525.Az

Seyid Camal: “Vəhabilərə dəstək olan məmurlar ifşa olunmalıdır”


 

Seyid Camal: “Vəhabilərə dəstək olan məmurlar ifşa olunmalıdır”<b style="color:red"></b> “Türkiyədə seçkilərdən öncə və sonra baş verən siyasi proseslər Azərbaycana təsirsiz ötüşmədi. Türkiyədə mənsəblərin dövlət idarəçiliyinə necə yol tapmalarının və bunun acı nəticə verməsinin də şahidi olduq”. Bunu Lent.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bildirib.
 
Şərqşünas bildirib ki, nurçuluq Azərbaycana yad düşüncədir. Azərbaycanda ənənəvi olaraq, sünnilik və şiəlik bir-birinə qucaq açıb : “Ölkəmizdə heç bir zaman müsəlmanlar biri digərindən “sən hansı camaatdansan?” deyə soruşmayıb”.
 
C. Əzimbəyli təəssüflə qeyd edib ki, Türkiyədən Azərbaycana yad olan məzhəblə yanaşı, “sən hansı camaatdansan?” anlayışı da gətirildi. “Bəzi xarici qüvvələr xeyriyyə təşkilatı adı altında fəaliyyət göstərmək adı ilə Azərbaycanın bəzi məmurları ilə isti münasibətlər qurublar. Həmin məmurlarla yanaşı, bəzi millət vəkillərimiz də nəfislərinin qurbanı olaraq, həmin məzhəblərin, təşkilatların əsirinə çevrildilər. Bunu biz nə qədər tolerantlıq kimi qəbul etsək də, bunun mənfi nəticələri də var. Belə ki bəzi gənclərimiz vətənpərvərlik hislərini bir kənara qoyaraq, digər hislərlə yaşayırlar”.
 
C. Əzimbəyli bildirib ki, güc strukturlarının məsələyə müdaxiləsindən sonra həmin radikal qüvvələr müəyyən qədər geri çəkiliblər: “Amma təəssüflə qeyd edirəm ki, bu gün də Suriyaya gedən gənclərimiz var. Bu məsələləri köklü şəkil həll etmək üçün dövlətin vahid konsepsiyası hazırlanmalıdır: “Çünki yalançı, “bozbaş” mollalarla elmi-dini maarifləndirmə işlərini həyata keçirə bilməyəcəyik”.
 
Şərqşünas onu da qeyd edib ki, Azərbaycanda vəhabilərə dəstək olan məmurlar ifşa olunmalıdır: “Vəhabilər özlərinə 10 min manata aylıq ofis icarə edirlər. Hansı pulla? Bax, bu araşdırılmalıdır”.
 
C. Əzimbəyli “xalq diplomatiyası” ilə bağlı məsələdən də danışıb: “Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı danışıqlarını müsbət qiymətləndiririk. O ki qaldı jurnalistlərin, QHT təmsilçilərinin ermənilərlə görüşlər keçirməsinə, əgər bu görüşlər Azərbaycan dövlətinin nəzarəti ilə keçirilərsə, burada fəsad axtarmağa ehtiyac yoxdur”.
 





26.04.2014    çap et  çap et