525.Az

Lökbatandakı qəzada yaralananlardan 11-i evə buraxıldı


 

Lökbatandakı qəzada yaralananlardan 11-i evə buraxıldı

Avqustun 31-də paytaxtın Qaradağ rayonu ərazisində 6 nəfərin ölümü və 44 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı 28 nəfər stasionar şəraitdə müalicələrini davam edən şəxslərdən 11-i artıq evə buraxılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E. Sultanov cinayət işi üzrə Bakı şəhər prokurorluğunda istintaq tədbirlərinin davam etdirildiyini bildirib.

Qeyd edək ki, avqustun 31-də səhər saatlarında Bakının Qaradağ rayonunda 127 saylı marşrut avtobusu sərnişin qatarı ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 44 nəfər yaralanıb.

 

 





05.09.2012    çap et  çap et