525.Az

Zəlimxan Yaqub haqqında yeni kitab


 

Zəlimxan Yaqub haqqında yeni kitab<b style="color:red"></b>

Bugünlərdə "Vətən" nəşriyyatında yüksək poliqrafik tərtibatla hazırlanmış yeni nəşr - "Zəlimxan Yaqub ədəbi düşüncədə" adlı kitabın 3- cildi işıq üzü görüb. Kitabda tanınmış ictimai xadimlər, şair yazıçılar, elm adamları ədəbiyyatşünasların - Xalq yazıçıları İsa Muğannanın "Məharət dastanı" "Tarixi həqiqət müasir gerçəklik", Anarın "İztirablı yollarla", Sabir Rüstəmxanlının "Böyük ürək sahibi, əsl xalq adamı", akademiklər Budaq Budaqovun "Zəlimxan Yaqubun "Sürgünlə söhbət" poeması haqqında bir neçə söz", Nizami Cəfərovun "Xalq şairi Zəlimxan Yaquba açıq məktub" "Zəlimxan Yaqub (portret oçerk)", Səlahəddin Xəlilovun "Sazla havalıyam, sözlə diriyəm!", "Zəlimxan Yaqubun "Mövlana" poeması haqqında düşüncələr" "Şairin özü sözü" adlı məqalələri, eləcə professorlar T.Əhmədov, Q.Paşayev, N.Şəmsizadə, İ.Əliyeva digərlərinin Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş yazıları toplanıb.

Kitabın tərtibçisi redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğludur. Xatırladaq ki, kitabın ilk iki cildi 2009-cu ildə nəşr olunub.

Elşad ÇOBANLI

 





30.04.2014    çap et  çap et