525.Az

Con F.Kennedi: “Mərdliyin profilləri” (davamı)


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F.Kennedi: “Mərdliyin profilləri” <b style="color:red">(davamı)</b>

Rossun siyasi karyerasına son qoyuldu. Nyu-YorkunTribuneqəzeti üçün o, “səfil qorxaqdan satqındanbaşqa bir şey deyildi. FiladelfiyanınPressqəzeti deyirdi ki, Rossdakiçiklik, sadəcə onun qanuni mövqeyinin bəhrəsindən doğulmuşdu”, o, onun tabe olmayan Respublikaçı yoldaşlarışöhrət uçurumundan biabırçılığın ölümün birləşən dərinliklərinə gömülmüşlər”. Filadelfiyanınİnquirerqəzeti qeyd edirdi ki, “onlar mühakimə olundular, ittiham olundular özlərinə hökm çıxardılar”, onlar üçün heç birbağışlanma, heç bir rəhmdillikolmayacaqdır.

Stenton öz vəzifəsini buraxdıqda Conson öz müddətinin qalan hissəsini davam etdirdikdə, Vaşinqtona nisbətən dinclik qayıtdı, sonralaronun Respublikaçı müdafiəçilərindən fərqli olaraqo, zəfər çalan şəkildə Senata Tennessidən olan Senator kimi qayıtdı. Lakin Ross öz səsverməsini izah etməyə uğursuz qaydada cəhd edəndə həm Ben Batlerin təhqiqat komitəsinin saxtakarlığını məhkum edəndə, heç kəs ona diqqət vermədi, ancaq bunu dedilər ki, generalınyaxşı tanış olan instinktlərinin meyllərinin birləşməsinin nazikliyi natəmizliyionavəhşi heyvanləqəbi verməklə, “ictimai qaydada bu kobud məxluqu təhqir etməyəaparıb çıxardı. O, müddəti qurtarana qədər bədbəxtlikdən Senatdakı öz yerindən yapışdı, dəfələrləxain Rossuxatırlayırdı şikayətlənirdi ki, onun Konqressmen yoldaşları küçədəki vətəndaşlar onunlanüfuza layiq olmayan davakarkimi davranırlar ona elə münasibət bəsləyirlər ki, elə bil ki, “cüzam xəstəsidir, dəyişilmiş üzə, nifrətin zəhlə qaçmanın hər bir nişanəsinə malikdir”.

Ross, Consona bəraət verilməsinə səs verən hansısa digər bir Respublikaçı Senata təkrar seçilmədi, onlardan heç biri özlərinin partiya təşkilatının dəstəyini qoruyub saxlaya bilmədi. O, 1871-ci ildə Kanzasa dönəndə özü ailəsi sosial ostrakizmdən, fiziki hücumlardan az qala yoxsulluqdan əziyyət çəkirdi.

Edmund Q.Ross kim idi? Praktiki olaraq heç kim. bir ictimai qanun onun adını daşımır, bir tarixi kitab onun portretini öz səhifəisinə salmır, Senatın birböyüklərsiyahısında onun xidməti xatırlanmır. Onun bir qəhrəmanlıq işi bütünlüklə unuduldu. Lakin Edmund Q.Ross kim ola bilərdi? Bu Rossun özü üçün sualdır, sözlərə əla ağalıq edən, siyasət üçün əla mühitə malik Senatda əla gələcəyi olan bir adam ola bilərdi, Senatdakı uzun karyerası ərzində nüfuzda qüdrətdə öz kolleqalarından uzağa gedə bilərdi. Əvəzində o, bütün bunların hamısını vicdanın bir hərəkəti ilə kənara atdı.

