525.Az

On illik dostluğun tarixçəsi: Məmmədtağı Sidqi və Cəlil Məmmədquluzadə


 

On illik dostluğun tarixçəsi: <b style="color:red">Məmmədtağı Sidqi və Cəlil Məmmədquluzadə</b>

filologiya üzrə elmlər doktoru  

Məmmədtağı Sidqi ilə Cəlil Məmmədquluzadənin şəxsi tanışlığı Sidqinin Naxçıvanda "Tərbiyə" məktəbini təsis etdiyi vaxtdan - 1894- ildən başlayıb tədricən əqidə məslək dostluğuna çevrilib. O vaxt "Tərbiyə" məktəbi Naxçıvanda ədəbi-mədəni fikrin əsas mərkəzlərindən biri idi. Həmin məktəbi "yeniyetmə, müəllim ədiblər üçün darülürfan" adlandıran C.Məmmədquluzadə digər ziyalılar kimi tez-tez Sidqinin ziyarətinə gedər onun mənalı söhbətlərini dinləyərdi.

Əlimizə çatan bəzi tarixi sənədlər, bir sıra mətbu qeyri-mətbu materiallar Sidqi ilə C.Məmmədquluzadənin əlaqəsinə dair müəyyən məlumatları özündə əks etdirir. Bu materialların içərisində Sidqi, Qurbanəli Şərifzadə, Cəlil Məmmədquluzadə başqa şəxslərə məxsus məktubların xüsusi əhəmiyyəti vardır. Həmin məktublar hər iki məslək dostunun maraq dairəsi, şəxsi keyfiyyətləri ilə yanaşı, əməkdaşlıqları, yaradıcılıq əlaqələri, fikir mübadilələri haqqında da müəyyən bitkin təsəvvür yarada bilir. Fikrimizi əsaslandırmağa Sidqi C.Məmmədquluzadənin Q.Şərifzadəyə yazdıqları şərikli bir məktubdan nümunə göstərməklə başlamaq istəyirik. Məktubun ilk cümlələri Sidqinin xətti ilə yazılıb: "Əzizim Məşədi Qurbanəli! Bu saat... cənab sərkar ağa Mirzə Cəlil əfəndim həzrətlərinin masahibəti ilə sizin dükan üzrə varid olduq. Bir halətdə ki, Məşədi Məhəmməd kağız yazmağa məşğul idi, ikimiz birdən bir səs ilə dedik ki, sən allah, gəl biz kağız yazaq... Baxdıq gördük ki, bir-birimizi allaha and vermişik, məəttəl qalıb kağız yazdıq. İndi mən deyirəm, kağızı qoy mən yazım, Mirzə Cəlil deyir qoy mən yazım. Bir qədər cəngələşəndən sonra axırı zorla qələmi alıb başlamışam həminki bu əhvalatı yazmağa, indi istəyirəm bu mətləbimi yazım, Mirzə Cəlil tələsir, qoymur, bax qoymur ha! Qaldı, bax yazmadım!"

Məktub sonra C.Məmmədquluzadənin xətti ilə davam etdirilir: "Allah Məşədi Tağıya insaf versin! qədər dedim qoysun kaqızı əvvəl mən başlayım yazım, qədər yalvardım qoymadı özü qələmi götürüb yazdı. Amma etmək. Dəxi dava-mərəkə lazım. Elə ki, Məşədi Tağı ağa qələmi götürüb başladı yazmağı, mən sakit samit guşədə əyləşib Sədinin "səbr" barəsində nəsihətini yada salıb mat-mat baxıram Məşədinin yazı-pozusuna".

