525.Az

Onun böyüklüyü sadəliyində idi


 

Onun böyüklüyü sadəliyində idi<b style="color:red"></b>

Tanınmış yazıçı-publisist, xətrini dünyalar qədər istədiyim dostum həmkarım Hacı Ağəddin Mansurzadə ilə bu fani dünyada son görüşüm vəfatından təqribən ay yarım əvvəl olmuşdu. Hacı Ağəddin ustadımız, görkəmli redaktor, alim, pedaqoq ictimai xadim Nəsir İmanquliyevin yubileyi ilə bağlı yazdığı kitabı gətirmişdi. Adəti üzrə xeyli söhbət etdik, "Bakı" "Baku" qəzetlərinin redaksiyasında birgə işlədiyimiz dövrdə Nəsir müəllimlə bağlı xoş xatirələrimizi bölüşdük, görüşümüzü həmişəki kimi zarafatla yekunlaşdırdıq. Ağəddin müəllim qalxıb qapıya doğru bir-iki addım atdı, ayaq saxladı dedi:

-Qoca (saçım gənclik illərindən ağardığı üçün rəhmətlik mənə belə müraciət edirdi), ürəyimə damıb, deyəsən öləcəm, "Dost xatirəsi" yazacaqsınız. Xahiş edirəm, necə varamsa, elə yazarsınız, təmtəraqsız, bəzək-düzəksiz.

Onun bu sözlərini növbəti zarafat hesab etdiyimə görə "Bakı" qəzeti redaksiyasında gözəl günlərimizdəki zarafatlarımızdan birini yada salıb dedim:

-Deyəsən, Məşədinin ("Bakı" qəzeti redaksiyasında ən şux zarafatlar etdiyimiz, hətta əndazəni aşanda da bir-birimizdən incimədiyimiz qələm dostumuz Ənvər Məşədiyevi belə çağırardıq) ehsan yemək arzusu çin olacaq.

Hacı Ağəddinin əhvalı dərhal duruldu, yenə zarafata keçib dedi:

- Əzrayılla danışmışam, onu da özümlə aparacam ki, arzusu gözündə qalsın...

Ağlıma gəlməzdi ki, Hacı Ağəddinlə bu görüş, bu söhbət sonuncu olacaq, onun "Ürəyimə damıb, deyəsən, öləcəm" sözləri tezliklə acı reallığa çevriləcəkdir. Rəhmətlik Ağəddinin oğlu, jurnalist həmkarım, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə atası haqqında xatirələr kitabı üçün məndən yazı istəyəndə Hacı dostum haqqında düşüncələrimi kağıza köçürdüm, oxudum, xoşuma gəlmədi. Çünki yazı sxematik, quru alınmışdı. Sanki bu yazını Ağəddini 40 ildən çox bir müddətdə tanıyan, bir süfrədə özümüz ağırlığında duz-çörək kəsən, xeyirdə-şərdə birgə iştirak edən mən deyil, ona uzaqdan-uzağa bələd olan adam yazmışdı.

Yazıda mərhum dostum, təcrübəli həmkarım, neçə-neçə maraqlı bədii əsərin müəllifi (onların bir neçəsinin ilk oxucularından biri mən olmuşdum) Ağəddin müəllim haqqında bərbəzəkli danışmışdım, qəhrəmanımın nəcib insan, sədaqətli dost, səxavətli yoldaş, etibarlı sirdaş, kiçiyin , böyüyün xahişinə təmənnasız yarıyan, həmdəm həmdərd olduğu barədə yaddaşımda tarixləşmiş məqamları təsvir edə bilməmişdim. Hacı Ağəddin yaddaşımda peşəkar jurnalist, istedadlı yazıçı olmaqdan əvvəl onun portretini tamamlayan həmin cizgilərin vəhdətinin təcəssüm tapdığı unudulmaz bir şəxsiyyət kimi qalmışdır. Ona görə , mən Ağəddin haqqında xatirələrimi özünün vəsiyyət etdiyi kimi, təmtəraqsız, bəzək-düzəksiz yazmaq (amma bəzək-düzəksiz yazmaq çox çətin imiş) qərarına gəldim.

