525.Az

Rusiyada Narkoloji Mərkəzdə baş verən yanğında 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb


 

Rusiyada Narkoloji Mərkəzdə baş verən yanğında 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb<b style="color:red"></b>

Rusiyanın Altay diyarında narkotik asılılığı olan şəxslər üçün reabilitasiya mərkəzində baş verən güclü yanğında 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA-nın Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın aprelin 27-də səhər Krasilovo Kosixinsk rayonunun Ozero kəndi ərazisində yerləşən “Çistıy list” reabilitasiya mərkəzində baş verib.

Yanğının yayılması səbəbindən binanın dam örtüyü 200 kv/m sahədə çöküb. Yağının söndürülməsinə yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının qarşısı alınıb.

Müstəntiq-kriminalistlər hadisənin səbəblərini və ölənlərin şəxsiyyətini müəyyənləşdirirlər. İlkin ehtimala görə, yanğına odla ehtiyatsız davranma səbəb olub.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, mərkəz hələlik adı açıqlanmayan qeyri-kommersiya xeyriyyə təşkilatına məxsusdur.

 





28.04.2014    çap et  çap et