Tanışlıqlarının ilk illərinin birində (Ə.Şərifin fikrincə, məktub ya 1895, ya da 1896- ilin iyul ayında yazılmışdır) Q.Şərifzadəyə yazdıqları bu məktubun başlanğıcı onların çox tez bir zamanda səmimi bir dosta çevrildiklərini göstərir. Sidqinin C.Məmmədquluzadəyə "cənab sərkar ağa",  "əfəndim", "həzrət" kimi müraciətləri, "cəngələşəndən sonra zorla qələmi ondan alması", Mirzə Cəlilin isə ona "yalvarması" bu, bir nəticə vermədikdə məktubu yazmağa imkan verməməsi, Sidqinin "Qoymur, bax qoymur ha!" harayı, nəticədə Mirzə Cəlilin "dava-mərəkə"dən çəkinərək "mat-mat Məşədinin yazı-pozusuna baxması" haqqında məktubda yazılanları oxuduqca gözlərimiz önündə bir səhnəcik canlanır. Bu səhnəciyin qəhrəmanları arasında 15 il yaş fərqi olsa da, münasibətlərindəki ərkyanalıq səmimilik bu yaş fərqini tamamilə silib aradan aparır, hətta "cəngələşməyə" gedib çıxır. Buna baxmayaraq, səhnəciyin finalında Mirzə Cəlil milli dəyərləri üstün tutaraq böyüyün üzünə olmaqdansa, "dava-mərəkə"dən əl çəkməyi üstün tutur.

Sidqi C.Məmmədquluzadənin münasibətlərinin müəyyən məqamları haqqında ayrı-ayrı vaxtlarda həm özləri, həm müxtəlif şəxslər tərəfindən yazılmış məktublardan da bəzi məlumatlar almaq mümkündür.

Müxtəlif məktublardan misal gətirdiyimiz bu nümunələrdən aydın olur ki, Sidqi C.Məmmədquluzadə, harada olurlarsa olsunlar, həmişə bir-birindən soraq tutub, bir-birinin dərd-sərinə şərik olublar. Lakin qəribə burasıdır ki, onların öz aralarındakı məktublaşmalarda bir tənbəllik astagəllik özünü göstərib.

Sidqi bu vəziyyətin yaranmasında öz payına düşən "günahı" boynuna alaraq  Q.Şərifzadəyə göndərdiyi 25 iyun 1901-ci il tarixli məktubunda yazırdı: "Əziz qardaşım, cənab Mirzə Cəlilin xidmətinə ərzi-salamımı yetir. Onun yazdığından beləməlum olur ki, o da Naxçıvana gəlməlidir. Ümidvaram ki, ikiniz birlikdə gələrsiniz. Mənim salamımı o cənaba yetirməyi qəbul edin. Mən son dərəcədə ondan xəcalətəm. Çünki iki-üç həftədir ki, o, müfəssəl məktub yazıb ancaq mən hələ cavab yazmağa başlamamışam".

Vəziyyətin həqiqətən bu yerdə olması C.Məməmmədquluzadənin Q.Şərifzadəyə göndərdiyi 22 mart 1902-ci il tarixli məktubunda da açıq-aşkar təsdiq olunur: "Sidqi necədir? O cənabdan təvəqqe elə özgələrinin namələrinin üstündə notariusluq etməsin mənə əlahiddə kağızlar yazsın. Məgər o bilmir ki, onun kağızları necə şirin töhfədir? səbəbə müzayiqə edir?" Bu sətirlərdə C.Məmmədquluzadə Sidqinin ona məktub yazmamasını "özgələrinin namələrinin üstündə notariusluq etməsi" (güman ki, Sidqinin başqalarının məktubunda yazdığı C.Məmmədquluzadəyə çatdırılmalı olan sözlərə işarə edilir - F.X.) ilə əlaqələndirir dərhal sonra isə özünün ona məktub yazmamasını xoşagəlməz bir bəhanə ilə "əsaslandırmağa" çalışır: "Qoy o , məndən kağız gözləməsin . Mənim müsəlmanca yazmağa həvəsim azdır". Lakin bu o demək deyil ki, onların arasında vaxtsa soyuqluq yaranmış incik olduqları üçün məktublaşmalarını dayandırmışlar. Yox, belə deyil. Çünki C.Məmmədquluzadənin həmin məktubda sual şəklində yazdığı bir cümlə ("Məgər o bilmir ki, onun kağızları necə şirin töhfədir?") sübut edir ki, Sidqinin ona göndərdiyi belə "şirin töhfə"nin, obrazlı şəkildə desək, dadı hələ damağından getməyib o, yenə ağzını şirin etmək istəyir.