Yəqin onu tanıyanlar da mənimlə razılaşarlar ki, hamının qəlbinə səmimiyyəti ilə yol tapmağı bacaran Hacı Ağəddin sadədən-sadə, sözünü məqamında mərdanə deyən, haqqı nahaqqa verməyən, bu keyfiyyətlərinə görə bəzən təpkilərə, hücumlara məruz qalan, amma bundan qorxub-çəkinməyən insan idi. Şəxsən mən bunun dəfələrlə şahidi olmuşam. O vaxtlar redaksiyada tez-tez iclaslar keçirilər, yazılar müzakirə olunar, nöqsanlar tənqid edilər, bəzən günahsız yerə danlananlar olardı. Belə məqamlarda 1-2 nəfərdən başqa çoxları susar, danlağın nahaq olduğunu bilsələr , necə deyərlər, özlərini "pis kişi" etmək istəməzdilər. Haqqı ayağa verməyənlərdən biri Ağəddin Mansurzadə olardı. Özü sözünü elə ustalıqla deyərdi ki, günahlandıran da, günahlandırılan da razı qalar, küsdürən , küsən barışardılar.

Ağəddin müəllim təkcə işdə deyil, kənar yerlərdə haqsızlığa dözməzdi. Bunun da dəfələrlə şahidi olmuşam. Bir müddət Sumqayıtda yaşadığıma görə Ağəddin Mansurzadə ilə yol yoldaşlığı etmişəm. Səhərlər avtobusla Bakıya işə bir yerdə gedər, axşamlar da Sumqayıta birgə qayıdardıq. Günlərin birində evə qayıdarkən avtovağzalda rəhmətlik şair Vaqif İbrahimlə rastlaşdıq. O da Sumqayıtda yaşayırdı. Vaqif İbrahimlə mənə qabaq yerlər üçün, Ağəddin Mansurzadəyə isə bir qədər arxada bilet verdilər. Avtobusda ayaqüstə gedənlər çox idi. Qabaq qapının ağzında, sürücünün yanında dayanmış bir nəfər Vaqif İbrahimi "qaralamışdı". Görünürdü ki, sərxoş idi. Bu heyvərə kiminləsə dəyişik saldığı şairi hədələyir, nalayiq sözlər işlədir, hədyan danışırdı. Mənim onu sakitləşdirmək cəhdlərimə rəğmən bu yaramaz daha da qızışırdı. Hiss edirdim ki, nəsə olacaq oldu da. Qəfil yerindən qalxaraq irəli atılan Ağəddin müəllim avtobusu saxlatdı, bayaqdan dil-ağıza qoymayan heyvərəni çəkib yerə saldı, yaxşıca dərsini verdi, avtobusa qayıdıb qapını bağlatdı yolumuza davam etdik. Ağəddin Mansurzadə belə comərd insan idi.

Məni Ağəddin Mansurzadə ilə onun dayısı oğlu, tanınmış hüquqşünas Bəşir müəllim (Allah rəhmət eləsin, o da çox mərd, xeyirxah kişi idi) dayıoğlum Cəmaləddin 1970-ci il sentyabrın ilk günlərində tanış etmişdilər. Bu iki dost Bakı Dövlət Universitetinin hüquq fakültəsinin IV kursunda oxuyurdular. Mən isə universitetin jurnalistika fakültəsinə qəbul olunmuşdum. O vaxt hüquq jurnalistika fakültələri universitetin köhnə binasında (indiki İqtisad Universiteti) yerləşirdi. Bəşirlə Cəmaləddin hər gün mənə baş çəkər, hal-əhval tutar, hələ şəhər mühitinə alışmadığıma görə darıxmağa qoymazdılar. Növbəti belə baş çəkmənin birində dedilər ki, danışmışıq, bu gün səni jurnalist Ağəddin Mansurzadə ilə tanış edəcəyik. Bəşir müəllim əlavə etdi ki, bibim oğludur, "Ədəbiyyat incəsənət" qəzetində işləyir, sənə köməyi dəyər.

Dərsdən sonra indiki İstiqlaliyyət küçəsindəki Sabir bağına gəldik. Burada açıq havadakı çayxanada bizi bəstəboy, gülərüz bir gənc qarşıladı, universitetə qəbul olunmağım münasibətilə məni təbrik etdi üzünü Cəmaləddinə tutub zarafatla dedi:

-Camal, bəs deyirdin məni Dağbəyi ilə tanış edəcəksən. Bu can-cürəfədə dağın bəyi olar?

Mən zarafata keçdim:

-Dinimizin sizin kimi ağası, dayıoğlum kimi camalı olanda, dağlarımızın da mənim kimi bəyi olar.

Rəhmətlik Bəşir müəllim doyunca güldü dedi:

-Bibioğlu, sənə hələ belə cavab verən olmamışdı...

Ağəddin müəllim dilləndi:

-Hazırcavablığın xoşuma gəldi, səni redaksiyamıza aparacam, çox nüfuzlu qələm sahibləri ilə tanış edəcəm.