Lakin bəşər hadisələrinin fırlanan xəttinə daşıdığı inamını, o, mühakimədən qısa müddət sonra arvadına yazdığı məktubunda ifadə edir: “Bu gün məni lənətləyən milyonlarla adam sabah ölkəni ən böyük təhlükədən xilas etdiyimə görə məni alqışlayacaqdır, vaxtsa bu ötüb keçəcək, baxmayaraq ki, heç kəs, yalnız Allah bunu vaxtsa biləcəkdir ki, mübarizə mənim bədbəxtliyim hesabına başa gəldi. İyirmi iki il sonra Konqress Vəzifə-Müddəti Aktını ləğv etdi, ona görə Consondan sonra hər bir Prezident partiya mənsubiyyətinə məhəl qoymadan ona etiraz edirdi; bir qədər sonra Ali Məhkəməbizim hökumətimizdə müstəsna epizodlarıəsas götürərək, onu qeyri-konstitusional saydı. Ross Nyu-Meksikoya köçdü, orada sonrakı illərdə Ərazi Qubernatoru seçilməli idi. Öz ölümündən bir az əvvəl o, Vətəndaş Müharibəsindəki xidmətlərinə görə Konqressin xüsusi pensiyası ilə mükafatlandırıldı, mətbuat ölkə sınaq anında prinsipə sədaqətinə öz hökumətini terrorun viran qoyan idarəçiliyindən xilas etməkdəki igidliyinə görə, ona olan borcunu ödəməyə imkan tapdı. Onlar bu vaxt Rossun əvvəlki ədalətli qərarı ilə razılaşırdılar ki, onun verdiyi səsölkəni... əyilməkdən xilas etdi, bu da hökuməti hansısa başqa bir qaydada qəzaya uğradacaqdı”. Onu əvvəlki illərdə acı şəkildə məhkum edən Kanzas qəzetləri siyasi liderlər Rossu qanunverici kütlənin idarəçiliyinə qarşı durmasına görə tərifləyirdilər: “Senator Rossun möhkəmliyi igidliyi”, belə deyilirdi ki, “ölkəni müharibədən böyük olan bədbəxtlikdən xilas etdi, həmin vaxt ona siyasi şəhidlik imzalandı, bu bizim ölkənin ən qəddar işi idi... Ross dözümsüzlüyün quduz alovunun qurbanı oldu, bu alov öz qarşısındakı hər şeyi süpürüb atırdı. O, öz borcunu bilirdi, bu isə onun siyasi ölümü idi... Rossun bunu etməsi bir igidlik idi... ancaq Ross bunu etdi. O, öz vicdanına, yumşaq vətənpərvərliyinə görə hərəkət etdi. Nəticədə, özünün məhv olacağını bilsə , ona məhəl qoymadı. O, düzgün hərəkət etdi”.

Mən Rossla bir yerdə dayanan Endryü Consona bəraət verilməsindəki igidliyə görə məhkum edilən həmin altı mərd Respublikaçını daha çox adekvat qaydada xatırlamasam, Edmund Ross əhvalatına yaxınlaşa bilməzdim. Öz altı kolleqasının hər birindən daha çox Edmund Ross öz səsverməsindən əvvəl sonra daha çox dözməli olmuşdu, özünün vicdanlı qərarına böyük çətinliklə nail olmuşdu, özünün qeyri-müəyyən dönməzliyi ilə 16 mayadək böyük maraq narahatlıq qaldırmışdı. Onun əhvalatı səsverməsinə bənzəyən kimi impiçment faciəsinin açarı idi. İttiham əleyhinə səs verən bütün yeddi Respublikaçının hər biri öz mərdliklərinə görə xatırlanmalıdırlar. Onlardan heç biri Senata yenidən seçilə bilmədi. Onlardan heç biri qorxutmaq yolu ilə səslərini almağa cəhd edən öz Respublikaçı sirdaşlarının təhlükələrdən, rüşvətlərdən məcburi taktikalardan vicdansızlıqla düzəldilmiş kombinasiyasından qaça bilmədi onlardan heç biri bəraətə səs verdiklərini əmələ gətirdiyi iyrənc tənqidin dəhşətli işgəncəsindən qaça bilmədi.

