525.Az

Salyanda yol qəzası - 1 ölü, 10 yaralı


 

Salyanda yol qəzası<b style="color:red"> - 1 ölü, 10 yaralı</b>

Salyanda baş verən ağır yol qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb. APA-nın məlumatına görə, yol qəzası bu gün saat 11.00 radələrində Salyan-Neftçala magistral yolunun 8-ci kilometrliyində, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

Salyan şəhər sakini, 43 yaşlı Mübariz Allahqulu oğlu Ələkbərov idarə etdiyi “Raf” markalı mikroavtobusla Salyan istiqamətində hərəkət edərkən əks istiqamətdən gələn “Jiquli” markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki maşın yararsız hala düşüb.

“Jiquli” maşınının sürücüsü, Neftçalanın Aşağı Surra kənd sakini Mirağa Mirəsgər oğlu Əsgərov hadisə yerindəcə keçinib, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəsarət alanlardan Alimə Xəlilova, Zərxanım Dadaşova, Tünzalə Əbilova, Səmayə İsa qızı, Ruhiyyə İsmayılova, Minurə Əbilova, Faiq Mehdiyev, Əzizağa Mehdiyev və Cəlal İsmayılov təcili olaraq Salyan Rayon Mərkəzi xəstəxanasına aparılıblar.

Qəzanın səbəbləri məlum deyil, faktla bağlı araşdırma aparılır.

 





20.10.2012    çap et  çap et