Ağəddin Mansurzadə sözünə bütöv adam idi. Zarafatımızın üstündən heç bir həftə keçməmiş məni "Ədəbiyyat incəsənət" qəzetinin o vaxtlar "Azərbaycan" kinoteatrının yaxınlığında yerləşən redaksiyasına apardı, yoldaşları ilə tanış etdi. Beləliklə, mən o vaxtlar milli ədəbi prosesə ton yön verən bu qəzetin redaksiyasına ayaq açdım. Hər dəfə orta məktəb illərində romanlarını, şeirlərini sevə-sevə oxuduğum, şəkillərini qəzet jurnal səhifələrində gördüyüm yazıçı şairlərin biri ilə tanış olurdum. Xalq yazıçıları Əli Vəliyevi, Hüseyn Abbaszadəni, Xalq şairləri Qabili, Cabir Novruzu, Tofiq Bayramı, ədəbiyyatşünas alim tənqidçi Qasım Qasımzadəni, o vaxtlar imzası təzə tanınan Siyavuş Sərxanlını digər ədəbiyyat adamlarını canlı olaraq gördüyümə, həmsöhbət olduğuma görə sağlığında həmişə minnətdarlıq etdiyim Ağəddin Mansurzadəyə axirət dünyasında da Allahdan rəhmət diləyirəm.

 Bir atalar məsəlində deyildiyi kimi, Hacı Ağəddinin "xəmiri xeyirxahlıqdan yoğrulmuşdu". Onun yanına diləyə gələnlərin heç birindən köməyini əsirgəməzdi. Ağəddin Mansurzadə bəlkə öz övladlarından, doğmalarından daha çox başqalarına yaxşılıq edərdi. Özü bu təmənnasız xeyirxahlığını dilə gətirməz, ondan daxilən zövq alar, qürur duyar, sevinərdi. Onun Sumqayıtda da, Bakıda da başqalarının xahişi üçün döydüyü qapılardan nagüman qayıtdığını heç vaxt görməmişdim. Ağəddin müəllimin bu nəcib keyfiyyətinə həsəd aparanlara, hətta paxıllıq edənlərə cavabı belə olardı: "Ürəyim kimi, əlim təmizdir".

 Bu sadə sözlərin təcəssüm etdirdiyi çox geniş məna tutumu Hacı Ağəddinin həyat fəlsəfəsi idi. Onun ürəyi həqiqətən təmiz idi. Buna görə heç kimə pislik etməz, paxıldan, nadandan, ağı qara görənlərdən gen gəzər, başqasının uğuruna öz uğurundan çox sevinərdi. Onun əli ürəyi kimi təmiz idi. Zəhməti ilə qazandığını səxavətlə xərcləyər, harama əl uzatmaz, ona pul-para təklif edənlərə deyərdi ki, görünür, məni yaxşı tanımırsınız. Doğrudan da onun xarakterinin bu cəhətinə bələd olmayanlar belə addım atar, biləndən, bələd olandan sonra üzrxahlıq edər, sözün qədir-qiymətini hər şeydən üstün tutan Ağəddin Mansurzadə ilə dostluq ülfəti bağlayardılar.

"Sözün qədir-qiyməti" ifadəsini təsadüfən işlətmədim. Hacı Ağəddin, necə deyərlər, təpədən dırnağa söz, ədəbiyyat adamı idi. Onun ən müxtəlif mövzularda qələmə aldığı yazıları sözdən hörülmüş əlvan çələngə bənzətmək olar. Çünki Hacı Ağəddin sözü yazmırdı, bağban bar ağacı əkən kimi əkirdi. O "ağac"ın "barı" isə sirri-xuda olan yaradıcılıq dünyasına yeni qədəm qoyan neçə-neçə gənc sənət adamını uğurlu yola çıxarması olmuşdur. İndi Azərbaycan ədəbiyyatında, ədəbiyyatşünaslığında, incəsənətində, jurnalistikasında nüfuz sahibi olan həmin insanlar Ağəddin Mansurzadədən söz düşəndə xeyirxahlığından dərin rəğbət hissi ilə danışır, xatirəsini ehtiramla yad edir, söz-sənət dünyasında tanınmalarında onun yazılarının əhəmiyyətini vurğulayırlar. Bu söhbətlərin birində qəlbimə, düşüncəmə belə bir fikir hakim kəsildi: "Ağəddin Mansurzadənin sözdən hörülmüş əlvan çələngə bənzəyən yazılarının qayəsi, ətri, gözəlliyi yaxşılıqdır".

