525.Az

Anar gənc şairlərin azad olunmasına sevinir (VİDEO)


 

Anar gənc şairlərin azad olunmasına sevinir (VİDEO)

“Mən gənc şairlərin azad olunmasına çox sevinirəm. Bilirsiniz ki, onların azad edilməsi üçün müraciət etmişdik. Eyni zamanda mən şəxsən İranın dini rəhbəri Ayətulla Xamneyiyə məktub yazmışdım. Çingiz Abdullayev də bununla bağlı müraciət ünvanlamışdı”.
 
Bu sözləri ANS-ə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar İranda həbsdə saxlanılan azərbaycanlı şairlər Şəhriyar Hacızadə və Fərid Hüseynin azadlığa buraxılması ilə bağlı deyib. Anarın sözlərinə görə, hər kəs onların azadlığa buraxılmasını arzu edirdi.

“Onların azad olunmasında dövlətimizin böyük xidməti var. İctimai rəylərin, yazıçıların müraciətlərinin də təsiri oldu. Ümid edirəm ki, bu kimi hadisələr bir daha təkrarlanmayacaq”.

 





05.09.2012    çap et  çap et