525.Az

Musa Quliyev: “Şərq Tərəfdaşlığı proqramı iştirakçı ölkələrin Aİ-yə inteqrasiyasını gücləndirəcək”


 

Musa Quliyev: “Şərq Tərəfdaşlığı proqramı iştirakçı ölkələrin Aİ-yə inteqrasiyasını gücləndirəcək” <b style="color:red"></b>

Avropa İttifaqının () mütərəqqi layihələrindən biri Şərq tərəfdaşlığıproqramıdır ki, bu proqram Ukrayna, Azərbaycan, Moldova, Gürcüstan Ermənistanın quruma inteqrasiyasını gücləndirəcək, Avropa mədəniyyətini, elmini, dəyərlərini bu ölkələrdə yayacaq”.

 

Belə bir açıqlama ilə millət vəkili Musa Quliyev Azərbaycan-Avropa İttifaqı münasibətləri barədə danışarkən çıxış edib. Aprelin 24- başlayan Çexiyanın paytaxtı Praqadakı Şərq Tərəfdaşlığı sammitindən danışan millət vəkili deyib ki, bu sammit iştirakçı ölkələrlə arasındakı ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldıracaq.

 

Onun sözlərinə görə, Avropa İttifaqınınŞərq tərəfdaşlığıproqramının növbəti sammiti çərçivəsində Azərbaycan prezidentinin  burada Polşa, Moldova, Çexiya Gürcüstan prezidentləri ilə görüşərək ikitərəfli maraq kəsb edən məsələləri müzakirə etməsi, Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirən addımlardan biridir: “Eyni zamanda səfər çərçivəsində baş tutan görüşlər bu ölkələrlə münasibətlərimizi daha da yaxınlaşdıracaq yüksək səviyyə qaldıracaq. Azərbaycan prezidenti Çexiya prezidenti ilə görüşündə ölkələrimiz arasında elmi, mədəni, təhsil, səhiyyə, energetika, sənaye digər sahələrdə əlaqələrimizin daha da genişlənməsini, ölkələrimizin bir-birinə dost ölkə kimi daha da sıx münasibətlər qurmasının vacibliyini vurğulayıb. Həmçinin dövlət başçısı Polşa, Moldova, Gürcüstan prezidentləri ilə keçirdiyi görüşlərdə ölkələrimiz arasındakı əlaqələrin daha da sıxlaşdırılması, səmimi dost münasibətlərin gücləndirilməsi istiqamətində danışıqlar olub. Bu ölkələrin Azərbaycanla münasibətləri gücləndirməkdə maraqlı olmalarının əsas səbəblərindən biri dövlətimizin beynəlxalq imicinin artması, dünya ölkələrinin Azərbaycana xüsusi münasibət bəsləməsidir”.

 

Azərbaycan prezidentinin Çex Respublikasına səfərindən öncə bu ölkənin parlamentinin nümayəndə heyətinin Bakıda olduğunu xatırladan M.Quliyev deyib ki, ölkələrin parlamentlərarası dostluq qruplarının üzvləri birlikdə bir sıra görüşlər keçirərək bəzi məsələləri müzakirə ediblər.

 

Millət vəkili ölkələr arasında əməkdaşlığın inkişafında qanunvericilik orqanlarının mühüm rolunu vurğulayıb.

 

Deputat Elman Məmmədov isə dövlət başçısının sammitdə çıxışına diqqət çəkib: “Azərbaycan prezidentinin Serj Sarkisyanı yerində oturtması bir daha bütün Avropaya, dünyaya bəyan etdi ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir bu iki dövlət arasındakı münasibətlər günü-gündən inkişaf edir. Ermənistanın terrorçu, cinayətkar prezidentinin çıxışı onun cılızlığını, səviyyəsizliyini bir daha sübuta yetirib: Çünki Sarkisyan beynəlxalq tədbirdə iştirak etməyən bir dövlətin arxasınca danışıb. Məhz bu baxımdan, prezident onun cavabını verdi. Ümumiyyətlə, son iki gündə Sarkisyanın, ermənilərin İrəvandakı hərəkətləri türk dünyasına bir daha sübut edir ki, onlar azğın, tərbiyəsiz, mərifətsiz bir düşməndir, toplumdur, etnosdur. Məhz bu baxımdan, ermənilərə heç bir məsələdə güzəştə getmək olmaz”.

 

 E. Məmmədov həmçinin vurğulayıb ki, ermənilər öz iyrənc niyyətlərini reallaşdırmaqdan ötrü daim insanlıq amilini arxa plana atırlar: “Onlar bununla dünyaya bəyan etdilər ki, öz iyrənc niyyətlərini həyata keçirmək üçün insanlıq amilini nəzərə alan tərəf deyillər. Onlar soyqırım iddiasından, Türkiyəyə qarşı ərazi iddiasından geri çəkilmək niyyətində deyillər. Ona görə başda Sarkisyan olmaqla, onların cavabı verilməsə, burunları əzilməsə, yerində otuzdurulmasa, ermənilər heç Azərbaycan torpaqlarını da işğaldan azad etmək fikrində olmazlar. Bu baxımdan, Prezident İlham Əliyev bir daha öz qətiyyətini nümayiş etdirərək, kimin-kim olduğunu Sarkisyanın nəzərinə çatdırdı”.

 

PƏRVANƏ

 

 





26.04.2014    çap et  çap et