Sidqinin C.Məmmədquluzadəyə yazdığı heç bir məktubu ortada yoxdur. Mirzə Cəlilin isə ona ünvanlanan bircə məktubu günümüzədək gəlib  çatmışdır. Bu məktub C.Məmmədquluzadənin əsərlərinin demək olar ki, bütün əsas nəşrlərinə daxil edilmişdir. Lakin təəssüf ki, həmin nəşrlərin heç birində məktubun yazılma tarixi düzgün göstərilməmişdir. 2 yanvar 1901-ci ildə yazılması iddia olunan həmin məktub belə başlayır: "Əzizi-mən Məşədi Tağı! Sağ salamat İrəvan şəhərində varıq. Sənin İrəvana gəlmək məsələn barəsində Məmmədqulu bəy Məşədi Qurbanəli ilə çox bir neçə dəfə söhbət eləmişik..." Sonra o, təfsilata keçərək yazır: "...indi ilin ortası (dərs ilindən söhbət gedir - F.X.) olmaq səbəbə heç bir vəchlə mümkün olmur sənə yer eləmək... İrəvan rus-müsəlman məktəbində mümkündür... amma söz burasındadır ki, indi lazımdır ki, bais olmaq müəllimlərin birisinin xaric olmasına... Məsləhət belə görüldü ki, hələlik sən orada öz işinlə məşğul olasan".

Sidqinin İrəvana Q.Şərifzadəyə farsca yazdığı 9 yanvar 1901-ci il tarixli məktubundan da aydın olur ki, o, İrəvanda özünün münasib bir işlə təmin olunması məsələsinə çox cidd-cəhdlə yanaşırmış. Məktubda yazılır: "Dünən gündüz kiçik bağda Mirzə Cəlilə rast gəldim. Söhbət əsnasında dedi ki, İrəvana gedir... Axşam getdim Mirzə Cəlilin yanına, dörd saata qədər oturduq, hərtərəfli söhbət etdik. Təfsilatı özü sənə nəql edər".

Şübhə etmirik ki, "dörd saata qədər " davam edən bu söhbətdə Sidqinin hansı şərtlərlə İrəvana gedib orada yerləşməsi hər hansı bir işlə təmin olunması məsələlərinin detalları müzakirə olunmuş müəyyən razılaşma əldə edilmişdir. Məhz buna görə İrəvana gedəndən sonra bu işin həlli ilə məşğul olmağa girişən C.Məmmədquluzadə yuxarıda bəhs etdiyimiz məktub vasitəsilə dostuna ilkin vəziyyət haqqında məlumat vermişdir.

Sidqinin məktubunun tarixindən məlum olur ki, C.Məmmədquluzadə 8 yanvarda (məktub 9 yanvarda yazılıb. Sidqi" dünən... (yəni 8 yanvarda - F.X.) Mirzə Cəlilə rast gəldim" yazır) Naxçıvanda imiş İrəvana getməyə hazırlaşırmış. Deməli, C.Məmmədquluzadə 2 yanvar 1901-ci ildə İrəvandan Sidqiyə məktub yaza bilməzdi. Əgər bu tarixə inansaq, onda belə çıxır ki, C.Məmmədquluzadə 2 yanvarda məktubu yazandan sonra Naxçıvana qayıtmış, Sidqi ilə onun İrəvana köçmək məsələsini müzakirə etmiş təzədən geriyə - İrəvana dönmüşdür. Təbii olaraq qarşıya belə bir sual çıxır: Əgər C.Məmmədquluzadə İrəvana gedəndən dərhal sonra Naxçıvana qayıdacaq idisə, 2 yanvarda Sidqiyə məktub yazmasına ehtiyac var idimi? Şübhəsiz ki, yox! Bir ki Mirzə Cəlil üçün qısa müddət ərzində bu uzaq məsafəli yolu iki dəfə gedib-gəlməli idi?

Beləliklə, tam qətiyyətlə deyə bilərik ki, C.Məmmədquluzadənin 1901-ci ildə Sidqiyə ünvanladığı məktubun yanvarın 2- yazılmasını iddia etmək yanlış məntiqsizdir.

Əslində həmin məktub professor Ə.Şərifin göstərdiyi kimi 27 yanvar 1901-ci ildə yazılmışdır (Ə.Şərif. Molla Nəsrəddin necə yarandı. Bakı: Azərnəşr, 1986, s.216). Deməli, bundan sonra haqqında söhbət açdığımız məktub C.Məmmədquluzadənin yeni nəşrlərinə daxil ediləndə onun yazılma tarixi 27 yanvar 1901-ci il kimi göstərilməlidir.

