525.Az

Tranzit yüklərin daşınması üçün sürətli yol çəkilir


 

Tranzit yüklərin daşınması üçün sürətli yol çəkilir<b style="color:red"></b>

Hazırda Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Bakı-Astara hissəsinin yeni variantı tikilir.

Ələtdən Astraya qədər uzunluğu təxminən 200 km-ə yaxın olan yol sürətli və ancaq tranzit yüklərin daşınması üçün nəzərdə tutulub.
 
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-də sədr müavini Vaqif Hacıyev bildirib.
 
V. Hacıyev bildirib ki, yeni yol mövcud yoldan əlavə olacaq və yaşayış məntəqələrindən kənarda tikiləcək: “Biz tranzit yükləri, yəni ağır tonnajlı maşınları əsas yoldan çıxara bilsək, köhnə yol insanların xidmətində yaxşı qalacaq. Məsələn, Masallıdan Lənkərana gedən təzə yola çıxmayacaq, köhnə yolla gedəcək”.
 
Bakı-Astara yoluna əlavə çəkilən yolun üstünlüklərindən danışan ASC-də sədr müavini deyib ki, yeni layihə nəticəsində köhnə yoldan ağır maşınlar getməyəcək. “Nəticədə bu yol həm təhlükəsiz olacaq, həm yol nəqliyyat hadisələrinin sayı azalacaq, həm də insanlar məqsədlərinə tez çatacaqlar”, - deyə o bildirib.
 
V. Hacıyevin sözlərinə görə, yol tikintisi bahalı sahə olduğundan bu işlər mərhələli şəkildə həyata keçirilir. Artıq yolun 50%-dan artığında iş gedir, qalan hissələrdə isə bunun davam etməsi üçün iş görülür.

 





30.04.2014    çap et  çap et