525.Az

Uğurlu qastrol, maraqlı və yaddaqalan təəssüratlar


 

Uğurlu qastrol, maraqlı və yaddaqalan təəssüratlar<b style="color:red"></b>

Deyirlər ki, mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir. Zamanın keşməkeşli sınaqlarından üzüağ çıxan 141 illik tarixə malik teatrımız Azərbaycan xalqının zənginləşməsində müstəsna xidmətlərə malikdir. Azərbaycan milli teatrının ayrılmaz tərkib hissəsi olan 86 yaşlı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da bu sahədə rolu danılmazdır. Azərbaycan teatrının dünyaya tanıdılması, dünya teatrları ilə təcrübə mübadiləsini təmin etmək üçün həyata keçirilən qastrol festivallarda fəal iştirak edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti dəfə Rusiya Federasiyasının Həştərxan vilayəti Kalmıkiya Respublikasına qastrol səfərində olub. 2014- ilin aprel ayının 6-dan 14-dək davam edən qastrol səfəri 3 teatr direktorları arasında imzalanmış qarşılıqlı yaradılıcıq müqaviləsinə əsasən həyata keçirilib...

Aprel ayının 6-dan başlayan yolçuluğumuz bir gün sonra Həştərxan vilayətində daha öncəki gəlişimizdə olduğu kimi eyni otelin qarşısında yekunlaşdı. Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Viktor Yakovleviç Butenko, teatrın bədii rəhbəri Yuri Vladimiroviç Koçetkov direktor müavini Svetlana Vasilyevna Povalyayeva bizi bu yerlərə məxsus hədiyyələrlə qarşılayıb, uğurlar dilədilər. Bir günlük istirahətdən sonra tamaşalarımızın nümayişinə başladıq.  Aprel ayının 8-i 9-da kollektiv Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında Yevgeni Şvartsın eyniadlı əsəri əsasında hazırlanmış "Qırmızı papaq" tamaşasını gündə iki seans Həştərxanlı azyaşlı tamaşaçılara təqdim etdi. Tamaşalarda məktəblilərlə yanaşı, teatr mütəxəssisləri, valideynlər iştirak edir, öz təəssüratlarını bölüşür, bəyəndiklərini dilə gətirirdilər.   

Aprel ayının 9-da - qastrol səfərinin bağlanış mərasimində Həştərxan vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi teatrın rəhbərliyi çıxış edərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə nümayiş olunan uğurlu tamaşaya qarşılıqlı yaradıcılıq münasibətlərinin inkişafına görə öz təşəkkürünü bildirib, Həştərxan vilayəti mədəniyyət nazirinin Azərbaycan Respublikası mədəniyyət turizm naziri Əbülfəs Qarayevə təşəkkür məktubu təqdim olunub. Daha sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək bu cür yaradıcılıq səfərlərinin gələcəkdə davam edəcəyini bildirərək, göstərilən diqqət qayğıya görə Həştərxan Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Beləcə tamaşaların nümayişini başa vurub, aprel ayının 10-da Kalmıkiyaya yola düşdük.  

Kalmıkiya səfəri daha çox həyəcan vəd edirdi: 3 tamaşa, 1 konsert... 

Aprel ayının 10-da Kalmıkiya Respublikasının Elista şəhərində B.Basanqov adına Milli Dram Teatrında teatrımızın istedadlı aktyoru İlham Əsədovun "Qolos drujbı" ("Dostluğun səsi") adlı solo konserti həyata keçirildi. Əllərindəki dəvətnamələr gül-çiçək dəstələri Kalmık əhlinin konsertə əməlli-başlı hazırlaşdıqlarının göstəricisi idi. Nəhayət ki, konsert başladı, səbəbkar göz qamaşdıran libasda səhnəyə göydən düşdü. Azərbaycan, türk, rus kalmık dilində səsləndirilən hər mahnı tamaşaçılar tərəfindən alqışlarla müşaiyət olunurdu. 1 saatlıq möhtəşəm konsert proqramı musiqilərin rəngarəngliyi peşəkar ifa ilə yadda qaldı...

