525.Az

Bakıda məhkəmədə partlayış qorxusu yaşanıb


 

Bakıda məhkəmədə partlayış qorxusu yaşanıb<b style="color:red"></b> Bu gün Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Xəzər rayonunda məhkəmə binasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə,  nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıblr. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə axtarış işləri aparıblar. Məhkəmə binasında və yaxınlıqda partlayış təhlükəli əşya aşkar edilməyib.
 





20.10.2012    çap et  çap et