525.Az

Ömürdən qalan izlər


 

Ömürdən qalan izlər<b style="color:red"></b>

Uzun müddətdir ki, Qərbi Azərbaycanın ən böyük kəndlərindən biri olan Güllübulaq onun ziyalıları ilə bağlı bir kitab üzərində işləyirəm. Kitabın maraqlı fəsillərindən biri bu yaxınlarda dünyasını dəyişmiş Ermənistanın ilk azərbaycanlı qadın Əməkdar müəllimi Şəfiqə xanım Məhərrəmovaya (Avşarova) həsr olunmuşdur. Şəfiqə xanımın ruhu qarşısında sonsuz ehtiramla baş əyərək kitabdakı bəzi məqamları hörmətli oxuculara təqdim etməyi özümə mənəvi borc bildim.

Qərbi Azərbaycanın Ağbaba mahalının ucqar rayonlarından biri olan Amasiya Türkiyə Gürcüstanla həmsərhəd bir ərazidə yerləşir. Ağbaba mahalının yalnız bu rayonunun əhalisinin böyük əksəriyyəti azəri türklərindən ibarət idi. 1988-ci ilin statistikasına görə Amasiyada 21 min nəfər əhali yaşayırdı ki, onların da 18 mindən çoxunu azərbaycanlılar, 3 minə qədərini isə ermənilər təşkil edirdi. Rayonda 27 kənd var idi. Bu kəndlərin iyirmi birində azərbaycanlılar, beşində ermənilər, rayon mərkəzi Amasiyada isə ermənilərlə azərbaycanlılar qarışıq yaşayırdılar. Güllübulaq kəndi yalnız Amasiyanın yox, Qərbi Azərbaycanın ən böyük azərbaycanlı kəndlərindən biri idi. 1988-ci ilin statistikasına əsasən, 3147 nəfər əhalisi olan bu kəndin tarixi çox-çox uzaqlara gedib çıxır. Belə ki, ötən əsrin əvvəllərində Güllübulaq kəndində ibtidai rus-tatar məktəbi fəaliyyət göstərib. Kənddə yüksək biliyə malik təqribən 70-dən çox din xadimi - 6 Axund, 5 Hacı, 36 Kərbəlayi, 18 Məşədi çox savadlı mollalar olub. Güllübulaq kəndi ziyalı təhsilli insanların sayına görə Ağbaba mahalında digər kəndlərdən öndə gedib. Güllübulaqda elə bir ailə tapmaq olmazdı ki, o evdə heç olmazsa, bir-iki nəfər ali təhsilli olmasın. Təkcə kəndin bir məhəlləsində - Dığırlıda yüzdən çox ali təhsilli müxtəlif elm peşə sahibləri var idi. Yalnız 1965/1966- tədris ilində Güllübulaq kənd orta məktəbini bitirən məzunlardan 12 nəfəri qızıl gümüş medallar almışlar ki, onların da demək olar ki, hamısı birinci imtahandan əla qiymət alaraq müxtəlif qabaqcıl ali məktəblərin nüfuzlu ixtisaslarına qəbul olunmuşdular.

Xüsusi vurğulanmalıdır ki, Güllübulaq kəndində elm təhsilə olan bu cür yüksək marağın yaranmasında vaxtilə açıqfikirli din xadimlərinin ənənə xarakteri daşıyan tövsiyələrinin əhəmiyyətli rolu olmuşdur. Kəndin din xadimlərinin böyük bir dəstəsi xalq arasında elmi, savadı təbliğ etməklə yanaşı ətraf kənd mahallarda da nüfuz sahibinə çevrilmişdilər. Deyilənlərə görə, rusların Ağbabanı işğalından sonra Türkiyədən Gümrüyə köçürülən ermənilərin birinə məktub gəlir. Məktub vərəqədən ibarət imiş. Məktubu alan şəxs vərəqdə nəyə işarə olunduğunu anlaya bilmir. Çox axtardıqdan sonra ona deyirlər ki,  Güllübulaqda Molla Hacı Baba adlı mötəbər bir şəxs yaşayır, bilsə-bilsə bu sirri o bilər. Məktubu ona gətirib vərəqin sirrini açmasını xahiş edirlər. Molla Hacı Baba məktuba baxıb pəncərələri bağladır. Bir şam yandırıb onun işığında yazılanları oxuyur. Deyir ki, məktub sarımsağın dişləri ilə yazılıb, ona görə hərflər oxunmur. Hamı onun elminə "əhsən" deyir.

Güllübulaqla bağlı bu cür əhvalatlar çoxdur. Bunlardan birini qeyd etməklə demək istəyirəm ki, belə bir tarixi-mədəni, dini-ürfani mühitdə özünəməxsus elm sənət ənənələri yaranmışdı. Kəndin tanınmış ziyalıları bu ənənələri layiqincə yaşadıb nəsildən-nəslə ötürdülər. Bu istiqamətdə Güllübulaq kənd orta məktəbinin, onun pedaqoqlarının böyük rolu var idi.

