525.Az

Mən də xəyallar qururam, amma xəyalpərəst deyiləm


 

"Dünyanın üç rəngi"

Mən də xəyallar qururam, amma xəyalpərəst deyiləm<b style="color:red"></b>

Aytac MULANÇAYEVA
Xarici Dillər Təmayüllü Gimnaziyanın VIII sinif şagirdi

 Yaşadığımız  dünyadan başqa hər kəsin bir xəyal dünyası da var. Sadəcə, sənə məxsus, sənin qurub-yaratdığın dünya.  Xəyal olaraq qalmasın, gerçəkliyə çevrilsin deyə mübarizə aparmalısan, vuruşmalısan - dişinlə,dırnağınla, bütün gücünlə.

Bəzən xəyal qurduqda qorxu özünü yetirər, "olmayacaq, vaz keç" deyər. Ona büllur dünyanı çilik-çilik etməyə icazə vermə.  Ona inanarsansa, bir an tərəddüd edərsənsə, deməli,  sən uduzmusan. Qorxma! Dayanma! Davam et! Xəyallar qur! Onlar bəlkə sənin gələcəyindir. Xəyallarını sev! Biletsiz uçuşdur onlar. Bəziləri sənə xəyallarına inanmazlar. Çünki onlar döyüşsüz təslim olanlardır. Çətinə düşüblər, qorxublar, geri çəkiliblər. Xəyalları gerçəyə çevirmək onlara imkansız görünüb, indi səni yolundan etmək istəyirlər.

Bəli, mən xəyallar qururam, amma xəyalpərəst deyiləm. Xəyalım çoxlarınkı kimi zəngin həyat, ya da məşhur olmaq deyil, uğurlu olmaqdır. Həyatda yerimi tutmaq, öz ayaqlarım üzərində dayanmaq    inamla addımlamaqdır.

Xəyallar gerçəkləşməzsə ( qorxmaqdan bəhs etmirəm, sadəcə, gerçəkləşməzsə...), həyatdan, ən əsası xəyallarından küsmə, ruhdan düşmə. Deməli, hələ zamanı çatmayıb. Bəlkə yanından vaz keçdiyin yerin bir addım o tərəfindədir gözlədiyin?! Ona görə durma, elə indi yola çıx. Unutma, həyat mübarizlərin onu sevənlərin üzünə gülər!

 





01.05.2014    çap et  çap et