gün həm türk soyundan olan, həm Azərbaycan xalqına qarşı törədilmiş hadisələrin acı nəticələri göz önündədir. Təəssüf ki, dünya birliyi beynəlxalq ictimaiyyət bu məsələnin hüquqi-siyasi qiymətini adekvat olaraq verməyib. Odur ki, ermənilər bu iddialarına davam edirlər. Əlbəttə, Türkiyə Ermənistanın, o cümlədən türk erməni xalqlarının taleyində baş verən hadisələrin tarixi hər kəsə bəllidir. Bu da beynəlxalq aləmdə yaranan mühitdən öz maraqları üçün istifadə edən erməni siyasətçilərinin törətdiyi əməllərdir”.

B.Muradova təəssüf  edib ki, bu gün ermənilər azad şəkildə fəaliyyətlərini davam etdirirlər. Hətta bəzi beynəlxalq təşkilatlar, eləcə ayrı-ayrı ölkələrin parlament hökumətləri belə bir soyqırım aktının olması barədə qanunlar qəbul edir, soyqırım aktını inkar edənlərə qarşı cəza tədbirləri tətbiq edirlər.

Təbii ki, bu cür ikili standartlar, yanaşmalar bizi təəssüfləndirir hadisələrə adekvat qiymətin verilməməsi bu gün buna bənzər hadisələrə cəhdlərin davam etməsini ortaya qoyur. Ona görə aprelin 24-ü qədim Osmanlı imperiyasının tarixində baş verən hadisələrə məhz həmin tarixi hadisələr kontekstindən, o dövrün ictimai-siyasi reallıqlarından həqiqətlərindən qiymət vermək lazımdır. Ermənilər uydurma soyqırımının ardınca düşərək, həm öz xalqlarını girova çevirdiklərinin, həm dünya xalqlarının bir-birinə qarşı normal münasibətlər qurmasına mane olduqlarının fərqində deyillər”, o deyib.

 

Ukrayna hadisələrinə toxunan B.Muradova bildirib ki, bu gün Ukrayna Krımda baş verən hadisələrə birmənalı qiymət vermək çox çətindir: “Azərbaycan dövləti olaraq əlbəttə, baş verən hadisələrin beynəlxalq hüquq prinsipləri əsasında, eləcə danışıqlar sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. İnkar etmək olmaz ki, bu, beynəlxalq güclərin maraq mübarizəsidir. Ona görə , biri digərini ittiham edərək, öz maraqlarını reallaşdırmaq istəyəcəklər”.

 

Vitse-spiker  ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin sosial şəbəkələrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə toxunub: “Yaxşı məqsədlər üçün dua etmək müsbət haldır. Lakin beynəlxalq missiya daşıyan vasitəçi qurumun nümayəndəsi yalnız dua etməklə işini bitmiş hesab etməməli öz fəaliyyətini mandatına uyğun şəkildə həyata keçirməyə çalışmalıdır ki, belə çoxmənalı fikirlər meydana gəlməsin. Krım hadisələrindən sonra Dağlıq Qarabağ məsələsinin həllinin vacibliyinin qeyd edilməsinə gəlincə, beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən bu günlərdə Azərbaycana səfərə gələn ATƏT PA-nın prezidenti Ranko Krivokapiç çıxışında dəfələrlə vurğuladı ki, Krım hadisələri Dağlıq Qarabağ problemini ön plana çıxarır biz bundan nəticə çıxararaq mövcud münaqişəni tezliklə həll etməliyik”.

 

Pərvanə

 

 





26.04.2014    çap et  çap et