525.Az

“Google” və “Microsoft” təhlükə altında


 

“Google” və “Microsoft” təhlükə altında<b style="color:red"></b>

Son zamanlar mobil telefonların daha yüksək keyfiyyətlərə cavab verməsi komputerlərə olan marağı azaldıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 2010-cu ildən etibarən mobil telefonların daha yüksək göstəricilərlə istehsalı şəxsi komputerlərin və axtarış sistemlərinin istifadəsinin azalmasına səbəb olub.

“Microsoft”un ötən ilki gəlirlərinə nəzər saldıqda bu il müəyyən azalma müşahidə olunub. Ötən illə müqayisədə şirkətin gəlirləri 8 faiz azalıb. Hazırda geniş kütlə tərəfindən böyük maraqla qarşılanan Android sistemli telefonlar “Google”un sahib oluğu bütün xidmətləri istehlakçılara təqdim edir. “Google”un verdiyi rəsmi məlumatda da şirkətin ötən illərə nisbətən daha az gəlir əldə etdiyi söylənilir.

Texnoloqlar da mobil telefonların istehsalına daha geniş yer ayırır. Mobil telefonların üstünlüyünü qeyd edən mütəxəssislər onların kiçik ölçüdə olmasını, daha rahat daşınmasını və heç bir yerlə əlaqəsi olmadan istənilən anda internetə daxil olmasını fərqli amil kimi qeyd edirlər.

Mütəxəssislər 15 ilə bütün dünya ölkələrində bu telefonların geniş istifadə olunacağını proqnoz edərək “Google” və “Microsoft”un buna qarşı hansı addım atacağını zamanın öhdəsinə buraxıblar.

Nigar Məhərrəm

 





21.10.2012    çap et  çap et