Belə unudulmaz pedaqoqlardan biri Şəfiqə xanım Məhərrəmova idi. O Şəfiqə xanım ki, yalnız Güllübulaq kənd orta məktəbində deyil, ətraf kəndlərdə tanınıb sevilirdi. Hamı onun adını böyük sayğı hörmətlə çəkirdi. Bu unudulmaz insan 40 ilə yaxın Amasiyanın müxtəlif kəndlərində müəllimə işlədi. İndi onun dərs dediyi uşaqların arasında neçə-neçə tanınmış insan- alim, həkim, müəllim, mühəndis var. Onlar harada Şəfiqə xanımı görsələr, ehtiramla onun qarşısında dayanıb salam verər, əhvalını soruşar mütləq keçmiş günlərdən yada salıb, şirin xatirələrdən söhbət açardılar. Mənalı ömürdən qalan izlər heç vaxt silinmir. Bu gün Şəfiqə xanım aramızda olmasa da, adı əməlləri yenə tükənməz məhəbbətlə anılır.

Ana yurda, doğma torpağa bağlılıq insanları saflaşdırır, onları bu dünyanı sevməyə sevdirməyə, xeyirxahlığa, qurub-yaratmağa çağırır. Görünür ki, Şəfiqə xanımı da həyatın daşlı-kəsəkli, dolanbac yollarında ömür-gün yoldaşı Məmmədəli müəllimlə birgə addımlamağa, böyük bir ailənin qayğılarını zərif çiyinlərində çəkməyə bu cür hisslər vadar edib. Şəfiqə xanım 1925-ci ildə İrəvan şəhərində anadan olmuşdu. Dörd qardaşın yeganə bacısı idi. Qədim bir nəslin - Avşarların törəməsi olan bu nəsil İrəvanda sayılıb-seçilən şəxsiyyətləri ilə tanınırdı. Şəfiqə xanımın atası Məşədi Ələsgər, anası Zəhra xanım, ata nənəsi Hacı Səkinə, babası Hacı Mehdi İrəvan elitasının tanınmış nümayəndələri idilər. Məşədi Ələsgər maarifpərvər, zəmanəsinin oxumuş, açıq dünyagörüşlü adamlarından biri idi. Hacı Mehdi ağanın İrəvanda 50- yaxın iri mülkü var idi. Uluxanlının bir çox kəndləri Hacı Mehdiyə məxsus idi. İrəvandakı keçmiş Lenin meydanının yanındakı Mərkəzi poçtun binası Hacı Mehdinin qızı Hacı Səkinənin şəxsi mülkü olub.

Şəfiqə xanımgil İrəvanın ən mərkəzi yerlərindən birində - Daşlı küçədə  yaşayırdılar. Türk İran konsulluqları da burada yerləşirdi. Konsulluğun yaxınlığında Ömər Xəyyam küçəsindəki 17-ci 19-cu binalar onların şəxsi mülkləri idi. Daşlı küçə ilə üzbəüz İrəvan gimnaziyası yerləşirdi. Azərbaycanın görkəmli şəxsiyyətləri Əziz Əliyev, Mustafa Topçubaşov başqaları bu gimnaziyada oxumuşdular. Şəfiqə xanım ilk təhsilini Haşımbəyin məktəbində almışdı.

Evlərində böyüklərin söhbətlərindən bilirdi ki, onların nəsli ermənilər tərəfindən dəfələrlə deportasiyalara, zorakılıqlara məruz qalıb. 1905-ci, 1917-1918-ci illərdə Şəfiqə xanımın ailəsi ermənilərin İrəvandakı vəhşiliklərindən baş götürüb İrana getməyə məcbur olmuş, onların İrəvandakı mülklərini ermənilər zəbt etmişdilər. Sovet hakimiyyəti illərində Avşarlara, onların qohumlarına olan təzyiqlər daha da güclənir. Şəfiqə xanımın əmiləri təqiblərdən təzyiqlərdən yaxa qurtarmaq üçün Gəncəyə, anasının əmisi Əhməd ağa isə əvvəlcə Şəkiyə, sonra Bakıya köçməyə məcbur oldular. Azərbaycan Respublikasının Xalq artisti - əmisi oğlu Muxtar Avşarovun ilk səhnə fəaliyyəti Gəncədə keçib. Əhməd ağanın qızı biologiya elmləri doktoru, professor Arifə Aydınbəyova isə Azərbaycanda biologiya elminin inkişafında böyük xidmətlər göstərmişdir.