Tamaşaların nümayişinə start verildi... 

Aprel ayının 11-dən - 13-dək B.Basanqov adına Milli Dram Teatrında Y.Şvartsın "Qırmızı papaq", Avstriya dramaturqu Peter Türrininin "Axır ki..." R.Ağayevin "Bir gecənin nağılı" əsərləri əsasında hazırlanmış tamaşaları (gün ərzində bir neçə seans olmaqla) göstərildi. Anşlaqla keçən bütün tamaşalar izləyicilərin böyük marağına səbəb olmuşdur.

Mükafatlandırma zamanı...

Aprel ayının 13- son tamaşanın nümayişindən sonra (R.Ağayev "Bir gecənin nağılı") səfərin bağlanış mərasimində çıxış edən Kalmıkiya Respublikasının Baş nazirinin müavini Larisa Borisovna Vasilyeva Kalmıkiya Respublikasının rəhbəri Aleksey Maratoviç Orlovun 27.03.2014- il tarixli sərəncamını səsləndirib. Sərəncama əsasən, Xəzəryanı xalqlar arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə görə teatrımızın direktoru, Əməkdar artist Mübariz Həmidov baş rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov "Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülüblər.

Kalmıkiya Respublikasının mədəniyyət nazirinin müavini Nikolay Sandjiyev beynəlxalq mədəni əlaqələrin möhkəmləmləndirilməsi sahəsində əldə olunmuş uğurlara görə teatrın aktyorları, Əməkdar artistlər Almaz Mustafayeva, Qurban İsmayılov, aktyor İlham Əsədov redaktor, Əməkdar Mədəniyyət İşçisi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin baş katibi Səriyyə İsmayılovaya Fəxri fərmanlar təqdim edib. 

Elista şəhərinin Baş Administrasiyasının müavini Qalina Vaskina şəhər administrasiyasının təhsil şöbəsinin müdiri İste Muşayev çıxış edərək qarşılıqlı yaradıcılıq mübadiləsi üçün qastrol səfərlərinin önəmindən danışaraq, teatrın rəhbərliyinə təşəkkür məktubları təqdim ediblər.

Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının nümayəndəsi Klara Yesinovna Kalmıkiya Azərbaycan teatrları arasında mədəni qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə teatrın rejissoru Gülnar Hacıyeva aktyorlar Günel Məmmədovaya, Zülfiyyə Alhüseynovaya Vüsal Mehrəliyevə fəxri fərmanlar təqdim edib.

Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökumət başçısının mədəni iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, "Kalmıkiya Respublikasında Azərbaycan konqresi" qeyri hökumət təşkilatının sədri Sabir Quliyev Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, "Bura Vətəndir" məclisinin sədri, teatrımızın redaktoru Səriyyə İsmayılova sözügedən məclisin fəaliyyətindəki uğurları, eləcə , ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın üzv olduğu diaspora mərkəzlərində mədəni əməkdaşlığın möhkəmləndirilməsindəki inkişafındakı yüksək xidmətlərinə görə "Zolotoy rukovoditel" ("Qızıl rəhbər") Fəxri Fərmanı ilə təltif edib.

B.Basanqov adına Milli Dram teatrının direktoru, RF-nin əməkdar mədəniyyət işçisi Şurayeva Qalina Borisovna   bədii rəhbər, RF-nın Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev  qastrol səfərinin uğurundan danışaraq təqdim etdiyi maraqlı tamaşalar üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə kollektivə öz təşəkkürlərini bildirmiş, xatirə  hədiyyələri təqdim ediblər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov da çıxış edərək göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirib, Rusiya Azərbaycan Teatrları arasındakı qarşılıqlı yaradılıcıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayaraq, öz hədiyyələrini teatrın rəhbərliyinə təqdim ediblər.

Kalmıkiya Respublikasında Azərbaycan konqresi ilə görüş...