Mendən olan Uilyam Pitt Fessenden həmin dövrün ən görkəmli Senatorlarından, natiqlərindən hüquqşünaslarından biri olmaqla irəli çıxmış yaşlı Respublikaçı lider kimi Stentona valeh olmuşdu Consona nifrət edirdi oyunun əvvəlində inandırılmışdı ki, “bütün şeylər sadəcə dəlilikdir”.

Ölkə Prezident haqqında o qədər pis rəyə malik idi ki, buna görə o, tamamilə gözlənilən hökmə layiq idi. Şəxsən özümə hansı nəticələr olsa da, mən siyasətçi kimi fikirləşsəm hiss etsəm , öz ədalətimə qarşı heç bir məsələni həll etməyəcəkdim. Mən o günlərimi xatırladan kələm bitkisini məhbəsə salardım. Siz qərar verəndə, əgər lazım olsa, mənim satqın kimi məhkum edilməyimi yəqin ki, portretimi dar ağacından asılmasını eşidərdim. Təxəyyülə gələn hər bir təhqir impiçmentə həsr olunmuş adamlar qəzetlər tərəfindən üstümə yığılırdı. Mən dostlarımdan neçə-neçə xəbərdarlıq məktubları almışdım ki, əgər mən ittihamnamənin lehinə səs verməsəm, mənə siyasi qəbir qazılmışdır, həm bir neçə qətl hədələri almışdım. Həyatımın həmin vaxtında uzun karyeradan sonra sədaqətlə xidmət etdiyim adamların nizələrinin məni hədəf götürməsinə öyrənmişdim. İctimaiyyət ehtiramla xurafatla qalxanda şadlananda, bu, vəhşi heyvandan bir az yaxşı idi. Bütün hadisələrdə mən özümə hörməti təmiz vicdanı qoruyub saxlayırdım zaman ən azı mənim motivlərimi ədalətli edəcəkdir”.

Radikal Respublikaçılar qət etmişdilər ki, hörmətli Fessenden üzərində qələbə çalsınlar, onun adı siyahıda birinci olaraq çəkiləcəkdi onun poçtu Mendən təhqiredici, hədələyici sözlərlə yalvarışlarla dolu idi. Uendell Filipps donquldanan kütləyə nifrətamiz şəkildə dedi ki, “altı ay lazım olacaqdır ki, dövlət xadiminə xas olan ideya mister Fessendenin başına yol tapsın. Mən demirəm ki, o, yoxdur; o, yalnız çox yavaş başa düşəndir”.

Fessenden qərara aldı ki, bütün qəzetlərdən poçtunun onu təqib etməsindən qaçsın. Lakin Mendəki köhnə siyasi dostlarından biri onu inandırdı ki, “Consonu taxıl zəmisindəki ölü qarğa kimi dabanından asmaq lazımdır ki, onun bütün tayfası qorxsun”, hər şeydən əlavə o, “bu ştatda hər bir loyal ürəyin başın yekdil hissini əminliklə ifadə edirəm” – dedi. Fessenden nifrətlə cavab verdi:

Mən hakim kimi hərəkət edirəm... bu hüquqla hər kəs məsuliyyət hiss etməyənlərə sübutu hətta eşitməyənlərə təsir edə bilər, mənə ədalət hətta hökm barədə məsləhət vermək olarmı? Mən bütün dostlarıma seçicilərimə arzu edirəm ki, onları deyil, Prezidenti mühakimə edən adam kimi məni başa düşsünlər. Mən onlar deyiləm, qərəzsiz mühakimə etməyə and içmişəm. Mən onlar deyiləm. Allah qarşısında insan qarşısında hərəkətimə onun nəticələrinə görə məsuliyyət daşıyıram”.

Mayın 16-nın faciəli günortasında, Rossun təsvir etdiyi kimi, Senator Fessendenöz yerində idi, rəngi ağarmış üzgün idi, həm üzləşdiyi siyasi şəhidliyə hazır idi bu, az keçməmiş onu qəbirə qovdu”.

İlk Respublikaçı Senatortəqsirkar deyilcavabını verməklə, yeddi nəfərdən ilk qəbirə gedən, bununla rəhmsiz təhqirlərlə təqib edilən yenidən seçilməsi ümidləri tamamilə puç olan adam Mendən olan Uilyam Pitt Fessenden idi.

