525.Az

"Şahdəniz-2" Azərbaycan qazını yeni bazara çıxaracaq


 

"Şahdəniz-2" Azərbaycan qazını yeni bazara çıxaracaq<b style="color:red"></b> "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması Azərbaycan qazının yeni bazara çıxaraq avropalı satıcıları əhatə etməyə imkan verəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İnvestorlarla əlaqə şöbəsinin müdiri Pərviz Babayev bazar ertəsi Bakıda keçirilən VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında deyib.

Onun sözlərinə görə, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində qazın Gürcüstan və Türkiyəyə tədarükü təmin edildiyi halda, ikinci mərhələnin həyata keçirilməsi ilə Azərbaycan qazı Avropaya daxil olmaya başlayacaq. 9 avropalı alıcı ilə artıq müvafiq saziş imzalanıb.

Azərbaycan qazının tədarükü "Cənub Qaz Dəhlizi" layihəsi sayəsində, "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin reallaşdırılması yolu ilə, Cənub Qafqaz qaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu və
Trans-Adriatik qaz kəmərlərinin tikintisi ilə mümkün olacaq.

Yeni iki boru kəmərinin tikintisi qazın Türkiyə ərazisi ilə, sonra isə Avropaya tədürükünü təmin etməyə imkan verəcək. P. Babayevin sözlərinə görə, Trans-Anadolu qaz kəmərinin tikintisi 10 milyarddan çox dollar, Trans-Adriatikin tikintisi isə 5,2 milyard dollar həcmində qiymətləndirilir.
 





28.04.2014    çap et  çap et