Kalmıkiyada yaşayan həmvətənlərimiz birinci səfərdən fərqli olaraq bu dəfə tamaşalarımıza daha çox axın edir, bütün tamaşalara gül-çiçək dəstələri hədiyyələrlə təşrif buyurmuşdular. Azərbaycanlılar hər tamaşadan sonra aktyorlara yaxınlaşıb söhbət edir, kollektivi yeni tamaşalarla yenidən Kalmıkiyada gözlədiklərini bildirirdilər. Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökumət başçısının mədəni iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, "Kalmıkiya Respublikasında Azərbaycan konqresi" qeyri hökumət təşkilatının sədri Sabir Quliyevin təşkil etdiyi görüş yenidən hər kəsi bir araya topladı. Kollektivin hər bir üzvünə gül dəstələri suvenirlər təqdim edən S.Quliyev hər kəsi salamlayaraq, maraqlı tamaşalar konsertə görə aktyorları rəhbərliyi təbrik etdi. Görüşdə teatrımızın kollektivi, B.Basanqov adına teatrın rəhbərliyi həmvətənlərimiz öz ailələri ilə iştirak edirdilər. Milli musiqimizin sədaları altında baş tutan görüş  maraqlı yaradıcılıq söhbətləri ilə yekunlaşdı. 

Kalmıkiya mətbuatı teatrımızın fəaliyyətindən yazdı... 

Kalmıkiya kütləvi informasiya vasitələrində qastrol səfərimiz, nümayiş olunan tamaşalar gələcək yaradıcılıq planları ilə bağlı bir sıra məqalələr dərc olunmuşdu. "İzvestiə Kalmıkii" qəzetində teatrın direktoru Mübariz Həmidovun  "Nas obedinəet iskusstvo" başlıqlı müsahibəsi yer almışdır. Yazıda Gənc Tamaşaçılar Teatrının beynəlxalq əlaqələri, Kalmık Milli Dram Teatrı ilə bağlı yaradıcılıq planları M.Həmidovun "Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi" Fəxri  adına layiq görülməsi haqqında ətraflı məlumat verilmişdir. Teatrın baş rejissoru Bəhram Osmanovun sözügedən qəzetdə dərc olunmuş "Nado ne boətğsə novoqo" adlı müsahibəsində "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı, bu proqram çərçivəsində həyata keçirilmiş yeniliklər, dünya teatr səhnəsinə inteqrasiyanı təmin edən festival qastrollarda iştirak 11-13 aprel tarixlərində Elista şəhərində nümayiş etdiriləcək qastrol tamaşaları haqqında ətraflı məlumat vermişdir.

"Kalmıkiya seqodnya" qəzetinin 12 aprel tarixli sayında "Speşite videtğ Azerbaydjanskiy TÖZ" yazısı yer almışdır. Yazıda teatrın aktyoru İlham Əsədovun konserti qastrol tamaşaları haqqında ətraflı məlumat verilərək, hər kəs qastrol tamaşalarına dəvət olunmuşdur. 

Yaxın gələcəklə bağlı planlar...

May ayının 16-18-i tarixlərində Kalmık Milli Dram Teatrı 3 günlük qastrol səfəri ilə teatrımızda çıxış edəcəkdir.  Qastrol səfəri çərçivəsində balacalar üçün V.Kostryukovun "Dobrıy doktor Aybolit" böyüklər üçün B.Mandjiyev V.Yaşkulovun "Araş" tamaşalarının nümayişi nəzərdə tutulmuşdur.  Bundan başqa qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən, 2014- ilin sentyabr ayında Kalmık Teatrının bədii rəhbəri Boris Mandjiyev  Gənc Tamaşaçılar Teatrında Jorj Feydonun "Qadın dərzisi"  tamaşasını hazırlayacağı planlaşdırılır. Teatrımızın baş rejissoru Bəhram Osmanov isə Kalmık teatrında  bir Azərbaycan dramaturqunun  əsərinə quruluş verəcək.

Teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov:

Heç şübhəsiz ki, əsas qələbə teatrımızın kollektivi üçün tamaşaçı sevgisini alqışını qazanmaq idi. Bu da baş tutdu. Özü bundan əvvəlki qastrol səfərində. Bu gün XXI əsrin teatrını inkişaf etdiririk. Ölkə başçımızın "Azərbaycan teatrının inkişaf etdirilməsi haqqında" 2009-2019-cu illərdə Dövlət Proqramı Azərbaycan teatrının dünyaya inteqrasiya edilməsində müstəsna rol oynayır. Məhz bu proqram çərçivəsində teatrlarımız yaxın uzaq ölkələrin aparıcı teatrları ilə qarşılıqlı yaradıcılıq əlaqələri qururlar.  Festivalların, qastrolların, konfransların keçirilməsi bu tədbirlərdə teatr kollektivlərinin iştirakı zəruridir. Bunu artıq zaman tələb edir. Mənim Kalmık Milli Dram Teatrı ilə tanışlığım da məhz 2 il bundan öncə Brest şəhərində keçirilən Beynəlxalq teatr festivalında baş tutmuşdur. Bu kollektivin bir tamaşası məni çox maraqlandırdı onları Bakıya dəvət etdim. Həqiqətən tamaşa bizim tamaşaçıların böyük marağına səbəb oldu iki teatr arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin yaranmasına təkan verdi.

İstər Həştərxan, istərsə Kalmık tamaşaçıları həddən artıq tələbkar teatrsevərdirlər. Onlar səhnədə baş verən hər bir hadisəyə çox həssaslıqla yanaşırlar. Hər iki şəhərdə tamaşaçı alqışı bunu deməyə əsas verir ki, Azərbaycan teatrı, onun peşəkar rejissorları aktyorları dünya teatr arenasına çıxmağa hazırdırlar əcnəbi tamaşaçını heyrətləndirmək istedadına malikdirlər.

Kalmıkiya Respublikasında qastrolun bağlanış günü Kalmıkiya Respublikası başçısının Sərəncamı ilə iki Azərbaycan teatr xadiminə ölkənin fəxri adları təqdim olunması bizim üçün əsl surpriz oldu. Mən hesab edirəm ki, bu yüksək qiymət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının timsalında ümumilikdə Azərbaycan teatr sənətinə verilən təltif idi. Amma eyni zamanda biz bu məsuliyyəti dərk edərək növbəti görüşlərdə daha sanballı tamaşalarla bizi səbirsizliklə gözləyən dostlarımızı sevindirməliyik. əlbəttə ki, səfərlərin reallaşmasında daim teatra dəstək olan Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk. Hələlik isə, kollektivimiz may ayında B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivini qarşılamağa hazırlaşır.       

Baş rejissor, Azərbaycan Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov:

Səfər təəssüratları yazmaq çox çətindir. Çünki hər bir sevincli anı danışanda, yazanda, həmin səfərdə iştirak etməyənlər deyəcəklər ki, çox tərifləyir. Amma yaradıcılıq uğurlarıma qarşı həmişə bir qədər istehza ilə yanaşsam da, kollektivin yaradıcılıq uğuruna tam sevinirəm. Çünki az, çox, düz səkkiz ay çəkilən zəhmət öz bəhrəsini verdi. İstər uşaqlar üçün hazırlanan Y.Şvartsın "Qırmızı papaq", istər böyüklər üçün hazırlanan R.Ağayevin "Bir gecənin nağılı", istərsə artıq müxtəlif  səfərlərdə sınaqdan çıxmış Əməkdar artist Qurban İsmayılovun ifasında oynanılan P.Turrininin "Axır ki... tamaşaları sözün əsl mənasında müasir Azərbaycan teatrının aktyor qələbəsidir. Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Vüsal Mehrəliyev, Eşqin Quliyev, Zümrüd Quliyeva başqalarının inkişafı danılmazdır. Bütün təltiflərin hər biri xoş xatirəyə dönsə , tamaşaçı alqışı əbədi yadda qalır. Bu da sənətin bir xüsusiyyətidir. Artıq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Həştərxanda, Elistada öz tamaşaçısı var. Adətən bu şəhərlərdə bizdən fərqli olaraq bazar günləri tamaşaçı teatra az gəlir. Bunu həmin teatrların rəhbərləri söhbət əsnası bizə bildirdilər. Mən təbii ki, aktyorlara bu barədə məlumat verdim. Amma gözlənilənin əksi oldu. İstər gündüz, istərsə axşam tamaşalarında tamaşa salonu dolu idi, hətta əlavə stullar da qoyulmuşdu. Qələbə bu idi...