Sidqi ilə C.Məmmədquluzadənin yaradıcılıq əlaqələri onların dostluq tarixçəsinin maraqlı əhəmiyyətli səhifələrindəndir.

Məslək dostlarının yaradıcılıq sahəsində ilk əməkdaşlığı Naxçıvan teatrından başlayır. Təsadüfi deyil ki, bu teatr haqqında özünün dediyi kimi risalə yazan jurnalist R.Nəcəfov "Cəlil Məmmədquluzadə Azərbaycan səhnəsi" əsərinin bir bölməsini "Naxçıvan teatr səhnəsi. Mirzə Cəlil Sidqinin bu işdə rolları" adlandırmışdır. R.Nəcəfovun yazdığına görə "1894- ildən 1899-cu ilin axırlarına kimi, yəni Mirzə Cəlil sonuncu dəfə olaraq Naxçıvanı tərk edərək biryolluq İrəvana sonra Tiflisə köçənədək bu həvəskar dəstəsində (Naxçıvanın o vaxtkı müsəlman dram cəmiyyətinin üzvləri nəzərdə tutulur - F.X.) aşağıdakı gənclər ziyalılar iştirak edirdilər: C.Məmmədquluzadə, Məşədi Tağı Sidqi... başqaları".  (Özü daxil olmaqla daha 19 nəfərin adını çəkir -F.X.). R.Nəcəfov təsdiq edir ki, "bu dəstədə Mirzə Cəlil rejissorluq edərək baş rolları oynayır, Sidqi isə daimi suflyorluq rejissorluq vəzifəsini öhdəsinə götürür".

Sidqi C.Məmmədquluzadənin ədəbi yaradıcılıq əlaqələri maraqlı bir mündəricəyə malikdir.

Əvvəla, Sidqinin pedaqoji fəaliyyəti, təlim-tərbiyə ilə bağlı düşüncələri, Tiflis, İrəvan, Tehran, İstanbul, Qahirə, Kəlküttə digər yerlərdə nəşr olunan qəzetlərin sahibləri, redaktorları müəllifləri ilə əlaqələri münasibətləri, nəhayət,  ədəbi-bədii yaradıcılıq yolu C.Məmmədquluzadə üçün bir örnək idi. Şübhəsiz ki, o, bu örnəkdən kifayət qədər faydalanmışdır. İkincisi, C.Məmmədquluzadənin hər hansı bir əsərinin üzərində Sidqinin təsirini axtarmaq perspektivsiz bir olsa da,  bəzi məqamlarda onun yazıları Sidqinin qələmindən çıxan əsərlərlə müqayisə oluna bilər bəlkə onlarda Sidqidən "bir duz" tapmaq olar. Məsələn, Sidqinin "Sürəyya" qəzetinin 10 fevral 1900- il tarixli 13- nömrəsində Hacı Nəcmüddövlənin təqviminin tənqidinə həsr olunan məqaləsini C.Məmmədquluzadənin məşhur "Xatiratım" memuarının "Sövm-orucluq" başlıqlı  hissəsi ilə müqayisə etmək olar. Necə ki, prof. Ə.Qədimov belə bir müqayisəni aparmış hər iki müəllifin tənqid hədəfini ifşa edərkən oxşar üsullara müraciət etmələrindən bəhs etmişdir. Lakin Ə.Qədimovun çıxardığı nəticə ilə razılaşmaq olmaz. O yazır ki, bu məqalədə "Sidqi ... qələm dostu C.Məmmədquluzadənin yolu ilə gedir yazırdı" (Ə.Qədimov. Məmmədtağı Sidqinin həyatı yaradıcılığı. Bakı: Çaşıoğlu, 2004, s.131). Halbuki C.Məmmədquluzadə həmin  təqvimlə bağlı sözləri Sidqidən 26 il sonra yazmışdır. Belə olan surətdə bu cümlədə Sidqi ilə C.Məmmədquluzadənin adlarının yerini dəyişsək, daha düzgün məntiqli olar. Bax belə: "C.Məmmədquluzadə ... qələm dostu Sidqinin yolu ilə gedir yazırdı".