Sonuncu - 1988-ci il deportasiyası Avşarlar nəslini pərən-pərən saldı. İndi Avşarların didərgin övladları bir-birini axtara-axtara qarlı dağların o üzündəki qürbətdə qalan vətənə sarı boylanır, doğma yurda qayıdış, düşməndən intiqam almaq ümidi ilə yaşayıb-yaradırlar. Gün gələcək qəbul olunmuş ədalətsiz fərmanlar, imzalanmış sənədlər öz qüvvəsini itirəcək, gec-tez haqq öz yerini tapacaq. Məşhur türk ozanı Aşıq Dadaloğlunun bir qoşmasında deyildiyi kimi: "Fərman padşahındı, dağlar bizimdir". Padşahların fərmanları dağlara, qayalara heç edə bilməz. İllahda ki, Avşar ellərinin köç elədiyi dağlar yağı əllərində heç vaxt qalmayacaq.

Şəfiqə xanım evin tək qızı olduğundan qardaşları onu çox istəyirdilər. Tez-tez İrəvanın gəzib görməli yerlərinə seyrə çıxırdılar. Sərdar sarayı, İrəvan məscidi onların ən çox sevdikləri yerlər idi. Bəzən şəhərin yaxınlığındakı Toxmaq gölünün sahilinə gedər, saatlarla onun ayna sularına tamaşa etməkdən doymazdılar. Sonralar Şəfiqə xanım Amasiya rayonunun Sultanabad kəndinə işləməyə gələndə Arpa gölünün qırağında dolaşar, Keçəl təpəyə, gölün o biri sahilində evləri qaralan Güllücəyə, Quzukəndə, Qarabulağa tamaşa edərdi. Bəlkə , İrəvanda yaşayan Şəfiqə xanımın xəyalına gəlməzdi ki, o, haçansa ucqar dağ rayonlarının birində - Amasiyada uzun illər müəllimə işləyəcək. Bu qədim mahalın dağı, dərəsi, çayı, çeşməsi ona doğmalaşacaq vaxtsa o, bu doğmalaşmış  yerlərə həsrət qalacaq, bütün azərbaycanlıları görünməmiş vəhşiliklə bu torpaqlardan qovacaqlar.

Şəfiqə xanım pedaqoji fəaliyyətə 1942-ci il noyabrın 22- Sultanabad kənd yeddiillik məktəbində başlamışdı. O, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun üçüncü kursunda oxuyarkən Ermənistan Maarif Nazirliyinin səfərbərlik haqqında əmri çıxdı. Kənd yerlərində müəllim çatışmadığından oğlanları  əsgərliyə gedən texnikumun üçüncü kursunda oxuyan on üç nəfər qızı Amasiya rayonunun kəndlərində işləmək üçün səfərbərliyə aldılar. Şəfiqə xanım həmin tədris ilində Sultanabadda işlədikdən sonra taleyini Güllübulaqla bağladı. Müharibə davam edirdi, atası Məşədi Ələsgər vəfat etmişdi. Şəfiqə xanım İrəvana - doğma ata torpağına qayıtmaq istəsə ,  şəxsi həyatında baş verən mühüm dəyişiklik- Böyük Vətən Müharibəsi iştirakçısı, Güllübulaq kənd orta məktəbində müəllim işləyən Məmmədəli müəllimlə ailə həyatı qurması onu ömürlük  bu ellərə bağladı.

Güllübulaq məktəbində müəllimə işləyən Şəfiqə xanım, demək olar ki, dincliyin olduğunu bilmirdi. Dərs demək, təsərrüfat işləri ilə məşğul olmaq, ailə qayğıları onun bütün vaxtını əlindən alırdı. Bunlardan əlavə, Böyük Vətən müharibəsi illərində Güllübulaqda açılan toxuculuq sexinə rəhbərlik etmək, ərləri müharibədə olan qadınlara təsəlli olmaq, onların qayğısına qalmaq, bəzən dərddən başını itirmək dərəcəsində olan dul qadınlara təskinlik verib onları yaşamağa, həyatı sevməyə ruhlandırmaq elə asan məsələ deyildi. Zaman bütün dərdləri sağaldır. Get-gedə elə bil qara xəbərlər adiləşdi. Ancaq yenə qara xəbər alan qadınlardan kimsə toxuculuq sexində işə çıxmayanda Şəfiqə xanımın qayğıları birə-beş artırdı. Müharibənin öz qanunları var idi, bütün itkilərə, iztirablara baxmayaraq verilən tapşırıqlar yerinə yetirilməliydi. İşə çıxmayan qadınların öhdəsinə düşən norma mütləq ödənilməliydi. Belə vaxtlarda Şəfiqə xanım işçilərlə birlikdə sexdə qalır, bəzən gecə yarısınadək işləyib normanı ödəyirdilər. Səhər tezdən sinif otaqlarında onu gözləyən şagirdlərin qumral saçlarını sığallayanda elə bil ona bütün dünyanı bağışlayırdılar, dünənki yorğunluqdan əsər-əlamət qalmırdı, özündə qəribə bir yüngüllük hiss edirdi. Elə bil gecə yarısınadək işləyib əldən-dildən düşən o deyildi. İndi vaxtilə həmin illərdə onun dərs dediyi uşaqlardan həyatda qalanı da, dünyadan köçəni var. Ancaq o ağır illərin iztirabları da, sevinc kədəri , nisgili, həsrəti ürəklərdə qalır.

