525.Az

“İşsizliyin və yoxsulluğun azaldılması istiqamətində əsaslı nailiyyətlər əldə edilib”


 

 “İşsizliyin və yoxsulluğun azaldılması istiqamətində əsaslı nailiyyətlər əldə edilib”<b style="color:red"></b>

RUFİZ QONAQOV: “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ  İNKİŞAF KONSEPSİYASI YENİ BÖYÜK UĞURLARIN BAŞLANĞICIDIR  

 

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi iləAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasında insan kapitalı səmərəli sosial müdafiə sistemi: Uğurlar perspektivlərlayihəsi çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin təmsilçiləri, QHT media rəhbərləri iştirak edib.

 

BMAM sədri, layihənin rəhbəri Rufiz Qonaqov açaraq, geniş məruzə ilə çıxış edib. O deyib ki, layihə Bakı şəhərində Yasamal Binəqədi rayonlarını, Sumqayıt, Gəncə Quba regionlarını əhatə edir. Artıq Yasamal Binəqədi rayonlarında ictimai müzakirələrin başa çatdığını qeyd edən R.Qonaqov bunları bildirib: “Sumqayıtdan sonra isə Quba Gəncədə tədbirlərimiz davam edəcək. Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-daAzərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi sərəncam görülən işlərin sürətlənməsinə səmərəliliyinin artmasına zəmin yaratdı. Konsepsiyanın əhatə etdiyi bütün sahələr məhz bu yüksəlişə hesablanıb. Bu konsepsiya Azərbaycan dövlətinin yeni böyük uğurlarının başlanğıcıdır. Bütün sahələrlə yanaşı, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması bu konsepsiyada xüsusi əhəmiyyət daşıyır. Ölkə əhalisinin yerləri ilə təmin olunması üçün kompleks tədbirlər planı həyata keçirilir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiya konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Belə ki, son illər ərzində Azərbaycanda işsizliyin yoxsulluğun azaldılması istiqamətində əsaslı nailiyyətlər əldə edilib. 2004-2008-ci 2009-2013- illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının qəbulunun müvəffəqiyyətlə icra edilməsi nəticəsində 40 mindən artıq yeni müəssisə yaradılmış, 2003- ildən bu günədək Azərbaycanda 1 milyon 200 min yeri açılmışdır ki, onların 800 mindən çoxu daimi yeridir. Əgər 2003- ildə ölkəmizdə işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə, 2013- ildə bu rəqəm 5.2 faiz səviyyəsinədək düşüb”.

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-Siyasi Humanitar məsələlər şöbəsinin müdiri Seyfəddin Rəhimov həmin şöbənin baş məsləhətçisi Fərman Kazımov çıxış etdilər. Onlar konsepsiya çərçivəsində Sumqayıt şəhərində görülən işlərdən geniş ətraflı danışdılar: “Sumqayıt şəhəri gündən-günə inkişaf edir. Bütün görülən işlər konsepsiyadan irəli gələn vəzifələrdir. Konsepsiyanın qarşıya qoyduğu məqsədlərə görə Sumqayıtda neft-kimya məhsullarının emalı ilə bağlı bir çox işlər görülmüşdür bu hazırda da davam edir. Sumqayıt artıq ekoloji cəhətdən təmiz şəhərlər sırasındadır. Müasir tələblərə cavab verən Sumqayıt Texnologiyalar Parkının yaradılması bu sarıdan mühüm əhəmiyyət daşıyır. STP nəhəng, çoxşaxəli respublika iqtisadiyyatının inkişafına hesablanmışdır. Fərdi sahibkarlar üçün yaradılan bu cür imkanlar yeni yerlərinin açılması ilə yanaşı, istehsalatın artımı yüksək rəqabətli məhsulların meydana gəlməsi deməkdir. Digər sahələrdə qarşıya qoyulan məqsədlər uğurla həyata keçirilir”.

