525.Az

“Azərbaycanda internet azaddır və heç bir sosial şəbəkəyə məhdudiyyətlər tətbiq olunmur"


 

“Azərbaycanda internet azaddır və heç bir sosial şəbəkəyə məhdudiyyətlər tətbiq olunmur"<b style="color:red"></b>

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir sıra yerli saytlarda “Azərbaycan Facebook-da saxta səhifələrlə mübarizəyə başlayır” başlıqlı dərc olunan məlumata münasibət bildirib.

Qeyd edək ki, həmin məlumatda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) “Facebook” sosial şəbəkəsində feyk-akkauntlarla (saxta hesablar) mübarizəyə başladığı qeyd olunub.
 
Nazirlikdən APA-ya bildirilib ki, bu, təhrif olunmuş məlumatdır: “Azərbaycanda internet azaddır və heç bir sosial şəbəkəyə məhdudiyyətlər tətbiq olunmur. Elektron Təhlükəsizlik Mərkəzi mütəmadi olaraq informasiya təhlükəsizliyi sahəsi ilə bağlı cəmiyyətdə maarifləndirmə işlərini həyata keçirir. Bu baxımdan Mərkəz zamanla “Facebook”, “YouTube” və s. kimi şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsi ilə bağlı əhalini maarifləndirmək məqsədilə müxtəlif buklet və broşürlər, məlumat kitabçalarının hazırlanıb paylanmasını reallaşdırır və gələcəkdə də bu prosesi davam etdirməyi planlaşdırır. Bu kitabçaların bəzi media orqanlarında "nəzarət sənədi" olaraq təqdim olunması qətiyyən düzgün deyil və məlumatın təhrif olunaraq cəmiyyətdə çaşqınlıq yaradılmasıdır”.

 





02.05.2014    çap et  çap et