Ailə qayğılarının ağırlığına baxmayaraq, Şəfiqə xanım kəndin ictimai işlərində fəal iştirak edirdi. Elə bil Tanrı onu da, Məmmədəli müəllimi bir-biri üçün yaratmışdı. Məmmədəli müəllim , Şəfiqə xanım da kənddə elə bir hadisə  olmazdı ki, orada fəal iştirak etməsinlər. Müharibə illərində arxa cəbhədə ictimai-siyasi vəziyyətə xüsusi diqqət yetirilir, əhali arasında mənəvi tərbiyəyə böyük əhəmiyyət verilirdi. Həmin dövrdə demək olar ki, hər kənddə, hər qəsəbədə Qadınlar Şurası təşkil olunmuşdu. 1970-ci illərin əvvəllərinədək bu Şuranın rolu böyük idi. Şəfiqə xanım Güllübulaqda, Oxçoğluda Qadınlar Şurasının sədri olarkən neçə-neçə ailənin dağılmasının qarşısını almış, neçəsinə xoşbəxtlik qapısını açmışdı.

Qadın istənilən cəmiyyətdə böyük rol oynayır. Analıq şəfqəti, qadınlıq duyğusu bu zərif məxluqlara ulu tanrının bəxş etdiyi əbədi bir nemətdir. Bu nemətin işığında tanrının hökmü ilə qadın ürəyi daha ədalətli, daha mərhəmətli olur. Şəfiqə xanım bu neməti qəlbində gəzdirə-gəzdirə cəmiyyətdə ailədə heç vaxt laqeyd mövqe tutmamışdır. Uzaqgörən geniş dünyagörüşlü valideynlər kimi Məmmədəli müəllimlə Şəfiqə xanıma tanrı  yalnız bu günlər  üçün deyil, gələcək günlər, cəmiyyətin mənafeyi üçün dörd oğul, üç qız bəxş etmişdi. Onların yetişdirdiyi övladlar, nəvələr bu gün Azərbaycan cəmiyyətində özünəməxsus yer tutan nüfuz sahibləri, akademik, ictimai xadimdirlər. Məmmədəli müəllim bəzən işdən yorğun gələndə, xüsusən kolxoz sədri işlədiyi dövrlərdə uşaqlara o qədər diqqət yetirə bilmirdi. Dövlət planlarının yerinə yetirilməsi, müxtəlif öhdəliklər, uzun-uzadı sürən iclaslar, kolxozçuların qayğıları onu həddən artıq yorurdu. Belə anlarda Şəfiqə xanım analıq duyğusu sövq-təbii ilə hiss edirdi ki, uşaqların təlim-tərbiyəsi Məmmədəli müəllimin bir dəqiqə olsun yadından çıxmır. Ona görə Şəfiqə xanım Məmmədəli müəllimin müəyyənləşdirdiyi tərbiyə prinsiplərinə, ailə intizamına ciddi əməl edirdi. Bu prinsiplər onun övladlarının həyatdakı gələcək uğurlarının bünövrəsi idi. Güllübulaqlılar da bunu görür, Şəfiqə xanımın yalnız öz övladlarına deyil, bütün kənd uşaqlarına göstərdiyi analıq məhəbbətinin, müəllim əməyinin mütləq bəhrə verəcəyinə ürəkdən inanırdılar.

Analar dünyada həmişə ucadır, əzizdir. Ulu tanrı onların ürəyinə işıq salıb ki, bu işıqdan hamıya zərrə-zərrə pay düşsün. Bu işığın zərrələrini daşıyanlardan biri Şəfiqə xanım idi. Anaların anası, xanımların xanımı Şəfiqə xanım Məhərrəmova...Deyirlər insanlar cənnəti bu dünyada qazanırlar. Xeyirxah əməlləri, nəcib işləri, insanlara köməyi, bir yaxşı övladları ilə. Bu amillərə görə Sizə cənnət qapıları açıq olmalıdır, Allah Sizə rəhmət eləsin, Şəfiqə xanım!

Avtandil AĞBABA

Respublikanın əməkdar jurnalisti

 





30.04.2014    çap et  çap et