525.Az

4000 abituriyent qəbul imtahanlarında iştirak edə bilməyəcək


 

4000 abituriyent qəbul imtahanlarında iştirak edə bilməyəcək<b style="color:red"></b>

“Bu il 4000 nəfərə yaxın abituriyent ali məktəblərə və kolleclərə qəbul üçün sənəd versə də, elektron ərizələrini təsdiq edə bilmədiklərindən qəbul imtahanlarında iştirak edə bilməyəcək”.

Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

TQDK sədrinin sözlərinə görə, ümumilikdə elektron ərizələrini təsdiq edə bilməyən 4000 nəfərə yaxın abituriyentin çoxu əvvəlki illərin məzunlarıdır. Onların da əksəriyyəti oğlandır: “Ali və orta ixtisas məktəblərinə sənəd vermək istəyən oğlan abituriyentlər ya həqiqi hərbi xidmətdən hüququ almalı, ya da hərbi xidmət çəkməlidirlər. Biz belə hesab edirik ki, onlar hərbi xidmətə görə sənədlərini təsdiq etdirə bilməyiblər.  İki il bundan öncə buraxılış imtahanlarının TQDK-ya həvalə edildiyi vaxt XI siniflər üzrə məzunların sayı 130 min idi. Bu il isə XI sinifdən 85448 nəfər şagird-məzun bazasına qeydiyyatdan keçib. Ötən il ali və orta ixtisas məktəblərinə 100683 nəfər abituriyent sənəd verib. Bu il isə ilkin statistik məlumatlara əsasən sənəd verənlərin sayı 97 321 nəfərdir. Sənəd verənlərin 88 559-u Azərbaycan, 8762-si isə rus bölməsinin məzunudur. 97 321 nəfərin 35 562 nəfəri I, 23 475 nəfəri II, 26 167 nəfəri III, 12 117 nəfəri isə IV ixtisas qrupuna sənəd verib”.

 





01.05.2014    çap et  çap et