525.Az

Elçin Mirzəbəyli "Sevgi məktubları"nı imzalayıb


 

Elçin Mirzəbəyli "Sevgi məktubları"nı imzalayıb <b style="color:red"></b>

"Zero" kitab evində "Xalq cəhbəsi" qəzetinin baş redaktoru, şair-publisist Elçin Mirzəbəylinin yenicə işıq üzü görən "Sevgi məktubları" şeirlər kitabının imza günü keçirilib.

Müəllif çıxışında bildirib ki, adıçəkilən kitabda ancaq onun sevgi şeirləri dərc olunub: "Sevgi məktubları" gənclərin xahişi əsasında hazırlanıb. Sumqayıtda gənclərlə keçirdiyim görüşdən sonra qərara gəldim ki, yalnız sevgi şeirlərindən ibarət "cib kitabı" hazırlasın. "Mənim "Sevgi məktubları"m sevgilərinə zamanın qalib gələ bilmədiyi insanlara ünvanlanıb. Bu kitabda hər kəs öz əbədi sevgisini bu sevgisinə ünvanladığı, bəlkə heç zaman ünvanına çatmayan "Sevgi məktubları" tapacaq. Bu kitab zamansız eşqlərin həzin pıçıltısıdır".

Kitabda şairin əsasən son illərdə qələmə aldığı sevgi şeirləri yer alıb.

"Sevgi məktubları" "cib kitabı" formatında, 1000 tirajla çap olunub. Kitabda ön söz əvəzi olaraq, Azərbaycan jurnalistikasının canlı əfsanələrindən biri, şair-publisist Telli Pənahqızının Elçin Mirzəbəylinin yaradıcılığı haqqında yazdığı "Bir eşq hücrəsində oxunan dualar" adlı məqaləsindən istifadə olunub.

Müəllif oxucular üçün sonda kitabını imzalayıb.

S.ABDULLAYEVA

 





29.04.2014    çap et  çap et