 Sidqinin Q.Şərifzadəyə yazdığı 4 iyun 25 avqust 1900- il tarixli məktublarından isə onun C.Məmmədquluzadəyə başqa bir istiqamətdə təsiri haqqında məlumat alırıq.

 4 iyun tarixli məktubdan: "Əhməd bəy Ağayevin "İttihadi-islam" ünvanlı məqaləsini... vermişəm Mirzə Cəlilə türkcəyə tərcümə etsin".

 25 avqust tarixli məktubdan: "Bu günlər bir məqalə ki, cənab müstətab Əhməd bəy Ağayev "İttihadi-müslimin" adı ilə yazmışdı ruscadan tükcəyə Mirzə Cəlil tərcümə etmişdi, türkcədən farscaya tərcümə edib "Pərvəriş" idarəsinə göndərəcəyəm".

Faktlar göstərir ki, Sidqi öz növbəsində C.Məmmədquluzadənin bədii yaradıcılığını izləmişdir. Dostunun "Çay dəstgahı" alleqorik dramından xəbəri olub-olmaması haqqında heç bir məlumat olmasa da, "Kişmiş oyunu" pyesi "Danabaş kəndinin əhvalatları" ilə tanışlığı şübhəsizdir. Bu şübhəsizliyi təsdiq edən faktlar vardır.

 Əvvəla, Sidqinin "Kişmiş oyunu" pyesi ilə tanışlığını təsdiq edən fakt haqqında. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda bu əsərin qara mürəkkəblə yazılmış 15 səhifəlik əlyazması saxlanılır. Həmin mürəkkəblə mətn üzərində bəzi təshihlər aparılmışdır. İlk səhifənin lap aşağısında C.Məmmədquluzadənin öz əli ilə yazdığı belə bir cümlə vardır: "Əziz dostum mərhum Sidqinin xətti ilə yazılıbdır. Cəlil".

 Akademik İ.Həbibbəylinin fikrincə, "çox güman ki, Naxçıvan teatr həyatında mühüm yer tutan M.Sidqi həvəskar aktyorlar arasında oxunmaq məqsədi ilə əsərin üzünü köçürmüşdür"  (İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti müasirləri. Naxçıvan: Əcəmi, 2009, s.184). Əsər üzərində aparılan kiçik redaktə işini isə Sidqinin gənc qələm dostuna istiqamətverici bir məsləhəti kimi qəbul etmək olar.

 İkincisi, C.Məmmədquluzadə yuxarıda bəhs etdiyimiz Sidqiyə ünvanladığı 27 yanvar 1901-ci il tarixli məktubunun sonunda yazır: "Məhəmmədhəsən əminin eşşəyi"ni istəyirəm yazıb göndərəm senzor izn versin, İrəvanda çap etdirəm".

 Bu sətirləri oxuyan həssas oxucu o saat hiss edər ki, Sidqinin "Məhəmmədhəsən əminin eşşəyi" əsərindən xəbəri vardır. C.Məmmədquluzadənin cümləsinin ifadə tərzi bu fikrə gəlməyə əsas verir. Mirzə Cəlilin "Xatiratım"da yazdığı başqa bir cümlə isə Sidqinin həmin əsərlə tanış olması haqqındakı fikrə şübhə yeri qoymur: "Məhəmmədhəsən əmi"nin hekayəsi yoldaşlarımın içində danışığa düşmüşdü".

 Sidqi C.Məmmədquluzadə mövzusundan bəhs edərkən Mirzə Cəlilin 1904- ildə Sidqinin vəfatı münasibəti ilə yazdığı "Şərqi-rus" qəzetində dərc etdirdiyi məqaləsindən söz açmamaq olmaz. Məqalənin yaxşı düşünülmüş bir kompozisiyası vardır. Bu kompozisiya beş bitkin tərkib hissəni özündə birləşdirir. Müəllif  ustalıqla bir tərkib hissədən digərinə keçərək Sidqi haqqında oxucularda bütöv təsəvvür yaratmağa nail olur.

