525.Az

Moskvada azərbaycanlılar atışdı: ölən var


 

Moskvada azərbaycanlılar atışdı: <b style="color:red">ölən var</b> Aprelin 25-dən 26-na keçən gecə Moskvada tütün məlumatları mağazasının sahibi olan 1965-ci il təvəllüdlü Azərbaycan əsilli şəxs öldürülüb.
 
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mağaza sahibi 7-8 nəfərdən ibarət qrupla mağaza əməkdaşları arasında baş verən mübahisənin dava-dalaşa çevrilməsi zamanı güllələnib.
 
Həmin qrupdakı iki nəfər mağazaya daxil olub, onlardan biri iki dəfə mağaza sahibinin sinəsinə atəş açıb. Yaralı mağaza sahibi bıçaqla müdafiə olunmağa cəhd etsə də, təsadüfən qardaşı oğlunu budundan yaralayıb. Güllə yarası almış mağaza sahibi təcili yardım maşınında dünyasını dəyişib. 
 
Mağazaya hücum edənlər “VAZ-2112” markalı avtomobilə hadisə yerindən qaçıblar. Ancaq elə bu gecə mağaza sahibini öldürməkdə şübhəli sayılan avtomobilin 23 yaşlı sürücüsü saxlanılıb. O, 23 yaşlı Azərbaycan vətəndaşıdır. Cinayətin digər iştirakçıları və hadisənin motivi müəyyənləşdirilir.
 





26.04.2014    çap et  çap et