525.Az

Şair Ənvər Əhmədlə orta məktəblərdə görüşlər keçirilib


 

Şair Ənvər Əhmədlə orta məktəblərdə görüşlər keçirilib<b style="color:red"></b>

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ Bürosunun xətti ilə Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə şair Ənvər Əhmədlə görüş təşkil edilib. Büronun direktoru şair Nazim Əhmədli deyib ki, Ənvər Əhməd Azərbaycanın tanınmış şairi mədəniyyət xadimidir: "Uzun illər təhsil sahəsində çalışıb, ali məktəb rəhbəri olub. Ölkəmizin erməni işğalçılarına qarşı apardığı mübarizədə Ənvər Əhməd qələmi ilə iştirak edib. Ənvər Əhməd bu gün gənclik eşqi ilə yazıb-yaradır".

Məktəbin direktoru Firəngiz Həmidova qeyd edib ki, şair yazıçılarla görüşlər şagirdlər üçün çox maraqlıdır. Şagirdlərin hazırladığı bədii kompozisiyadan sonra məktəbin  rəqs mahnı ansamblı geniş proqramla çıxış edib.

Sonra Ənvər Əhmədə söz verilib şair öz yeni şeirlərini oxuyub, əsərlərini məktəbin kitabxanasına bağışlayıb.

Ənvər Əhmədin ikinci görüşü Nəsimi rayonundakı 49 nömrəli tam orta məktəbdə baş tutub. Məktəbin direktoru Təhminə Əsədova, Ədəbiyyatı Təbliğ Bürosunun direktoru N.Əhmədli Ə.Əhmədin yaradıcılıq yolundan söz açıblar.

Şair yaradıcılığından nümunələr, əsasən Qarabağ mövzusunda şeirlərindən oxuyub, şagirdlərin suallarına cavab verib. Məktəblilərə vətənpərvər ruhda böyüməyi, vətəni, valideynlərini, müəllimlərini sevməyi tövsiyə edib, əsərlərini məktəbin kitabxanasına bağışlayıb.

Şahnaz NƏBİYEVA

 





01.05.2014    çap et  çap et