İşlədiyim teatrlarda hazırladığım tamaşalar müxtəlif festivallarda oynanılıb. Həmişə uğurla qarşılanıb, mükafatlara layiq görülüb. Amma heç vaxt bir gündə beş tamaşa oynanılmayıb. Bu qələbə teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət  Xadimi Mübariz Həmidovla düşündüyümüz inkişaf proqramının əvvəlki etapıdır. İnanıram ki, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə biz düşündüyümüz proqramı tam həyata keçirə biləcəyik.

Teatrın aktrisası, Əməkdar artist Almaz Mustafayeva:

Aktrisa üçün yeni şəhər, yeni səhnə yeni tamaşaçı qarşısında çıxış etmək həm maraqlı, həm məsuliyyətlidir. Qastrol səfəri ərzində nümayiş etdirdiyimiz hər tamaşada bu maraq məsuliyyəti aydın şəkildə dərk edirdik. Tamaşaçıların ifamızı bəyəndiklərini görmək bizə daha da stimul verir, hər növbəti tamaşanı böyük sevgilə canlandırmağımıza rəvac verirdi. Düşünürəm ki, bu tipli qastrol səfərləri başqa ölkələrin mədəniyyətlərinə  daha yaxından bələd olmaq, öz  ölkənin mədəniyyətini təbliğ etmək baxımından olduqca əlverişlidir. 

Teatrın redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq mədəni yaradıcılıq əlaqələri sahəsində maraqlı layihələrini uğurla həyata keçirir. Teatr 2014- il aprel ayının 6-dan - 14-dək Rusiya Federasiyası Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrında qastrol səfərində olmuş göstərilən tamaşalar uğurla oynanılmış, dövlət rəsmiləri, teatr ictimaiyyəti, yerli əhali, müəllimlər, valideynlər, Kalmıkiyadakı Azərbaycan Konqresi Qeyri-hökumət təşkilatının üzvləri, soydaşlarımız, media nümayəndələri  tərəfindən böyük maraq rəğbətlə qarşılanmışdır. Hər gün zalı doldurmuş tamaşaçılar peşəkar aktyor  oyununu, professional rejissor işini yüksək qiymətləndirmiş, aktyorları ayaq üstə dəqiqələrlə, sürətli alqışlara qərq etmişdilər. Uzun müddət zalı tərk etməyən tamaşaçılar onlarla ünsiyyətdə olur, şəkillər çəkdirirdilər.

Qastrol günlərində duyğulandığımız, qürurlandığımız unudulmaz anlar yaşadıq.

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında, Elista şəhərində B.Basanqov adına Milli Dram Teatrında uğurlu keçən qastrol səfərinin bağlanış mərasimlərində  çıxış etmiş dövlət rəsmilərinin Azərbaycanın sürətli inkişafı, günü-gündən gözəlləşən paytaxtımız Bakı şəhəri, qonaqpərvər Azərbaycan xalqı, onun zəngin mədəniyyət incəsənəti haqqında söylədikləri dəyərli fikirlər hər birimizi fərəhləndirirdi.

Beynəlxalq mədəni yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası mədəniyyət turizm nazirinə ünvanlanmış təşəkkür məktubu, Xəzəryanı xalqlar arasında mədəni əməkdaşlığın inkişafının möhkəmləndirilməsinə görə teatrımızın direktoru, Əməkdar Artist Mübariz Həmidov   teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülməsi, teatrın yaradıcı heyətinin  müxtəlif təşkilatların fəxri diplomları ilə təltif edilməsi hər birimizə həyəcanlı sevincli anlar yaşatdı. (Qeyd edilməlidir ki, Azərbaycan teatr sənəti sahəsində xarici dövlətin yüksək fəxri adına ilk dəfə olaraq məhz qeyd olunanlar şəxslər layiq görülmüşlər).