Missuridən olan Con B.Henderson Senatın ən gənc üzvlərindən biri olmaqla, quldarlığın ləğv edilməsi barədə On Üçüncü Düzəlişi təqdim etməklə, öz igidliyini əvvəlcədən nümayiş etdirmişdi, sadəcə olaraq ona görə ki, onu inandırmışdılar ki, bu layihə yalnız o vaxt keçə bilər ki, ona qul ştatının Senatoru zəmanət versin. Bu yolla onun da siyasi ölümü hökmən həmin işin ardınca gələcəkdi. Lakin onun ştatından tam Respublikaçı nümayəndə heyəti onu öz vəzifəsindən küncə sıxıb, tələb etdi ki, o, nifrətamiz Consonu ittiham etsin, xəbərdarlıq etdilər ki, Missuri Respublikaçıları Hendersonun adəti igidliyini göstərən bir xəttə artıq qətiyyən dözməyəcəklər. O, Qubernatora teleqraf edib, sadəcə olaraq öz istefasını təklif etdi, yeni təyin edilənə isə ittihamın lehinə səs vermək tapşırılacaqdı bu, şübhə altına alındı. Çünki yeni Senatora səs verməyə icazə verilməyə bilərdi, onun səsi həlledici olsa, onda o, ittiham lehinə səs verməyə söz verdi.

Lakin Missuridən alınan həyasız hədələyici teleqram onun şərəf düşüncəsini bərpa etdi o, gecikmədən teleqrafla öz cavabını göndərdi: “Mənim dostlarıma de ki, mən qanuna vicdanıma müvafiq olaraq qərəzsiz mühakimə yürütməyə and içmişəm bir namuslu adam kimi onu etməyə çalışacağam”.

Con Henderson bəraət verilməsinə səs verdi, bu onun Senatorluq karyerasında axırıncı mühüm hərəkəti idi. Missuridə məhkum edilən, hədələnən portreti yandırılan bir adam kimi o, hətta Senata yenidən seçilməyə cəhd göstərmədi. İllər keçdikdən sonra partiyası ona qarşı öz şübhəsini həyata keçirdi, onu aşağı vəzifəyə qaytardı, interqasiyanı dəstəklədiyi Senatdan isə o, kənara atılmalı oldu.

Qərbi Virciniyadan olan Piter Van Uinkl axırıncı şübhəli Respublikaçı kimi 16 mayda adı çəkiləndə, Ross kimiheç kəsolmaqla yanaşı, onun möhkəm şəkildə dediyitəqsirkar deyildirkəlməsi Edmund Rossun artıq bütünlüklə dağıtdığı ümidin son, zəif sayrışan işığını da söndürdü. Birləşmiş Ştatların Qərbi Virciniyadan olan ilk Senatoru, Stentonun vəzifədən çıxarılmasını tənqid edən Van Uinklə bel bağlayırdılar igidliyinə görə ona UillinqinİntelligencerqəzetiQərbi Virciniya satqınıyarlığını vurdu. O, bütün dünyaya elan etdi ki, ştatda bir loyal vətəndaş yoxdur ki, onun səs verməsini təhrif edilmiş şəkildə qəbul etməsin. O, həmçinin əmin etmişdi ki, Senat müddəti başa çatdıqdan sonra siyasətdən həmişəlik geri çəkiləcəkdir.

İllinoysdan olan veteran Limen Trumbull Senata seçilmək üçün vaxtilə Eyb Linkolna ( Abe-Abraham Linkolnun qısaldılmış  adıtərcüməçi) qalib gəlmişdi Consonun veto qoyduğu Qanunvericiliyin yenidən qurulmasının əksəriyyətinin layihələrini vermişdi Stentonun vəzifədən uzaqlaşdırılmasına görə Consonun məhkum edilməsinə səs vermişdi.

 (Ardı var)

 





28.04.2014    çap et  çap et