525.Az

ADMİU-nun "Kulturologiya" fakültəsinin tələbələrinin növbəti uğurları


 

ADMİU-nun "Kulturologiya" fakültəsinin tələbələrinin növbəti uğurları<b style="color:red"></b>

Turizm sənayesi Azərbaycanın dünya miqyasında tanınmasını, mədəni dəyərlərin təbliğini təmin edən əsas faktorlardan biridir. Turizm sənayesinin ölkəmizdə genişlənməsi üçün müəyyən tədbirlər görülür, turizm təbliğatı məqsədi ilə konfranslar hazırlanır, gənclərin yenilikçi fikirləri mənimsənilir.

26 aprel 2014- il tairxində Gənclər Fondu Gənclərin Təhsil, Təlim Peşə İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbərliyi ilə Respublika konfransı təşkil olundu. Konfrans Bakı şəhərinin istirahət mərkəzlərindən biri olan "Mont İnn" Hoteldə keçirildi. Konfrans "Turizm təbliğat strategiyası gənc alimlərin elmi-praktiki konfransı" layihəsi nəzdində keçirildi. Tədbirin məqsədi turizmin Azərbaycandakı önəmini vurğulamaq, mövcud problemlərin həllini tapmaq gənclərin bu mövqedəki fikirlərini öyrənmək idi.  Azərbaycan Resublikasının Prezidenti yanında Gənclər Fondunun "C" kateqoriyası üzrə qrant qalibi Aslan Qasımov tərəfindən tədbirin açılışı elan edildi. Tədbirdə tezislər əsasında məqalə tərtib etmiş tələbələr, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimləri Sədaqət Əliyeva Sona İbrahimova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin elmi katibi Əbülfəz Babazadə, Gənclərin Təhsil, Təlim, Peşə İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Cavid Quliyev digərləri iştirak etdi.  Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva  fikirlərini dedi turizmin ölkəmizdə yerini, milli ənənələrimizin qorunmasını turizm sektorunda dəyərlərimizin təbliğ olunmasını bildirdi.

Konfrans Aslan Qasımovun çıxışı ilə başlandı, daha sonra tələbələrin çıxışlarına diqqət yetirildi. Tədbirdə çıxış edən tələbələr arasında Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Turizm İnstitunun digər təhsil müəssisələrinin tələbələri var idi. Tələbələrin turizm haqqındakı tezislər nəzdində tərtib etdiyi mövzular dinləyicilər tərəfindən mənimsənildi. Tələbələr çıxışlarında turizm sektoru üçün yeni fikilərini bölüşdülər, təkliflərini bildirdilər.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələri Gülnar Nəzərova, Maya Həsənova, Eyvaz Əliyev çıxış etdilər. Konfransda Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Kulturoloq ixtisasının IV kurs tələbəsi Gülnar Nəzərova  "Turizmdə kadr hazırlığı" tezisi əsasında hazırladığı məqalə ilə çıxış etdi çıxış tələbənin öncədən hazırladığı əyani vasitə ilə baş tutdu. Tələbə çıxışında hazırda turizmdə mövcud olan kadr məsələsinə toxundu bu problemin həlli yollarını təklif etdi.

II kurs Muzey ixtisasının tələbəsi Eyvaz Əliyev isə "Turizmin inkişaf istiqamətləri" adı altında Azərbaycanda mövcud turizm istiqamətləri, onun inkişaf sektorlarından söz açdı.

Kulturologiya fakültəsinin IV kurs tələbəsi Maya Həsənova isə "Turizmin təbliğat formaları" adı altında təqdim etdiyi çıxışında turizmin təbliğindəki problemlərdən söz açdı, gəncləri təhsilyönümlü olmağa, birliyə bu həmrəyliyi yaxın gələcəkdə Qarabağ turizminin inkişafı istiqamətində səfərbər etməyə səslədi.

Tələbələr çıxışlarını bitirdikdən sonra onların hazırladığı mövzular müzakirə olundu, dinləyicilər qismində iştirak edən şəxslər çıxışlar haqqında düşüncələrini bildirdilər turizm sənayesi barədə şəxsi fikirlərini qeyd etdilər. Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin elmi katibi Əbülfəz Babazadə çıxış etdi turizm sənayesinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyi mədəni dəyərlərimizlə turizm arasındakı sıx əlaqəni qeyd etdi. 

Tədbirin sonunda Aslan Qasımov çıxış edənləri mükafatlandırdı. sonda xatirə şəkli çəkdirildi.

Gündüz ƏLİYEV

 





01.05.2014    çap et  çap et