Mənim üçün belə anlardan biri Kalmıkiya Respublikasındakı Azərbaycan Konqresi Qeyri Hökümət təşkilatının mənim "Bura Vətəndir" ədəbi məclisinin fəaliyyətindəki, eləcə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın üzv olduqları diaspora mərkəzlərində mədəni əməkdaşlığın möhkəmləndirilməsində inkişafındakı yüksək xidmətlərimə görə "Zolotoy rukovoditelğ" ("Qızıl rəhbər") fəxri fərmanına layiq görülməyim oldu.

Qeyd etməliyəm ki, Kalmıkiya Respublikası Höküməti Başçısının mədəni iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, Azərbaycan Konqresi Qeyri Hökümət Təşkilatının sədri, soydaşımız Sabir Quliyevin, onun xanımı Elmira Quliyevanın, konqres üzvlərinin teatrımıza, onun tamaşalarına, aktyorlarımıza göstərdikləri diqqət qayğı, tamaşalarda fəal iştirakı, təqdim etdikləri gül dəstələri təqdirlə qarşıladıq.

B.Basanqov adına Milli Dram Teatrında xalqlar arasında dostluq, mədəni yaradıcılıq əlaqələrinə həsr olunmuş maraqlı uzun zaman xatirələrdən silinməyən tədbirlər oldu. Teatrımızın aktyoru İlham Əsədovun, hər iki teatrın yaradıcı heyətinin birgə konsertində Azərbaycan, rus kalmık mahnılarının həmin dillərdə səsləndirilməsi, rəqs nömrələrinin böyük coşğu ilə birgə ifası hər kəsə xoş anlar bəxş etdi.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının uğurlu qastrol səfəri münasibətilə konqres tərəfindən təşkil olunmuş görüşdə eyni təəssüratlar yaşandı. 

Qastrol günlərində Elista şəhərində tamaşaçılarla bəzi şəxslərlə ünsiyyətdə olarkən onların çoxunun Azərbaycan, onun mədəniyyəti, incəsənəti, ədəbiyyatı, habelə, xalqımız haqqında ətraflı məlumata malik olmaları diqqətimi cəlb etdi. Bu da təsadüfi deyildi, teatrın keçən il həmin bölgələrə qastrol səfərində Azərbaycan haqqında apardığı kitablar, broşurlar, suvenirlər Azərbaycanın təbliğinə xidmət etmişdir.

Teatrın aktyoru İlham Əsədov: 

Qastrol səfərində artıq ikinci dəfə iştirak etdiyimə görə, sözügedən şəhərlər insanlar mənə çox doğma yaxın idilər. İnsanların isti münasibəti, qonaqpərvərliyi bizdə xoş hisslər yaradır, özümüzü sevdiklərimizin əhatəsində kimi hiss edirdik. Amma qeyd etməliyəm ki, Elista şəhəri mənə daha əzizdir. Çünki orada mənim "Qolos drujbı" adlı solo konsertim həyata keçirildi. Əslinə qalsa, konsertin bu dərəcədə maraqla qarşılanacağını düşünməmişdim. Etiraf etməliyəm ki, bu məndə unudulmayacaq təəssüratlar yaratdı. Daha sonra heç gözləmədiyim daha bir surprizlə qarşılaşdım. Kalmıkiya Respublikasının Mədəniyyət Nazirliyi bir neçə aktyor həmkarımla yanaşı, məni Fəxri Fərmanla təltif etdi. Bu hisslərin hələ uzun müddət məni tərk etməyəcəyinə əminəm.

Hüsniyyə MURSAQULİYEVA

Azərbaycan Dövlət Gənc
Tamaşaçılar  Teatrının mətbuat xidmətinin rəhbəri
Bakı-Həştərxan- Kalmıkiya

(Elista)- Bakı

06.04-14.04.2014- il

 





01.05.2014    çap et  çap et