 Məqalənin girişində Sidqinin vəfatından doğan ümumxalq kədəri, intəhasız təəssüf hissləri bunun səbəbləri aydınlaşdırılır. Sonra əsas diqqət Sidqinin tərcümeyi-halının mühüm faktlarına yönəldilir. Onun ardınca Sidqinin amalı məsləkindən söz salınır. Dördüncü hissədə oxucular Sidqinin şəxsi keyfiyyətləri ilə tanış edilir. Nəhayət, məqalənin sonuncu - nəticə  hissəsində xalqın Sidqiyə göstərdiyi hüsn-rəğbət əks etdirilir. 

C.Məmmədquluzadənin ölçülüb-biçilərək yüksək sənətkarlıqla yazılmış nəinki təkcə özünün, həm Sidqini tanıyanların ürəklərinin dərinliyindən gələn sevgini təəssüf hisslərini düşündürücü yanğılı sözlərlə ifadə etdiyi bu məqalə ədəbiyyat tariximizdə dosta həsr olunmuş ən təsirli, ibrətli yeni tipli bir nekroloqdur.

 C.Məmmədquluzadənin Sidqinin vəfatından sonra onun oğlanlarından birini himayəyə götürməsi, digərini isə əməkdaşlığa dəvət etməsi onun əziz unudulmaz dostuna sadiqliyinin, inamının ehtiramının gözəl nümunəsidir. Mirzə Cəlilin Sidqinin böyük oğlu Məmmədəli Sidqiyə yazdığı məktublardan  məktublarından bu barədə daha ətraflı məlumat almaq olur: "...Məhəmmədhəsənin (Sidqinin ikinci oğlu - F.X.)  anasına de ki, ondan heç nigaran olmasın... Məhəmmədhəsənin günü burada Naxçıvan bəyzadə xanzadələrinin günündən yaxşı keçir... Heç bir şey lazım deyil. Biz burada ölməmişik, hələ sağıq. Sidqinin bircə nəfər uşağına da baxmasaq, dəxi özümüzə necə insan deyə bilərik?"

 C.Məmmədquluzadə Məmmədəli Sidqinin özünə isə daha böyük etimad göstərmişdir. 1910-cu ilin iyun ayında ona yazdığı məktubdan aydın olur ki, Mirzə Cəlil Məmmədəli Sidqini "Molla Nəsrəddin" jurnalının nəşrində özünə köməkçi etmək arzusundadır: "...Güman edirəm ki, "Molla Nəsrəddin" işlərində mənə yaxşı köməkçi ola bilərsiniz... Mərhum Sidqi bəradərimin oğlu ilə gələcəkdə dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm".

 Əgər belə demək mümkündürsə, bu xoşbəxtlik C.Məmmədquluzadəyə nəsib olub, yəni Məmmədəli Sidqi onun təklifini qəbul edərək 1910-1911-ci illərdə "Molla Nəsrəddin" jurnalının redaktor köməkçisi işləməklə atasının dostunun dadına çatmış "onun səyi nəticəsində həmin dövrdə mübariz jurnal öz vətəndaş simasını qoruyub saxlamışdır" (İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti müasirləri. Naxçıvan: Əcəmi, 2009, s.269). Lakin bütün bunlara baxmayaraq, Məmmədəli Sidqi C.Məmmədquluzadə üçün atasının yerini verə bilməzdi. Mirzə Cəlilin özü   ona ünvanladığı 11 dekabr 1910-cu il tarixli məktubunda bir qədər eyhamla, həm etika ilə buna işarə etmişdir: "Əzizim Sidqi! tövr oldusa bu dəfə adını "Sidqi" yazdım, çünki "Sidqi" çox şirin düşür. Bəlkə ondan ötrü ki, mərhum Sidqini yada salır. Heyf ki, "Sidqi"nin axırına "zadə" qondarırsan "Sidqi"nin ləzzətini azaldırsan".

 Məmmədtağı Sidqi Cəlil Məmmədquluzadənin on illik dostluq münasibətləri yaradıcılıq əlaqələrinin qısa tarixçəsi bundan ibarətdir. Ümumiyyətlə, Sidqinin təkcə C.Məmmədquluzadə ilə yox, digər müasirləri ilə əlaqələri ədəbiyyat tariximizin maraqlı səhifələrindəndir. Bu istiqamətdə xüsusi araşdırmaların aparılmasına ehtiyac vardır.

 





02.05.2014    çap et  çap et