525.Az

Bakıda xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçirilir


 

Bakıda xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçirilir<b style="color:red"></b>

Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçirilir.

APA-nın məlumatına görə, yarmarka "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na uyğun olaq təşkil olunub.

Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və sair sahələrdə fəaliyyət göstərən 50 dövlət və özəl yerli və xarici şirkət tərəfindən 500-dən çox vakansiya çıxarılıb.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlər, iqtisadiyyatın diverifikasiyası, innovativ iqtisadiyyatın yaradılması, insan kapitalının inkişaf etdirilməsi istiqamətində görülmüş işlərdən danışıb və qeyd edib ki, xaricdə təhsil almış gənclərin işlə təmin olunması daim diqqətdə saxlanılır.

Təhsil nazirinin müavini Qulu Novruzov ölkədə aparılan təhsil siyasəti, o cümlədən ölkə gənclərinin xaricdə təhsil alma imkanlarının genişləndirilməsi istiqamətində görülən tədbirlər, gənclər və idman nazirinin müavini İntiqam Babayev həyata keçirilən uğurlu gənclər siyasəti, bu siyasətin prioritetləri və əldə edilmiş nailiyyətlər barədə məlumat veriblər.

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədr müavini Vəfadar Misirov dövlət qulluğuna qəbul və dövlət tərəfindən xaricdə təhsil almış gənclər üçün bu sahədə yaradılan imkanlar, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev isə ölkədə sahibkarlığın inkişafı və gənclərin sahibkarlığın inkişafında rolundan danışıblar.

Sonra iştirakçı şirkətlər tərəfindən mövcud vakant iş yerləri və bu sahədə müvafiq meyarlar və tələblər haqqında gənclərə ətraflı məlumat verilib, maraq göstərənlərin müraciətləri qəbul edilib

 





20.10.2012    çap et  çap et