 

İnsan Hüquqları Maarifçilik İctimai Birliyinin sədri, layihənin eksperti Rəfail Becanov bildirib ki, İnkişaf Konsepsiyası Azərbaycan dövlətinin güclənməsinə xalqın sosial-iqtisadi rifahının yüksəlməsinə mühüm təkan verib: “Yüksək rəqabət gücünə malik iqtisadiyyat, səmərəli dövlət tənzimləməsinə yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, elmi potensialın innovasiya fəaliyyətinin dəstəklənməsi, bölgələrin tarazlı inkişafı, insan kapitalının inkişafı səmərəli sosial müdafiə sisteminin qurulması, əhalinin sağlamlığı səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələr bir daha sübut edir ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən modern qüdrətli dövlətlərindən birinə çevriləcək”.

 

BMAM sədrinin müavini, layihənin eksperti Həbib Heydər isə çıxışında konsepsiyanın gənclərlə bağlı müddəalarına diqqət çəkib: “Konsepsiyanın mühüm özəlliklərindən biri odur ki, yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, işgüzar mühitin təkmilləşdirilməsi üçün münbit şəraitin yaradılması əsas şərtlərdən biri kimi qoyulub. Elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təmin edilməsi, “bilik iqtisadiyyatının formalaşdırılması xüsusi istiqamət kimi təyin edilmişdir. Bu isə avtomatik gənc kadrlara, eləcə gənc alimlərə olan ehtiyacı artırır. Sözügedən müddəalar gənc elmi işçilərin səmərəliliyini artıracaq, gənclərin sosial müdafiəsini gücləndirməkləbeyin axınının qarşısını alacaqdır. “Beyin axınıilə bağlı məsələ konsepsiyada qırmızı xətt kimi keçir. Orta təhsildə yaddaş məktəbindən, “düşüncə, fikir məktəbi keçidin əsasının qoyulması məhz İnkişaf Konsepsiyasında irəli sürülüb. 2013-2020-ci illərdə təhsilə ayrılan vəsaitlərin ÜDM-dəki payı artırılaraq, dünya göstəricilərinə çatdırılacaqdır. 12 illik təhsil sisteminə keçidlə yanaşı, məktəbdənkənar təlim proqramlarının hazırlanması təhsilin utilitarlığını yüksəldəcəkdir. 2015-2020-ci illər üçün gənclərimizin xaricdə təhsil alması ilə bağlı yeni Dövlət Proqramının qəbulu da nəzərdə tutulur. Sözsüz ki, Azərbaycanın inkişafı ilk növbədə Azərbaycan gəncinin inkişafından çox asılıdır. Bu həm gənclərimizi öz təsirinə salan müxtəlif zərərli dini siyasi cərəyanların fəaliyyətini çətinləşdirəcək. Dövlətimizin milli təhlükəsizliyi gənclərimizin milli dövlətçiliyə sahib çıxmasından keçir”.

 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək bildirib ki, konsepsiya kompleks şəkildə bütün istiqamət sahələri əhatə edir: “Konsepsiyanın əsas müddəalarından biri müasir təhsil sisteminin formalaşdırılması, gender bərabərliyinin təmin olunması ailənin inkişaf etdirilməsi, gənclərin potensialının idmanın inkişafi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, ətraf mühitin qorunması ekologiya məsələləridir. Vətəndaş cəmiyyəti ildən-il inkişaf edir. QHT-lərin, mətbuat vasitələrinin təkcə sayı deyil, keyfiyyəti müsbət mənada sürətlə dəyişir. İdmana olan diqqət qayğı, gənclərlə bağlı həyata keçirilən layihələr bütünlükdə cəmiyyətimizin inkişafına stimul verir. Bu da onu göstərir ki, yaxın gələcəkdə biz indiki inkişaf rəqəmlərinin daha da yüksələcəyini görəcəyik”.

 

Tədbirin sonunda şəhər ictimaiyyətinin nümayəndələri, QHT rəhbərləri, media nümayəndələri başqaları çıxış ediblər.

 

AQİL
 





26.04.2014    çap et  çap et