Ağəddin Mansurzadə ilə dostluğumuzun 40 ildən çox tarixi olsa da, "Bakı" qəzeti redaksiyasında birgə işlədiyimiz unudulmaz illərdə ona daha dərindən bələd oldum. Allah ona hər kəsi öz dilində danışdırmaq, gözəlliyi duyub qiymətləndirmək bacarığı bəxş etmişdi. Hacı Ağəddin uşaqların vurğunu idi. O, qaraqabaq, adamayovuşmaz uşağı da dindirib-danışdıra bilirdi. Bəzən sonbeşiyi Savalanın, yaxud da dost-tanışın uşaqlarının hansısa bir sözü, hərəkəti barədə şövqlə danışmağı mənə qəribə görünərdi. Bu "qəribəliyin" sirrini Ağəddin Mansurzadənin "Təzə paltar" hekayəsini oxuyandan sonra başa düşdüm. Bu hekayədə təzə paltarı üçün sevinən uşağın hissləri, duyğuları o qədər təbii, rəvan inandırıcı təsvir edilmişdir ki, bunu ancaq balacaları qəlbən sevən, onları öz dilində danışdırmaqdan zövq alan yazıçı Ağəddin Mansurzadə edə bilərdi.

Ağəddin Mansurzadə təkcə uşaqların deyil, təbiətin, dənizin, çayların, meşələrin "dilini" bilən qələm əhli idi. Mən onu, sözün həqiqi mənasında, dənizlə söhbət etdiyinin şahidi olmuşam. O, dənizin vurğunu idi. İlin isti aylarında sübh tezdən Xəzərin qumlu sahillərində gəzməyindən, dalğalara baş vurmağından vəchlə danışmaqdan doymazdı.

Dənizə, təbiətə vurğunluq Hacı Ağəddində haradan idi?! Mən bunun sirrini Masallı rayonuna yolum düşəndən sonra dərk etdim. Ağəddin müəllim ətəyini Xəzərin ləpələri yuyan, dağlarını yaşıl ormanlar bəzəyən Masallı rayonunun Qodman kəndində doğulub boya-başa çatmışdı. O, Viləşçayın "nəğməsini" dinləmiş, nadir dəmirağacı ilə məşhur olan Masallı meşələrinin gözəlliyini qəlbinə köçürmüş, təşnəsini bu dağların buz bulaqlarının suyu ilə söndürmüş, möcüzəli İstisuda şəfa tapmağa gələn insanların maraqlı söhbətlərini yaddaşına həkk etmişdi. Onun yazılarındakı təsvir əlvanlığı, təhkiyədəki şirinliyi, zənnimcə, bu amillə bağlı idi. Mən təkcə Qodman kəndində deyil, Masallıda görüşüb söhbət etdiyim insanların Ağəddin Mansurzadə haqqında fəxarət hissi ilə danışdıqlarının şahidi oldum. Bu, heç hamıya nəsib olmayan bir xüsusiyyətdir.

Ulu Tanrı Ağəddin müəllimə bu məziyyətlərlə bahəm, həm çox güclü yaddaş bəxş etmişdi. Onun yaddaşı Azərbaycan poeziyasının ən gözəl incilərinin xəzinəsi idi. Hacı Ağəddinin bu məziyyətinə təkcə dinləyicilər deyil, şairlərin özləri heyran qalardılar. Biz isə xudmani məclislərdə, böyük mərasimlərdə onun mövzuya, mətləbə uyğun söylədiyi şeirləri dinləməkdən doymazdıq. Bu da əsas amillərdən biri idi ki, Ağəddin Mansurzadənin "Bakı" qəzetində rəhbərlik etdiyi ədəbiyyat incəsənət şöbəsi çox qaynar həyat yaşayar, onun otağı söz, sənət adamlarının canlı diskussiya klubuna, maraqlı söhbətlər məkanına çevrilərdi. Biz bu söhbətlərdən nəsə öyrənər, əxz edərdik.

Mən unudulmaz dostum həmkarım Hacı Ağəddin Mansurzadə haqqında xatirələrimi Xalq yazıçısı Elçinin "Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır" sözlərinin düşüncəmdə yaratdığı aşağıdakı fikirlərlə tamamlamaq istərdim: Hamımız heç nəyə baxmayan vaxtın axarında yol gedirik. Bu yol bizi yazıçı-publisist Ağəddin Mansurzadənin cismani yoxluğunun acısını yaşadığımız tarixdən uzaqlaşdırsa da, onun əbədiyyət qazandığı haqq dünyasına yaxınlaşdırır...

Dağbəyi İSMAYILOV,

əməkdar jurnalist

 





29.04.2014    çap et  çap et